Azərbaycan Milli Elmlər Akademiyası
        FOLKLOR  İNSTİTUTU

 
 
Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"İrs" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Araşdırmalar
Dissertasiyalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Qarabağ folkloru
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR




Sayğac
free counters
 
14.6.2013

Türk dünyasının aydınlığında

Mayın 16-dan 19-dək Bakı Qafqaz Universitetində "Türk Dünyasını aydınladanlar: Mehmet Akif Ersoy, Hüseyn Cavid" mövzusunda Beynəlxalq elmi konfrans keçirildi. Konfrans Azərbaycan Milli Elmlər Akademiyası Şərqşünaslıq İnstitutu, Qafqaz Universiteti, TİKA, Yunis Əmrə İnstitutu, Mehmet Akif Ersoy Fikir və Sənət Vəqfı, Türkiyə Cümhuriyyəti Bağçılar bələdiyyəsi və AMEA Hüseyn Cavid Muzeyinin işbirliyilə təşkil olunmuşdu.
Konfransa dünyanın 12 ölkəsindən 110 elm adamı gəlmişdi. Konfransa gələnlər öncə ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət etmiş, dualar oxumuşlar.
Bundan sonra elm adamlarının iştirakı ilə Mehmet Akif Ersoy rəsm sərgisinin açılışı olmuşdur. Sərgidən sonra Azərbaycan və Türkiyənin himnləri səsləndirilmiş və “İstiqlal marşı” filmi göstərilmişdir.
Konfransın açılış iclasında Qafqaz Universitetinin rektoru prof. Ahmet Saniç, AMEA Şərqşünaslıq İnstitutunun direktoru prof. Gövhər Baxşəliyeva, Türkiyə Cümhuriyyətinin Azərbaycandakı səfiri Alper Coşkun, AGİT-in keçmiş rəhbəri, millət vəkili, prof. Nevzat Yalçıntaş, Mehmet Akif Ersoy Fikir və Sənət Vəqfinin rəhbəri Mehmet Cemal Çiftçigüzeli, Türkiyə Cümhuriyyəti Bağçılar bələdiyyəsinin sədri Lokman Çağrıcı, TİKA-nın Azərbaycan üzrə koordinatoru Ali Muslu, Azərbaycan Yunus Əmrə İnstitutunun müdiri dr. Səriyyə Gündoğdu, Hüseyn Cavidin Ev Muzeyinin direktoru, elmlər doktoru Gülbəniz Babaxanlı çıxış ediblər.
Açılış mərasimində AMEA Folklor İnstitutunun direktoru Muxtar Kazımoğlu iştirak etmişdir.
Konfransda AMEA Folklor İnstitutunun şöbə müdiri dosent, doktor Ağaverdi Xəlil “Kamran Əliyevin araşdırmalarında Cavid romantizmi” mövzusunda məruzə etmişdir. O, çıxışında Hüseyn Cavidin ədəbi irsinin öyrənilməsində böyük xidmətlər göstərmiş görkəmli ədəbiyyatşünas alim Kamran Əliyevin yaradıcılığından söz açmışdır.
Üç gün davam edən konfransda onlarla maraqlı məruzələr dinlənilmişdir.


***

Ağaverdi Xəlil
AMEA Folklor Institutu
aqaverdi@yandex.ru

Kamran Əliyevin araşdırmalarında Cavid romantizmi

Xülasə

Məqalədə görkəmli ədəbiyyatşünas alim Kamran Əliyevin araşdırmalarında XX əsr Azərbaycan ədəbiyyatının nümayəndəsi Hüseyn Cavidin romantizm görüşləri araşdırılmışdır. K.Əliyevin romantizmlə bağlı tədqiqatlarında üç əsas istiqamətin olduğu müəyyən edilmişdir: 1) milli təfəkkürün romantizmdə nəzəri-estetik xüsusiyyətlərini aşkara çıxarılması; 2) romantizmin bədii sisteminin bu xüsusiyyətlərlə bağlılığını səciyyələndirən prinsiplər; 3)milli romantizmin ümumdünya romantizminin orijinal forması olması.
Açar sözlər: Azərbaycan, ədəbiyyat, romantizm, Hüseyn Cavid, Kamran Əliyev, tədqiqat.

Javid romanticism in the investigations by Kamran Aliyev

Summary

In the article Husein Javid’s romanticism thinking who was the representative of the 20th century Azerbaijan literature is investigated in the investigations by the well-known literature study Kamran Aliyev. It is determined that there are three main directions in the investigations about romanticism by K. Aliyev: 1) studying the therotical-aestetic characters in the romanticism of the national thinking, 2) principles characterising literary system of romanticism with relations of these characters, 3) being the original form of world-wide romanticism of national romanticism.
Key words: Azerbaijan, literature, romanticism, Husein Javid, Kamran Aliyev, investigation

Романтизм Джавида в исследованиях Камрана Алиева

Резюме

В статье исследуется романтизм Гусейна Джавида, одним из видных представителей Азербайджанской литературы ХХ века. Определялись три главные направления в исследованиях видного литературоведа Камрана Алиева по романтизму Г.Джавида: 1) выявление теоретико- эстетические особенности национального мышления в романтизме;2)принципы специфицирующие таких особенностей в связи художественной системой романтизма;3) национальный романтизм как оригинальная форма всемирного романтизма.
Ключевые слова: Азербайджан, литература, романтизм, Гусейн Джавид, Камран Алиев, исследования.

Azərbaycanda romantizm düşüncəsi özünün ədəbi ifadəsini XX əsrin əvvəllərində daha aydın və dolğun şəkildə gerçəkləşdirməyə başlayır. Bu dövrün romantik yazarları A.Səhhət, M.Hadi, Ə.Cavad, A.Şaiq və başqaları gələcəklə bağlı arzularını, istəklərini, xəyal gücünün imkanları ilə maksimum dərəcədə zənginləşdidərək nikbin ideyalar təqdim edirdilər.Bunların içində Hüseyn Cavidin özünəməxsus yeri vardır.
Cavid romantizmi ədəbiyyatşünaslıqda əsasən belə xarakterizə olunur ki, o “orta əsr romantikasından, onun panteistvari “daxili təmizlənmə” ideyasından fərqlənir. Cavid “ümumi məhəbbətə” fərdi “daxili təkamül” yolu ilə yox, həyatda birlik və cəmiyyətdə mübarizə yolu ilə nail olmağa çağırırdı” (Y.Qarayev).
Eyni zamanda Cavid romantizmi gözəllik və eybəcərlik arasında barışdırıcı rol oynamır. Onun romantizmində “İblis qəhqəhəsi və Mələk fəryadı həmişə bir yerdə, vəhdətdədir” (Y.Qarayev).
Azad təbiətə can atma romantizmin tipoloji xüsusiyyətidir.Lakin Caviddə azadlığın təbiəti və təbiətin azadlığı fərqlidir.”Caviddə təbiət onu Qərb romantizmindən də, orta əsr Şərq romantizmindən fərqləndirir.Belə ki, onun qəhrəmanı təbiətə qovuşanda səadətə qovuşur.
Görkəmli ədəbiyyatşünas alim Kamran Əliyevin tədqiqatlarında XX əsr Azərbaycan romantizminin korifeylərindən biri olan Hüseyn Cavidin əsərləri diqqətlə araşdırılmış və geniş təhlil olunmuşdur.Burada diqqəti çəkən əsas məsələlərdən biri Cavid romantizminin səciyyəsinin müəyyənləşdirilməsi və folklor əlaqələrinin aydınlaşdırılmasıdır.
Kamran Əliyev 30 ildən artıq bir müddətdə Azərbaycan ədəbiyyatı, romantizm, Cavidin yaradıcılığı və əlbəttə ki, Cavid romantizmi ilə məşğul olmuşdur.Cavid və romantizm K.Əliyevin araşdırmalarında həm ayrı-ayrılıqda, həm də birlikdə tədqiq olunmuşdur.Tədqiqatlar Cavidlə romantizm birləşdiyi yerdə daha geniş və daha dərin mənalar kəsb etməyə başlayır və bu zaman Azərbaycan romantizmini səciyyələndirən əsas xüsusiyyətlər də, Cavid romantizmi də qarşlıqlı əlaqədə, üzvi vəhdətdə, bir-birini tamamlayaraq götürüldüyü halda nəticələr maksimum səviyyəyə yüksəlir.Çünki Azərbaycan romantizmi onun əsas hissəsini təşkil edən Caviddən kənarda təhlil oluna bilmir.Bütövün təmin olunması və tamın təşkli üçün romantizm Cavidlə birlikdə aydınlaşır.
Kamran Əliyev “XX əsr Azərbaycan romantiklərinin ədəbi-nəzəri görüşləri” (1985), “Hüseyn Cavidin şəxsiyyəti və poetikası” (1997), “Mirzə Fətəlidən Hüseyn Cavidə qədər” (1998), “Cavid möcüzəsi” (2002), “Azərbaycan romantizminin poetikası” (2002), “Azərbaycan romantizminin nəzəriyyəsi” (2006), “Romantizm və folklor” (2006), “Hüseyn Cavid: həyatı və yaradıcılığı” (2008), “Ədəbiyyat tarixinə bir baxış” (2013), “Ədəbiyyatşünaslıq və ədəbiyyatşünaslar” (2013) kitablarında və çoxsaylı məqalələrində Azərbaycan romantikləri, o cümlədən H. Cavid romantizmini araşdırmış və geniş təhlillər aparmışdır.
Vaxtilə Y.Qarayev yazırdı ki, “Kamran Əliyevin romantizm problemlərinə marağı davamlıdır.O, bizim ədəbiyyatşünaslıqda yeganə mütəxəssisdir ki, həm namizədlik, həm də doktorluq dissertasiyasını Azərbaycan romantizminin aktual problemlərinə həsr edir”.
Kamran Əliyevin tədqiqatlarının gətirdiyi yeniliklərlə bağlı X.Məmmədov yazırdı ki, “XX əsr Azərbaycan romantiklərinin obrazlar sistemi, ümumiyyətlə, poetikası ilk dəfə bütöv halda geniş miqyasda müstəqil tədqiqat obyektinə çevirilir.Mövzunun və problemin qoyuluşunun ədəbiyyatşünaslıqda yeniliyi, şübhəsiz, problemin həllini çətinləşdirir, tədqiqatçı alimdən xüsusi səriştə, geniş erudisiyalı yaradıcılıq vərdişi tələb edir”.Belə bir erudisiya və professionalizmlə K.Əliyev romantizm problemlərini araşdırmışdır.
1980-ci ildə “XX əsr Azərbaycan romantiklərinin ədəbi-nəzəri görüşləri” mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş, 1985-ci ildə isə onu kitab kimi nəşr etdirmişdir.Bu istiqamətdə alim araşdırmalarını davam etdirmişdir.Təxminən 30 illik bir müddətdə Cavid yaradıcılığı və Azərbaycan romantizmi bütün mümkün aspektləri ilə öyrənilmişdir.XX əsr Azərbaycan romantizminin ədəbi-nəzəri səciyyəsi aydınlaşdırılmışdır.
XX əsr Azərbaycan romantik yazarları M.Hadi, A.Səhhət, H. Cavid, A.Şaiq, A.Divanbəyoğlu, S.Səlmasi və A.Surun yaradıcılıqlarını araşdırmış, onların əsərlərini Azərbaycan romantizmi kontekstində şərh etmişdir.
K.Əliyevin romantizm araşdırmasında əsas yerlərdən birini romantik fikrin daşıyıcısı olan qəhrəman tutur.Tədqiqatçı lirik romantik qəhrəmanı romantizm poetikasının ən tipik və ən geniş bir sahəsi kimi tədqiq edir.O romantizmi lirik qəhrəmanın daxili dünyasından çıxış edərək aydınlaşdırır.Bu zaman romantizm həm bədii ifadə tipologiyasını, həm də sənətkarın ideoloji mövqeyini diqqət mərkəzində saxlayır.Eyni zamanda lirik qəhrəmanın düşdüyü vəziyyəti xarakterizə edir.Cavidin lirik qəhrəmanı “cəfadan, riyadan başqa bir şey görmür”.Tədqiqatçı romantik qəhrəmanı izah edərkən sənətkarın həyat və qayəsini diqqətdə saxlayır.Ona görə hər bir obraz öz cəmiyyətinin əhvalını, rəngini ifadə edir.Bu xüsusiyyətinə görə Cavid romantizmində vətəndaşlıq mövqeyi güclü şəkildə özünü göstərir.Bu xüsusiyyət həm milli, həm də bəşəri mahiyyət daşıya bilir.Cavidin romantik qəhrəmanı “mənliyini sarmış sakit, durğun, sükunətli ruha qarşıdır”.Tədqiqatçı romantizmdə “Mən”in xüsusi mövqeyini diqqətlə qeyd edir.”Çünki romantizmdə lirik “mən” yüksəlmək, hüdudlardan böyük olduğunu sübut etmək fəallığındandır”.
K.Əliyevin romantizmlə bağlı tədqiqatlarında üç əsas istiqamətin olduğu müəyyənləşdirilmişdir: 1) milli təfəkkürün romantizmdə nəzəri-estetik xüsusiyyətlərini aşkara çıxarılması; 2) romantizmin bədii sisteminin bu xüsusiyyətlərlə bağlılığını səciyyələndirən prinsiplər təsbit edilmişdir; 3) milli romantizmin ümumdünya romantizminin orijinal forması olması aydınlaşdırılmışdır.
K.Əliyev bu istiqamətlərin hər birini geniş şəkilə araşdırmış, dərin təhlillər aparmışdır.Azərbaycan romantizm ədəbiyyatı və cavid romantizminin öyrənilməsində böyük xidmətlər göstərmişdir.
K.Əliyevin romantizm araşdırmasında romantiklərin folklorla əlaqələri də ayrıca bir yer tutur.Belə ki, alim bu problemə bir çox əsərlərində toxunsa da onu ayrıca bir tədqiqat predmeti kimi “Romantizm və folklor” (2006) kitabında araşdırmışdır.Alim belə qənaətə gəlir ki, “romantizmin folklor qaynağı elə romantizmin milli keyfiyyətini və milli müəyyənliyini təyin edən əsas fakt və amillərdir”.Araşdırma nəticəsində alim müəyyənləşdirir ki, “folklor qəhrəmanları ilə romantik qəhrəmanlar arasında ciddi oxşarlıq və yaxınlıq vardır”.Bu yaxınlıq dastan qəhrəmanları ilə dramaturgiyanın romantik qəhrəmanları arasında müqayisə zamanı daha aydın nəzərə çarpır.Burada oxşarlıq təşkil edən cəhətlərə sürətli məkan dəyişmələri, maneələrin çevik dəf edilməsi və s. də aiddir.”Eyni zamanda Mələk, İblis və Dərviş kimi mifoloji obrazlar folklordan romantizmə gələrək romantik bədii fikrə yeni-yeni çalarlar gətirmiş, onun obrazlar sisteminin rəngarəngliyinə şərait yaratmış, romantizm ədəbi cərəyanını realizm ədəbi cərəyanından, romantik sənətkarların yaradıcılıq irsini realist sənətkarların yaradıcılıq irsindən fərqləndirənb poetik əlamətləri kimi özünü göstərmişdir”.
Bu xüsusiyyətlər özünü Cavid romantizmində aydın şəkildə müşahidə olunur.Bu da yazıçının milli köklərə bağlılığını və ondan qidalandığını göstərməkdədir.K.Əliyev sovet dövründə romantizmə olan yanlış münasibəti də tənqid etmiş, onun əsassız olduğunu da aydınlaşdırmışdır.Eyni zamanda belə bir fikri inamla ifadə etmişdir ki, “romantizm öz vətəndaşlıq gücünü həmişə saxlamış və bundan sonra da saxlayacaqdır”.
K.Əliyev bu gün də tədqiqatlarını uğurla davam etdirir, Azərbaycan filologiyasını, o cümlədən onun parlaq səhifələrindən birini təşkil edən Cavidşünaslığı yeni yanaşma, yeni filoloji aşkarlamalar, yeni təhlillər və mülahizələrələ zənginləşdirir.

Ədəbiyyat

Əliyev K. XX əsr Azərbaycan romantiklərinin ədəbi-nəzəri görüşləri.B., 1985.
Əliyev K.Hüseyn Cavidin şəxsiyyəti və poetikası.B., 1997.
Əliyev K. Mirzə Fətəlidən Hüseyn Cavidə qədər.B., 1998.
Əliyev K. Cavid möcüzəsi. B.. 2002.
Əliyev K. Azərbaycan romantizminin poetikası.B.. 2002.
Əliyev K. Azərbaycan romantizminin nəzəriyyəsi.B., 2006.
Əliyev K. Romantizm və folklor.B.. 2006.
Əliyev K. “Hüseyn Cavid: həyatı və yaradıcılığı” B., 2008.
Əliyev K. Ədəbiyyat tarixinə bir baxış.B., 2013.
Əliyev K. Ədəbiyyatşünaslıq və ədəbiyyatşünaslar.B., 2013.

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008-2017.