Azərbaycan Milli Elmlər Akademiyası
        FOLKLOR  İNSTİTUTU

 
 
Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"İrs" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Araşdırmalar
Dissertasiyalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Qarabağ folkloru
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR




Sayğac
free counters
 
27.12.2013

AMEA Folklor İnstitutunun direktoru mükafata layiq görülmüşdür

25 dekabr 2013-cü ildə Folklor İnstitutunun direktoru fil.ü.e.d. Muxtar Kazımoğlu (İmanov) “Borçalı” İctimai Cəmiyyəti tərəfindən “Zahid Xəlil (Türklüyə xidmət ödülü) mükafatı”na layiq görülmüşdür. Mükafat M.Kazımoğluna Borçalı folklorunun toplanması, nəşri və təbliğindəki xidmətinə görə verilmişdir. Xatırladırıq ki, folklorun və ədəbiyyatşünaslığın aktual problemlərinə həsr olunmuş dörd monoqrafiyanın, yüzə yaxın elmi məqalənin, eləcə də bir sıra publisistik yazıların müəllifi olan Muxtar Kazımoğlunun Qarabağ, Borçalı, eləcə də digər bölgələrimizin folklorunun toplanmasında, həmçinin rəhbərlik etdiyi Folklor İnstitutunun beynəlxalq səviyyədə tanıdılmasında böyük əməyi vardır.
Önəmlidir ki, Folklor İnstitutunda yaxın vaxtlarda Borçalı bölgəsindən 6-ya yaxın kitab nəşr olunmuşdur. Bu kitablar Elxan Məmmədlinin 2012-2013-cü illərdə Borçalı bölgəsindən toplanmış folklor örnəkləridir və alimin bu yöndə xüsusi əməyi vardır. Onun tərtibçisi, toplayıcısı və müəllifi olduğu kitablar sırasında “Azərbaycan folkloru külliyyatı (Aşıq Aslan Kosalının ifasında yazıya alınmış xalq dastanları)”, “Borçalı folklor örnəkləri” I kitab, “Borçalı folklor örnəkləri” II kitab, Şair Nəbi Borçalının anadan olmasının 140 illiyi münasibətilə “Sığındım mövlayə”, Aşıq Gülabının əsərlərindən ibarət “Mən olmayanda”, Aşıq Əşrəf Qəninin yaradıclığından ibarət “Buludlar ağlayır” nəşrləri məhz Folklor İnstitutunun direktoru Muxtar Kazımoğlunun xüsusi təşəbbüsü ilə işıq üzü görmüşdür.
Onu da bildirək ki, Folklor İnstitutu “Bölgə folklor örnəkləri” seriyasından nəşr olunan kitablarda təkcə Azərbaycan çevrəsində deyil, həm də ökə xaricində olan soydaşlarımızın da folklor nümunələrinin toplanması, nəşri və təbliği ilə məşğul olur.

Aynur Qəzənfərqızı

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008-2017.