Azərbaycan Milli Elmlər Akademiyası
        FOLKLOR  İNSTİTUTU

 
 
Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"İrs" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Araşdırmalar
Dissertasiyalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Qarabağ folkloru
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR




Sayğac
free counters
 

30.10.2013

Folklor institutunun əməkdaşları “Doğma dillərin və mədəniyyətlərin qorunması və inkişafı” adlı II Beynəlxalq elmi-praktik forumda iştirak ediblər

AMEA Folklor İnstitutu “Mərasim folkloru” şöbəsinin müdiri Ağaverdi Xəlil və həmin şöbənin böyük elmi işçisi Qalib Sayılov oktyabr ayının 16-dan 19-dək Rusiya Federasiyası Tatarstan Respublikasının paytaxtı Kazan şəhərində keçirilən “Doğma dillərin və mədəniyyətlərin qorunması və inkişafı” adlı II Beynəlxalq elmi-praktik forumda iştirak ediblər.

"Doğma dillərin və mədəniyyətlərin qorunması və inkişafı" II Beynəlxalq elmi-praktiki forumu Kazan Federal Universitetinin “Filologiya və incəsənət institutu” tərəfindən təşkil edilib.Forumun təşkilinə Tatarıstan Respublikası Prezident Aparatı, Tatarıstan Respublikası Dövlət Şurası, Tatarıstan Respublikasının Nazirlər Kabineti, Tatarıstan Respublikasının Elm və Təhsil Nazirliyi, Tatarstan Respublikası Elmlər Akademiyası, Tatarlar Federal Milli-Mədəni Muxtariyyəti, Dünya tatarları Konqresinin İcraiyyə Komitəsi , Rusiya milli-mədəni birlikləri, Tatarıstan Respublikası Rektorlar Şurası və digər təşkilatlar dəstək göstəriblər.Forumda 1000-dən artıq alim, müəllim, aspirant, təhsil müəssisələrinin rəhbərləri, federal , regional və bələdiyyə təşkilatlarının işçiləri, habelə doğma dillərin və mədəniyyətlərin inkişafı problemlərinin nəzəri və praktiki tədqiqi ilə bağlı digər təşkilatlar iştirak ediblər. Tədbirdə Moskva, Sankt-Peterburq, Kalininqrad, Belgorod, Ufa, Lipetsk, Stavropol, Barnaul, Perm, Tümen, Tobolsk, Abakan, Yakutsk, Dağlıq Altay, Maykop, Saratov, Çeboksar, Saransk, Ulyanovsk və Rusiyanın digər şəhərlərindən, MDB - dən və xarici ölkələrdən alimlər iştirak ediblər. Forumda Almaniya, İngiltərə, Fransa, Belçika, İspaniya, Çin, Ukrayna, Qazaxıstan, Tacikistan, Azərbaycan, Özbəkistan, Qırğızıstan, və s. ölkələrin nümayəndələri iştirak ediblər.


Forum çərçivəsində konfranslar və dəyirmi masalar təşkil edilmişdir. Bunlardan biri E.R.Tenişevin xatirəsinə həsr olunmuş Beynəlxalq Türkoloji simpozium olmuşdur. Bu simpozium çərçivəsində "Ədəbiyyat və türk xalqlarının bədii mədəniyyəti Şərq-Qərb kontekstində” adlı Beynəlxalq elmi -praktiki konfrans keçirilmişdir. Konfransın folklor bölməsində Folklor İnstitutunun şöbə müdiri Ağaverdi Xəlil “Oğuz eposunda ritual və janrın struktur-tipoloji xüsusiyyətləri” mövzusunda, ədəbiyyat, din və mədəniyyət bölməsində isə böyük elmi işçi Qalib Sayılov “Azərbaycan aşıq şeirində dini motivlər” mövzusunda məruzə ediblər.
Bununla yanaşı akademik Mirfatıx Zəkiyevin 85-illiyinə həsr olunmuş “Çoxmillətli dövlətdə yerli dillərin mühafizəsi və inkişafı:problemlər və perspektivlər” IV Beynəlxalq elmi-praktik konfrans linqivistik problemlərin müzakirəsini gerçəkləşdirib. Bu silsilədə “Rus və müqayisəli paremiologiya:yaranması və inkişafı ”Beynəlxalq elmi-praktiki konfransı"
da təşkil edilmişdi. Bu konfranslardan biri də "Kross-mədəni qarşılıqlı əlaqələr kontekstində incəsənət və təhsil" məsələlərinə həsr edilmişdi.
"Dillərin və mədəniyyətlərin qorunması və inkişafı" II Beynəlxalq elmi-praktiki forumu Rusiya Federasiyası, MDB ölkələri və xarici ölkələr arasında informasiya və tədqiqat tapıntılarının məhsuldar mübadiləsini yüksəltmək sahəsində uğurlu addımlardan biri sayıla bilər.

Ağaverdi Xəlilin məqaləsi

Qalib Sayılovun məqaləsi

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008-2017.