Azərbaycan Milli Elmlər Akademiyası
        FOLKLOR  İNSTİTUTU

 
 
Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"İrs" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Araşdırmalar
Dissertasiyalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Qarabağ folkloru
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR




Sayğac
free counters
 

4.12.2013

“Aşıq sənətinin tarixi inkişaf yolları və Aşıq Şəmşir mərhələsi” mövzusunda Beynəlxalq Elmi Konfrans keçiriləcək

Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutu 5 dekabr 2013-cü ildə Bakı şəhərində Aşıq Şəmşirin anadan olmasının 120 illiyinə həsr olunmuş “Aşıq sənətinin tarixi inkişaf yolları və Aşıq Şəmşir mərhələsi” mövzusunda Beynəlxalq elmi konfrans keçirəcək.
Bildiyimiz kimi Azərbaycan ədəbiyyatının qaynağında zəngin və dərin məzmunlu Azərbaycan folkloru durmaqdadır. Azərbaycan dünyanın ən zəngin folklor sərvətlərinə malik ölkələrdən biridir. Konfransın əsas qayəsi Azərbaycan xalqının folklorda yaşayan tarixinə və tarixi şəxsiyyətlərinə yeni meyarlar müstəvisində baxmaqdır.
Folklorun ayrılmaz bir qolu olan aşıq sənətinin qüdrətli nümayəndəsi Dədə Şəmşirin qeyri-adi səsi və çalğısı, saz-söz sərrafı olan Kəlbəcər, Göyçə və Qarabağ ellərində yüksək dəyərləndirilmiş, ustad sənətkarın orijinal ifaçılığı və şairliyi heç kəslə müqayisə edilməmişdir. Dədə Şəmşir aşıq şeirinin müxtəlif poetik formalarında qələmə aldığı nümunələrlə yaşarı irs qoyub getmişdir. Onun 40-dan artıq şagirdi vardı. Aşıq Qardaşxanın, Qəmkeş Allahverdinin, Aşıq Xalıqverdinin və bu gün çoxlarının yaxşı tanıdığı onlarla saz-söz sənətkarının yetkinləşməsində, kamilləşməsində Aşıq Şəmşir məktəbinin əvəzsiz rolu olub.
Belə bir sənətkarın adına ünvanlanmış beynəlxalq konfransa respublikamızın elmi qurumlarını təmsil edən 40-a yaxın nümayəndə qatılmışdır. Hər zaman olduğu kimi, bu il də konfransda respublikanın və xarici ölkələrin qabaqcıl elm və tədris müəssisələrinin – AMEA-nın humanitar institututları, Azərbaycan Aşıqlar Birliyi, Türkiyə Cümhuriyyəti Qaziantep Universiteti, Türkiyə Cümhuriyyəti Çukurova Universiteti, Sosial Elmlər İnstitutu, Türkiyə Cümhuriyyəti Abant İzzət Baysal Universiteti, Türkiyə Cümhuriyyəti Trabzon Universiteti, İran İslam Respublikasının Savə, Zəngan və Şəbüstər şəhərlərindən, İran İslam Respublikası Binab, Azərbaycan El Bilimi Folklor və Şairlər dərnəyi, Rusiya Federasiyası Dağıstan Respublikası Qarabudaq Kənd Gimnaziyası, Qırğızıstan Respublikası Texniki Universiteti, Bakı Dövlət Universiteti, Bakı Qızlar Universiteti və başqa yerlərdən mütəxəssislər iştirak edirlər. Konfransda 33 alimin məruzəsi nəzərdə tutulub. Sevindirici haldır ki, konfransa qatılan tədqiqatçı alimlərin arasında gənc alimlər üstünlük təşkil edir. Bununla yanaşı qeyd edək ki, konfransa Türkiyədən, İrandan, Rusiyadan, Qırğızıstandan nüfuzlu tədqiqatçılar da qatılmışlar.
Konfransın keçirilməsində əsas məqsəd ustad saz-söz sənətkarı Aşıq Şəmşirin səxsində ümumən aşıq-ozan mədəniyyətinə verilən dəyərin elmi-analitik şəkildə gündəmə gətirilməsidir.
Tədbirin birinci günündə Qırğız manasçısı, qumuq aqaç-kumuzçusu, Savə (İran) cökürçüsü və Azərbaycan aşıqlarının konserti olacaq.
Konfransın açılış iclası 5 dekabr 2013-cü ildə Bakı şəhərində, AMEA-nın əsas binasında (H.Cavid pros., 31, 2-ci mərtəbə, Akt zalı) olacaq.

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008-2017.