24.10.2013
Folklor İnstitunun əməkdaşları Türkiyəyə beynəlxalq elmi konfransa dəvət olunublar

Türkiyə Cümhuriyyəti Motif Vəqfi və Namik Kamal Universiteti 7-8 noyabr 2013-cü il tarixində Təkirdağ şəhərində “Xalq mədəniyyətində su” adlı Beynəlxalq elmi konfrans keçirəcək. Konfransa dəvət olunan alimlər içində Folklor İnstitunun da əməkdaşları vardır.
İnstitutun elmi işlər üzrə direktor müavini Oruc Əliyevin “Azərbaycan xalq nağıllarında su”, “Mərasim folkloru” şöbəsinin müdiri Ağaverdi Xəlilin “Eposda arxaik sudan keçid ritualının rudimentləri”, həmin şöbənin böyük elmi işçisi Qalib Sayılovun “Azərbaycan dini folklorunda su”, “Folklor və yazılı ədəbiyyat” şöbəsinin aparıcı elmi işçisi İslam Sadığın “Şumer və türk folklorunda su motifi”, həmin şöbənin elmi işçisi Nizami Məmmədovun “Məmməd Arazın şeirlərində su motivi”, şöbə müdiri Əziz Ələkbərlinin “İrəvan çuxuru folklorunda su” adlı məruzələri konfransın proqramına daxil edilmiş və məruzələrini təqdim etmək üçün Təşkilat Komitəsi tərəfindən konfransa dəvət olunmuşlar.
|