Azərbaycan Milli Elmlər Akademiyası
        FOLKLOR  İNSTİTUTU

 
 
Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"İrs" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Araşdırmalar
Dissertasiyalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Qarabağ folkloru
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR




Sayğac
free counters
 

8.10.2013

AMEA Folklor İnstitutunun elmi jurnallarının saytları yaradılıb

AMEA Folklor İnstitutunun 2 elmi jurnalının – «Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər» və «Dədə Qorqud» jurnallarının saytları (www.tedqiqler.netwww.dede-qorqud.net) yaradılıb.
AMEA Folklor İnstitutunun direktoru, filologiya üzrə elmlər doktoru Muxtar İmanov bildirib ki, keçən əsrin 60-cı illərindən fəaliyyətə başlamış «Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər» məcmuəsi Azərbaycanda folklorşünaslıq sahəsində ən nüfuzlu akademik nəşr sayılır. Məcmuənin sovet dönəmində cəmi yeddi sayı çapdan çıxmışdı. AMEA Folklor İnstitutu yaradıldıqdan sonra artıq “Tədqiqlər”in çapı sabit dövri xarakter daşımağa başlamış və indiyədək 40 sayı çap olunmuşdur. Burada çap olunan tədqiqat işləri Azərbaycan folklorşünaslıq elminin simasını əks etdirir.


2001-ci ildən nəşrə başlayan «Dədə Qorqud» jurnalı Ümummilli lider Heydər Əliyevin “Kitabi-Dədə Qorqud” eposunun öyrənilməsi və təbliği işinin daim diqqətdə saxlanılması barədə tövsiyə və tapşırıqlarının məhsulu kimi ortaya çıxmışdır. Burada “Dədə Qorqud” dastanları ilə bağlı ən son araşdırmalar, elmi qənaətlər və rəylər aparıcı yer tutur. Bundan əlavə, jurnalda milli mədəniyyətin digər sahələri barədə yazılar, yeni folklor mətnləri, türk xalqları folklorundan tərcümələr və s. də yer almaqdadır. «Dədə Qorqud» jurnalının indiyədək 50 sayı dərc edilib.
Jurnalların elektron variantları PDF formasında yerləşdirilib. Əlavə olaraq, qeyd edək ki, Folklor İnstitutunun əsas saytı www.folklorinstitutu.com artıq 5 ildən çoxdur ki, fəaliyyət göstərir.

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008-2017.