Azərbaycan Milli Elmlər Akademiyası
        FOLKLOR  İNSTİTUTU

 
 
Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"İrs" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Araşdırmalar
Dissertasiyalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Qarabağ folkloru
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR




Sayğac
free counters
 

Folklor İnstitutunun hədiyyəsi

Sumqayıt Dövlət Universitetindəki "Folklorşünaslıq" elmi-tədqiqat laboratoriyası 2001-ci ildən fəaliyyət göstərir. İndiyə qədər "Dədə Qorqud" dastanı ilə bağlı bir neçə elmi konfrans, professor M.H.Təhmasibin 100 illik yubileyi, Novruz bayramı və s. mövzularda tədbirlər professor-müəllim heyətinin üzvləri, tələbə və magistrantlar tərəfindən maraqla qarşılanmışdır.
Laboratoriyanın təşəbbüsü ilə 2008-ci ildə "Azərbaycan folklorunun tədqiqi, təbliği və tədrisi", 2010-cu ildə "Aşıq yaradıcılığı: dünəni, bu günü" mövzularında respublika elmi konfransları keçirilmiş, tezislər toplu halında nəşr olunmuşdur.
Müvafiq plan əsasında araşdırmalar aparan laboratoriya Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutu ilə əməkdaşlıq münasibətləri yaratmaqdadır. MDB məkanında yeganə olan Folklor İnstitutu bu günlərdə xeyirxah bir iş görmüşdür. SDU-nun 10 illiyi ilə bağlı ali məktəb rəhbərliyi laboratoriyanın ehtiyacını nəzərə alaraq yüksək səviyyədə istehsal olunmuş mebellərlə maddi bazanı möhkəmləndirmişdir. Folklor İnstitutunun direktorluğu əməkdaşların təşəbbüsü ilə təşkil olunan laboratoriya kitabxana fondunu daha da zənginləşdirmək niyyəti ilə xeyli kitab hədiyyə edib. Azərbaycan MEA Folklor İnstitutunun laboratoriya üçün ayırdığı kitablar sırasında çoxcildlik "Azərbaycan folkloru külliyyatı", Növrəs İmanın "Seçilmiş əsərləri", professor Q.Namazovun "Aşıqlar" kitabı, "Aşıq Nəsib", Salman Mümtazın "El şairləri", "Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər"in müxtəlif nəşrləri və s. daxildir.
Laboratoriyanın yeni ildən SDU-da filoloji, etnoqrafik problemlərlə bağlı AMEA-nın Folklor, Tarix və Etnoqrafiya, Ədəbiyyat və Dil institutları əməkdaşlarının iştirakı ilə silsilə nəzəri seminarlar keçirməsi və bu tədbirlərin materiallarının toplu halında nəşri təşəbbüsü SDU-nun rektorluğu tərəfindən razılıqla qarşılanmışdır.

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008-2017.