Azərbaycan Milli Elmlər Akademiyası
        FOLKLOR  İNSTİTUTU

 
 
Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"İrs" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Araşdırmalar
Dissertasiyalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Qarabağ folkloru
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR




Sayğac
free counters
 

30.7.2013

 

AMEA Folklor İnstitutu və
“Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi

5-6 dekabr 2013-cü ildə Bakı şəhərində “Aşıq sənətinin tarixi inkişaf yolları və Aşıq Şəmşir mərhələsi” mövzusunda beynəlxalq elmi konfrans keçirir.

  KONFRANSIN MƏQSƏDİ

 

Folklorumuzun ən qədim və zəngin qollarınından birini aşıq yaradıcılığı təşkil edir. Aşıqlarımızın söylədiyi dastanlarda, oxuduqları mahnılarda, çaldıqları havalarda, hətta ifa etdikləri rəqslərdə miflərimizin, nağıllarımızın, ata sözlərimizin, tapmacalarımızın və b. janrların izinə rast gəlirik.

Ötüb keçən əsrlərin hər birində yüzlərlə aşıqlarımız olsa da, onlardan çox azı yaddaşlarda uzun illər yaşaya bilmişdir. Yüzlərlə çağdaşı olan aşığın işərisindən sıyrılıb çıxan sənətkarlardan biri də 20 yüzillikdə yaşamış Aşıq Şəmşir Qurban oğludur. Aşıq Şəmşir atadan oğula keçən, məktəb halına gəlmış aşıq sənətini yaşadan və daimi onu yeniləşdirməyə can atan bir sənətkar olmuşdur. Ona görə də yazılı ədəbiyyatımızın nəhəng simalarından sayılan yazıçı və şairlərimiz də Aşıq Şəmşirlə qürur duymuş, onunla görüşməyə, fikir mübadiləsi etməyə can atmışlar.

Neçə-neçə gəncə aşıqlıq sənətinin sirlərini öyrədən Aşıq Şəmşirin 120 yaşı tamam oldu. Onun yaradıcılığını daha dərindən öyrənmək və təbliğ etmək məqsədilə AMEA Folklor İnstitutu və “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi 5-6 dekabr 2013-cü ildə Bakı şəhərində “Aşıq sənətinin tarixi inkişaf yolları və Aşıq Şəmşir mərhələsi” mövzusunda beynəlxalq elmi konfrans keçirir.

Şəcərəsi Miskin Abdal soyundan başlanan, el şairi Ağdabanlı Qurbanın oğlu Aşıq Şəmşir klassik aşıq şeirinin əksər janr və formalarında mükəmməl nümunələr yaratmış, yetmişdən artıq saz havasını və 20-dən çox dastanı ustad peşəkarlığı ilə ifa etmişdir. Aşıq Şəmşirin yaşarı irsi yalnız Azərbaycanın deyil, Türk xalqlarının və onlarla eyni mədəni məkanda yaşayan qonşu xalqların da filoloq və musiqişünas alimləri üçün maraqlı və dəyərli tədqiqat obyektidir.

 

KONFRANSIN TƏŞKİLAT KOMİTƏSİ

 

Təşkilat Komitəsinin sədrləri:

Muxtar Kazımoğlu (İmanov) – filologiya üzrə elmlər doktoru, AMEA Folklor İnstitutunun direktoru.

Qənbər Şəmşiroğlu –Şair-publisist, ictimai xadim, “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin sədri

 

ELMİ HEYƏT

 

Adil Cəmil – fil.ü.f.d., AMEA Folklor İnstitutunda aparıcı elmi işçi.

Babək Osmanoğlu – professor, Ərzurum Atatürk Universitetində müəllim.

Elxan Məmmədli – fil.ü.f.d., AMEA Folklor İnstitutunda şöbə müdürü.

Əziz Ələkbərli – fil.ü.f.d., AMEA Folklor İnstitutunda şöbə müdürü.

Fəzail Miskinli – sən.ü.f.d., AMEA Folklor İnstitutunda elmi işçi.

İlham Məmmədli – fil.ü.f.d., AMEA Ədəbiyyat İnstitutunda böyük elmi işçi.

Məhərrəm Qasımlı - fil.ü.f.d., professor, AMEA Ədəbiyyat İnstitutunda direktor müavini

Nemət Qasımov – fil.ü.f.d., AMEA Folklor İnstitutunda elmi işçi.

Səbinə İsayeva – fil.ü.f.d., AMEA Folklor İnstitutunda böyük elmi işçi.

Şirindil Alışanlı - fil.ü.e.d., professor, AMEA Ədəbiyyat İnstitutunda şöbə müdürü, “Elm” nəşriyyatının direktoru.

Zəlimxan Yaqub - xalq şairi, Azərbaycan Aşıqlar Birliyinin sədri.

 

KATİBLİK

 

Aynur Qəzənfərqızı – doktorant, AMEA Folklor İnstitutunda elmi işçi.

Həbib Misirov - “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin əməkdaşı.

(Adlar və soyadlar əlifba siyahısı ilə verilir)

 

KONFRANSDA İŞLƏNƏN DİL

 

Azərbaycan dili, Türkiyə türkcəsi, Rus dili, İngilis dili

 

KONFRANSIN KEÇİRİLƏCƏYİ YER:

Bakı şəhəri

ÖZƏTLƏRİN YAZI QAYDALARI:

* Məruzə başlığı və müəllif göstəricisindən altda Azərbaycan türkçəsində 150 sözü keçməyən özət verilməlidir. Özət sözü mətnin sol tərəfində qara şriftlə verilməlidir. Özətin sonunda 8-12 sözdən ibarət açar sözlər verilməlidir (İngiliscə və rusca özətlər məruzənin sonunda, qaynaqlardan sonra verilməlidir).
*Məruzənin mətni özətdən sonra giriş, əsas mətn, nəticə və qaynaqların göstərilməsi formasında hazılanmalıdır.
*Konfransda iştirak etmək istəyənlər özətləri 10 oktyabr 2013-cü il tarixinədək asiqsemsir@yahoo.com elektron poçt ünvanına göndərə bilərlər.

MƏRUZƏLƏRİN YAZI QAYDALARI:

*Konfransda iştirak etmək istəyənlər məruzə mətnlərini 30 oktyabr 2013-cü il tarixinədək asiqsemsir@yahoo.com elektron poçt ünvanına göndərə bilərlər.
*Məruzə mətni orijinal olmalı, əvvəllər başqa bir yerdə çap edilməmiş olmalıdır.
*Məruzələrin qəbul edilib-edilmədiyi haqqında müəlliflərə 20 oktyabr 2013-cü il tarixinədək elektron poçt ünvanı ilə cavab veriləcəkdir.
*Məruzənin başlığı böyük hərflərlə, qara şriftlərlə olmalıdır. Başlığın altında sağ tərəfdə müəllifin adı, soyadı, elmi dərəcəsi, işlədiyi təşkilatın adı və e-maili qara şriftlə verilməlidir.
*Məruzə mətnlərində üslub, korrektura səhvləri müəllif tərəfindən diqqətlə düzəldilməlidir. Yanlışlıqlara müəllif cavabdehdir.
*Məruzə mətnlərinin münsiflər heyətinə dəyərləndirilməyə göndərilməsi üçün aşağıdakı texniki qaydalara əməl olunmalıdır:
*Yazı: Microsoft Office Word, Kağız: A4.
*Səhifə qaydası: Üst: 3,5, Alt: 3,5, Sağ: 3,5, Sol: 3,5
*Yazı Puntu: Başlıq 12 şrift ölçüdə, yağlı.
*Məruzə 12 şrift ölçüdə.
*İnterval 1,5.
*Ədəbiyyat siyahısı məruzənin sonunda “Qaynaqlar” yarımbaşlığı altdında yazılmalıdır. Ədəbiyyat siyahısı müəlliflərin soyadlarına uyğun olaraq əlifba sırası ilə düzülməli, sıra nömrəsi göstərilməli, məruzədə istifadə edilməyən ədəbiyyat qaynaqlarda göstərilməməlidir. Əgər məruzəçi arxiv sənədlərindən, dissertasiyalardan, əlyazma hüququnda olan materiallardan istifadə etmişsə, onlar da “qaynaqlarda” göstərilən qaydada yazılmalıdır.
*Konfrans haqqında məlumatı və anket formasınıwww.folklorinstitutu.com səhifəsindən əldə etmək olar.
*Konfransda iştirak etməyənlərin məruzələri çap olunmayacaqdır.
*Məruzədə ətək yazısı (snoska) olduqda internet saytında yerləşdirilərkən problemlər yaradır. Buna görə də ətək yazısı (snoska) ilə olan məruzələr qəbul edilmir. Məruzə daxilində qaynaqlar kodlaşdırılmış qayda ilə verilməlidir.
* Hər bir məruzəçi üçün 20 dəqiqə vaxt ayrılacaqdır. Bölmə iclaslarının sonunda müzakirələr keçiriləcəkdir.
* Elektron poçt ünvanı ilə göndərilməyən və elanda göstərilmiş qaydalar əsasında təqdim edilməyən məruzələr qəbul edilməyəcəkdir.

Anket forması

Adı, soyadı:

 

 

Çalışdığı təşkilat:

 

 

Vəzifəsi:

 

 

Poçt ünvanı:

 

 

Telefon u :

 

 

Fax:

 

 

Elektron poçtu (e-mail) :

 

 

Özət

 

 

Qısa tərcümeyi-halınız, ən mühüm əsərlərinizin siyahısı, nəşr ili, yeri (500 işarəni keçməmək şərti ilə)

 

 

 

 

 

 

 

 

 

 

 

Ünvan: Bakı, İçərişəhər, 8-ci Kiçik Qala döngəsi, 31. AZ 1001 
Tel: (99 412) 498 81 08, (99 412) 492 92 48, Faks: (99 412) 498 16 21 
Web: www.folklorinstitutu.com 

E-mail: asiqsemsir@yahoo.com

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008-2017.