Azərbaycan Milli Elmlər Akademiyası
        FOLKLOR  İNSTİTUTU

 
 
Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"İrs" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Araşdırmalar
Dissertasiyalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Qarabağ folkloru
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR




Sayğac
free counters
 

18.11.2013

AMEA FOLKLOR İNSTİTUTU AĞCABƏDİDƏ
ELMİ KONFRANS KEÇİRMİŞDİR

AMEA Folklor İnstitutu və Ağcabədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə noyabrın 15-də Ağcabədi şəhərində “Qarabağ folkloru: problemlər, perspektivlər” mövzusunda II respublika elmi konfransı keçirilmişdir. Konfransın məqsədini Qarabağın qeyri-maddi mədəni irsinin mühafizə imkanları, onun toplanması, tədqiqi və nəşri, eləcə də dünyaya tanıdılması prosesindəki problemlərin müzakirəsi və bu sahədə qarşıda duran vəzifələrin müəyyənləşdirilməsi təşkil edib.
Plenar iclasda Folklor İnstitutunun direktroru, filologiya üzrə elmlər doktoru Muxtar İmanov konfransın məqsədindən, onun 2012-2013-cü illərdə həyata keçirilmiş “Azərbaycanın Qarabağ bölgəsinin folklor nümunələrinin toplanmas, sistemləşdirilməsi, arxivləşdirilməsi və dəyərləndirilməsi” layihəsinin tərkib hissəsi olmasından, qeyri-maddi mədəni irsin, o cümlədən milli-mənəvi dəyərlərin qorunması və təbliği istiqamətində əhəmiyyətindən bəhs edən geniş məruzə ilə çıxış edib.

Məruzədə həm də o da vurgulanmışdır ki, Qarabağa həsr olunmuş I konfransda olduğu kimi, II konfransda da Folklor İnstitutunun toplama, tərtib və nəşr sahəsindəki uğurlu işlərindən biri sayılan 6 cildlik «Qarabağ: folklor da bir tarixdir» toplusu dəyərləndirmənin başlıca obyektlərindən biri kimi götürülüb. M.İmanov bildirmişdir ki, Folklor İnstitutu, bundan əlavə, Qarabağ musiqisindən və xalq oyunlarından ibarət üç disk buraxıb. Layihə cərçivəsində çap olunmuş kitablarda 200-dən artıq mifoloji mətn, 1000-ə yaxın əfsanə və rəvayət, 300-dən artıq nağıl, 360 lətifə, 607 atalar sözü və məsəl, 2000-ə yaxın bayatı, bunlardan əlavə, laylalar, oxşamalar, uşaq folkloruna dair nümunlər, bölgəfə yaşayan tayfaların məişətinə, taruxun dair maraqlı məlumatlar toplanıb, oxuculara təqdim edilib. Bu layihə sayəsində bir çox folklor personajları və süjetlər haqqında təsəvvürlər dolğunlaşıb, həmçinin yeni süjet və variantlar hesabına Azərbaycan folkloru daha da zənginləşib.

Müəyyən edilib ki, çap olunmuş 300-ə yaxın nağıl içərisində 50-dən çoxunun başqa xalqlarda qarşılığı yoxdur və onlar Beynəlxalq Nağıl Göstəricisinə düşməyib. Bu layihə sayəsində Abdal Qasım, Aşıq Abbas, Bic Paşa, Lotu Əmirqulu kimi hazırcavab adamlar haqqında maraqlı lətifələr yazıya alınaraq Azərbaycan folkloruna yeni lətifə personajları qazandırılıb. Layihənin icrası zamanı bölgənin folklor örnəkləri toplanılmaqla yanaşı, həm də burada yaşayan tayfalar, nəsillər, onların tarixi, məişəti, etnoqrafiyası haqqında zəngin məlumatlar da yazıya alınıb. Tayfalarla bağlı materiallar kimi, ayrı-ayrı tarixi şəxsiyyətlərlə bağlı materiallar da Qarabağ (ümumilikdə Azərbaycan) folklorunun diqqətdən kənar qalmış bəzi məsələlərini öyrənmək üçün bir qaynaq təşkil edəcəkdir. M.İmanov çıxışında bildirmişdir ki, İnstitutun əməkdaşları Əylanlı qaçaqları, Sarıtel Aslan, Qaçaq Süleyman, Qaçaq Camal, Xanalı, Kürdoğlu Məhəmməd, Qaçaq Səfo və digər qaçaqların fəaliyyəti, taleyi haqqında şifahı ifadan onlarla rəvayət və xatirə qeydə almış və ilk dəfə üzə çıxarılan bu materiallar bölgədəki qaçaqçılıq hərəkatının öyrənilməsində əhəmiyyətli mənbə olacaqdır.

Məruzədə qeyd olunmuşdur ki, layihə çərçivəsində görülən işlərin mühüm nəticələrindən biri də Əli Süleymanov (Ağdamın Ətyeməzli kəndi), Musa Bayramov (Bərdənin Seyid Yusifli kəndi), Narış Bayramova (Ağcabədinin Afşar kəndi) və b. professional söyləyicilərin – Qarabağın sinədəftər adamlarının üzə çıxarılmasıdır. Haqqında, ötəri də olsa, danışdığımız folklor örnəklərinin xeyli hissəsi həmin adamların dilindən qeydə alınıb.
Məruzənin sonunda göstərilmişdir ki, çap olunmuş kitablar Qarabağ folklorunu hələ tam əhatə etmir. Gələcəkdə Qarabağın rayonlarını daha bir-neçə sistemli toplamaya cəlb etməklə, bölgə folklorunu tam əhatə edəcək yeni-yeni toplular ortaya qoyulmalıdır.
Plenar islasdan sonra konfrans bölmələrdə öz işini davam etdirmişdir. Tədbirdə Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov, fil.ü.e.d. prof. Qəzənfər Paşayev, AMEA-nın müxtəlif institutlarını təmsil edən alimlər, Ağcabədi rayon ictimaiyyəti iştirak etmişdir.

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008-2017.