Azərbaycan Milli Elmlər Akademiyası
        FOLKLOR  İNSTİTUTU

 
 
Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"İrs" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Araşdırmalar
Dissertasiyalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Qarabağ folkloru
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR




Sayğac
free counters
 
21.11.2013

Əməkdaşlarımız Türkiyədə beynəlxalq elmi konfransda iştirak etdilər

Türkiyə Cümhuriyyəti Mədəniyyət və turizm nazirliyi, Namik Kamal adına Universitet və Motif vəqfi birlikdə 7-8 noyabr 2013-cü il tarixində Təkirdağ şəhərində “Xalq mədəniyyətində su” adlı Beynəlxalq elmi konfrans keçirdi. Konfransı giriş sözü ilə Motif vəqfinin idarə heyətinin sədri Zəki Baykal açmış, Namik Kamal adına Universitein rektoru professor Osman Şimşek, Tekirdağ valisi Ali Yerlikaya, Türkiyə Cümhuriyyəti Mədəniyyət və turizm nazirliyinin araşdırma və maarif müdiri Ahmet Arı çıxış ediblər. Bundan sonra konfrans 4 bölmədə davam edib. Konfransda Türkiyə və Azərbaycanla yanaşı bir sıra Avropa ölkələrindən gəlmiş elm adamları da iştirak ediblər.İki gün davam edən 24 iclasda 124 məruzə dinlənilib.Məruzələrdə əsas mövzu olan suya fiziki, coğrafi, iqtisadi, sosial, kulturoloji, ədəbi, dini, mifoloji və s. aspektlərdən verilən izahlarla yanaşı, suyun insanların həyatında, məişətində, mədəniyyətində, inanc dünyasında, mənəvi aləmində tutduğu mövqe, oynadığı rol, daşıdığı funksiya ciddi elmi təhlillərə cəlb edilib.


Konfransa AMEA Folklor İnstitunun əməkdaşları da dəvət olunublar.
İnstitutun elmi işlər üzrə direktor müavini Oruc Əliyev “Azərbaycan xalq nağıllarında su”, “Mərasim folkloru” şöbəsinin müdiri Ağaverdi Xəlil “Eposda arxaik sudan keçid ritualının rudimentləri”, həmin şöbənin böyük elmi işçisi Qalib Sayılov “Azərbaycan dini folklorunda su”, “Folklor və yazılı ədəbiyyat” şöbəsinin aparıcı elmi işçisi İslam Sadıq “Şumer və türk folklorunda su motivi”, həmin şöbənin elmi işçisi Nizami Məmmədov “Məmməd Arazın şeirlərində su motivi”, şöbə müdiri Əziz Ələkbərli “İrəvan çuxuru folklorunda su” adlı məruzələr ediblər.

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008-2017.