Azərbaycan Milli Elmlər Akademiyası
        FOLKLOR  İNSTİTUTU

 
 
Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"İrs" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Araşdırmalar
Dissertasiyalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Qarabağ folkloru
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR




Sayğac
free counters
 

24.10.2013

“Azərbaycan nağıllarının süjet göstəricisi” monoqrafiyası işıq üzü görüb

Folklor İnstitutunun şöbə müdiri İlkin Rüstəmzadənin “Elm və təhsil” nəşriyyatında yeni çapdan çıxmış “Azərbaycan nağıllarının süjet göstəricisi (Aarne-Tompson sistemi əsasında)” monoqrafiyasında folklorşünaslıq tarixində ilk dəfə olaraq Azərbaycan nağıl süjetlərinin sistemli göstəricisi verilmişdir. Göstərici beynəlxalq aləmdə geniş tətbiq olunan Aarne-Tompson sistemi əsasında hazırlanmış və nağıl süjetləri ilə bağlı istənilən məlumat – onların mənbələri, variantları, hansı süjetlərlə kontaminasiya olmaları, hansı bölgələrdə yayılmaları və s. burada öz əksini tapmışdır.
Göstərici nağıl materiallarından istifadəni xeyli asanlaşdırır, arxivdəki nağıl nümunələrinin sistemləşdirilməsinə kömək edir, həmçinin Azərbaycan nağıl süjetlərinin beynəlxalq aləmdə tanınmasında mühüm rol oynayır. Belə göstəriciyə sahib hər bir xalq həm də göstəricidəki nağıl nümunələrinin müəllifi sayılır. Bu gün bizim belə bir göstəriciyə sahib olmağımız Azərbaycan nağıllarının gələcəkdə başqa xalqların adı altında çap olunmasının qarşısını alacaq, belə hallar baş verdikdə isə onlara tutarlı cavab vermək mümkün olacaq.
İ.Rüstəmzadə beynəlxalq təsnifat prinsiplərini Azərbaycan nağıllarına tətbiq etməklə yanaşı, ona (beynəlxalq təsnifata) bir sıra əlavə və dəyişikliklər də etmişdir. Azərbaycan nağılları arasından seçib təsbit edilmiş yeni süjet və variantlar hesabına Aarne-Tompson göstəricisi daha da zənginləşdirilmiş, bir çox süjetlərin göstəricidəki yeri dəqiqləş-dirilmiş, bahadırlıq nağılları müstəqil qrup kimi verilməklə nağıl qruplarının sayı artırılmışdır. Həmçinin göstəricidə kontaminasiyaların siyahısının və coğrafi göstəricinin verilməsi Azərbaycan nağıl süjetləri haqqında daha ətraflı məlumat əldə etmək imkanı yaratmışdır.


Monoqrafiyanın müsbət tərəflərindən biri də Azərbaycan folklor coğrafiyasını tam əhatə etməsidir. Tədqiqatçı Azərbaycan Respblikasının sərhədləri daxilində qeydə alınan nağıllarla kifayətlənməmiş, Gürcüstan, Dağıstan, Ermənistan, Cənubi Azərbaycan, Qars və Kərkükdə yaşayan azərbaycanlılardan toplanmış nağılları sistemləşdirməyə cəlb etməklə nağıl süjetlərimiz barədə dolğun təsəvvür yaratmışdır.
Araşdırma zamanı məlum olmuşdur ki, Azərbaycan nağılları arasında milli süjetlərin xüsusi çəkisi vardır. Müəyyən edilmiş 692 süjetin 302-sini (44 faizini) məhz milli süjetlər təşkil edir. Ən çox fərqliliyə dini nağıllar və novellavari nağıllar qrupunda rast gəlirik ki, bu qrupların süjet tərkibinin yarıdan çoxu milli süjetlərdən ibarətdir. Araşdırıcı milli süjetlərin bu qruplarda üstünlük təşkil etməsini xalqın özünəməxsus milli-mənəvi dəyərlərə sahib olması ilə izah edir.
Monoqrafiyadan bəlli olur ki, beynəlxalq göstəricidəki nağıl süjetlərinin ancaq müəyyən qisminin Azərbaycanda qarşılığına rast gəlmək mümkündür. Bir çox süjetlərin qarşılığının tapılmaması heç də həmin süjetlərin bizdə olmaması demək deyildir. Bir çox bölgələrə indiyə qədər folklor ezamiyyələrinin təşkil edilməməsi, toplamaya cəlb olunmuş bölgələrin isə lazımınca öyrənilməməsi şifahi ənənədə toplanılmamış nə qədər nağıl süjetinin olduğunu deməyə əsas verir. Monoqrafiyada o da vurğulanır ki, həmin süjetlər qeydə alındıqca beynəlxalq göstəricidəki bir çox süjetlərin qarşılığını tapmaq mümkün olacaqdır.

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008-2017.