Azərbaycan Milli Elmlər Akademiyası
        FOLKLOR  İNSTİTUTU

 
 
Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"İrs" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Araşdırmalar
Dissertasiyalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Qarabağ folkloru
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR




Sayğac
free counters
 
14.11.2013

Ağcabədidə “Qarabağ folkloru: problemlər, perspektivlər” mövzusunda II respublika elmi konfransı keçiriləcək

Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutu 15 noyabr 2013-cü ildə Agcabədi şəhərində “Qarabağ folkloru: problemlər, perspektivlər” mövzusunda II respublika elmi konfransı keçirməyi planlaşdırır.
Folklor və mədəniyyət beşiyi olan Qarabağ artıq 20 ilə yaxındır ki, düşmən tapdağı altındadır. Bir çox maddi-mədəniyyət abidələrimiz işğalçılar tərəfindən məhv edilib, yüz minlərlə insan ev-eşiyindən didərgin salınıb. Lakin bölgədən qaçqın düşənlər, təbii ki, yaddaşlarında folklorumuzu, mənəvi mədəniyyətimizi yaşatmaqdadırlar. 2012-ci ildə Folklor İnstitutunun bir qrup əməkdaşı bölgə sakinlərinin yaşadığı yerlərə ezam olunub, toplanmış folklor nümunələrindən ibarət üç kitab çap olunub. Keçən il Folklor İnstitutu həmçinin Qarabağ musiqi folklorunu əks etdirən xüsusi albom buraxıb.
AMEA Folklor İnstitutu “Qarabağ folklorunun toplanması, sistemləşdirilməsi və araşdırılması” adlı layihə çərçivəsində başladığı işləri 2013-cü ildə də davam etdirib. Belə ki, bu il İnstitut “Qarabağ: folklor da bir tarixdir” adlı coxcildliyin 4, 5 və 6-cı cildlərini çap edib; Qarabağ bölgəsində qeydə alınan müxtəlif mərasimlərin, xalq oyunları və meydan tamaşalarının video-lentə alınması kimi vacib bir işi həyata keçirib.
AMEA Folklor İnstitutu Qarabağ bölgəsindən və həmin bölgədən qaçqın düşən soydaşlarımızdan toplanmış folklor nümunələrini elmi əsaslarla arxivləşdirmək, nəşrə hazırlamaqla yanaşı, gələcək perspektivləri də müəyyənləşdirməyi nəzərdə tutur. AMEA Folklor İnstitutunun 2013-ci il noyabrın 15-də Ağcabədi şəhərində “Qarabağ folkloru: problemlər, perspektivlər” mövzusunda keçirdiyi II respublika elmi konfransı məhz perspektivləri müəyyənləşdirməyə xidmət edən bir tədbirdir.
Konfransın keçirilməsində məqsəd Qarabağ folklorunu, bütövlükdə milli-mənəvi dəyərlərini öyrənən və araşdıran elm adamlarının bir araya gəlməsini təmin etmək və onların fikirlərini Azərbaycan və dünya ictimaiyyətinə çatdırmaqdır.
Konfransa qatılmaq üçün göndərilmiş onlarla məruzədən diqqətlə seçim edilmiş və mövzunun tələblərinə cavab verməyən, elmi məruzənin texniki tələblərinə uyğun gəlməyən məruzələr kənara qoyulmuşdur.

Ünvan: Bakı, İçərişəhər, 8-ci Kiçik Qala döngəsi, 31.
Tel: (+994 12) 498 81 08, (+994 12) 492 92 48, Faks: (+994 12) 498 16 21
Web: www.folklorinstitutu.com,
E-mail: azfolklor@yandex.ru, azfolklor@yahoo.com

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008-2017.