Azərbaycan Milli Elmlər Akademiyası
        FOLKLOR  İNSTİTUTU

 
 
Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"İrs" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Araşdırmalar
Dissertasiyalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Qarabağ folkloru
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR




Sayğac
free counters
 

27.11.2013

AMEA Folklor İnstitutunda Gənc alim və mütəxəssislər şurasının təsis yığıncağı keçirilib

AMEA Folklor İnstitutunda Gənc alim və mütəxəssislər şurasının təsis yığıncağı keçirilib.
Elmi şura üzvləri, gənc alim və mütəxəssislərin iştirak etdiyi tədbiri giriş sözü ilə institutun direktoru, filologiya üzrə elmlər doktoru Muxtar İmanov açdı. Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2012-ci il tarixli fərmanı ilə təsdiq olunmuş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının həyata keçirilməsini nəzərdə tutan tədbirlər çərçivəsində AMEA Rəyasət Heyətinin Gənc alim və mütəxəssislər şurasının yaradılmasına dair qərar qəbul etdiyini bildirən M.İmanov şuranın məqsəd və vəzifələrindən danışdı. Alim gənclərin intellektual və yaradıcılıq potensialının inkişafı naminə keçirilən bu tədbirdə innovativ elmi fəaliyyəti ilə fərqlənən, yüksək təşkilatçılıq qabiliyyətinə malik olan gənclərə dövlət tərəfindən yüksək qayğı və diqqətinin göstərildiyini qeyd etdi.


Tədbirdə çıxış edən f.ü.f.d.Nail Qurbanov gənclərin elmi potensialının artırılması, təşəbbüs və təkliflərinin stimullaşdırılması barədə danışdı. O, istedadlı və yaradıcı kadrların elmi-tədqiqat müəssisələrinə cəlb edilməsi, onların maddi-sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində aparılan işlər haqda məlumat verdi.
İclasda həmçinin f.ü.f.d. Ləman Süleymanova, f.ü.f.d. Vəfa İbrahimova, f.ü.f.d. Oruc Əliyev yeni təsis edilən qurumun işinə uğurlar arzuladılar.
Sonra Gənc alim və mütəxəssislər şurasına namizədliyi irəli sürülən gənclər səsvermə yolu ilə üzv seçildilər. Tərkibi 15 nəfərdən ibarət olan şuranın sədri f.ü.f.d., Nail Qurbanov, sədr müavini Fidan Qasımova, katibi isə f.ü.f.d. Səbinə İsayeva seçildilər.

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008-2017.