Azərbaycan Milli Elmlər Akademiyası
        FOLKLOR  İNSTİTUTU

 
 
Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"İrs" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Araşdırmalar
Dissertasiyalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Qarabağ folkloru
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR




Sayğac
free counters
 

15.11.2013

“I Uluslararası Türk Harp Edebiyyatı” adlı beynəlxalq elmi konfrans keçirilmişdir

Qumru Şəhriyar

AMEA Folklor İnstitutunun “Dədə Qorqud” şöbəsinin əməkdaşı Qumru Şəhriyar 1-3 noyabr 2013-cü il tarixdə Türkiyənin Çankırı şəhərində keçirilən “I Uluslararası Türk Harp Edebiyyatı” adlı beynəlxalq elmi konfransda iştirak etmişdir.
Konfransda Türkiyədən, Misirdən, Makedoniyadan, Koreyadan, Qırğızıstandan və türk dünyasının dörd bir yanından nümayəndələr iştirak edirdi. Azərbaycanı bu konfransda 4 nəfər təmsil edirdi. Bunlardan üç nəfəri AMEA Ədəbiyyat İnstitutunun, bir nəfəri isə AMEA Folklor İnstitutunun əməkdaşı idi.
Konfransda Çanaqqala savaşı, Çaldıran savaşı, Sarıqamış faciəsi, Navarin faciəsi, və s. bu kimi tarixi hadisələr göz önünə gətirilərək Osmanlı İmperiyası zamanı baş vermiş müharibələrin ədəbiyyatda özünəməxsus şəkildə əks etdirilməsindən bəhs edilmiş və bu mövzularla bağlı məruzələr dinlənilmişdir. Hərb ədəbiyyatı mövzusu ədəbiyyat tarixi üçün yeni olduğundan konfrans Türkiyə mətbuatı və ictimayət tərəfindən maraqla qarşılanmışdır.
Qumru Şəhriyar konfransda “1828-1829-cu illərdə Osmanlı-rus müharibələri zamanı yaranan ədəbiyyat” mövzusunda məruzə ilə çıxış etmişdir. O, öz məruzəsində xalqın baş vermiş müharibələrdən təsirlənərək yazdığı dastan və şeirlərdən bəhs etmiş, Ahunun “Önüncə” dastanını təhlil etmiş, Bayburtlu Zihni Əfəndinin müharibənin təsirinə məruz qalan faciələrlə dolu həyat yolunu və yaradıcılığını, aşıq Köprülüoğlunun Osmanlı-rus savaşında iştirak etməsini və bu savaşdan təsirlənərək yazdığı şeirləri və xalq şairi Şəm`inin həyat və yaradıcılığını, müharibəyə həsr etdiyi şeirlərini işıqlandırmışdır.

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008-2017.