Azərbaycan Milli Elmlər Akademiyası
        FOLKLOR  İNSTİTUTU

 
 
Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"İrs" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Araşdırmalar
Dissertasiyalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Qarabağ folkloru
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR




Sayğac
free counters
 

21.5.2013

Folklor İnstitutu Firudin bəy Köçərlinin 150 illik yubileyi ilə bağlı elmi sessiya keçirdi

Tədbir 20 may 2013-cü il tarixində AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunda baş tutdu. Elmi sessiyada AMEA Folkor İnstitutunun əməkdaşları ilə bərabər, Azərbaycan Turizm İnstitutunun rektoru prof. Cəfər Cəfərov, Bakı Dövlət Universitetinin filologiya fükültəsinin dekanı dos. Məhərrəm Vəliyev, fakültənin əməkdaşları prof. Vaqif Sultanlı və dos. Məhəmməd Məmmədov da iştirak edirdi.
Tədbri giriş sözü ilə açan Folklor İnstitutunun direktoru, fil.ü.e.d. Muxtar Kazımoğlu Firudin bəy Köçərlinin 150 illik yubileyi ilə bağlı Respublika prezidentinin məlum sərəncamını xatırladaraq elmi sesiyanın keçirilməsinin elmi ictimaiyyət üçün əhəmiyyətindən danışdı. Qeyd etdi ki, Firudin bəy Köçərli Azərbaycan humanitar fikrinin inkişafında, onun ideya və istiqamətlərinin müəyyənləşməsində danılmaz rolu olan böyük tənqidçi, ədəbiyyatşünas alim və pedaqoqdur. Natiq Firudin bəy Köçərlinin Azərbaycan mədəniyyətşünaslığı üçün əhəmiyyətindən söz açaraq bildirdi ki, o ilk Azərbaycan ədəbiyyatı tarixinin yazılmasında, uşaq ədəbiyyatının təməlinin qoyulmasında, ədəbi-tənqidi fikrin formalaşmasında mühüm addımlar atmışdır. O, dövrünün ədəbiyyatı ilə sistemli şəkildə məşğul olmuş və ədəbi proseslərə yön verən şəxsiyyətlərdən biri olmuşdur. Həmçinin onun fəaliyyətində folklorla bağlı olan, hətta bugünün özündə belə əhəmiyyətini itirməyən faktlar vardır ki, bu sessiyada onlar üzərində xüsusi dayanmaq istərdik.


Daha sonra tədbirdə prof. K.Əliyevin “F.Köçərlinin Azərbaycan ədəbiyyatı tarixində mövqeyi” adlı məruzəsi dinlənildi. Firudin bəy Köçərli haqqında dolğun və sistemli təsəvvür yaratmaq üçün alim onun yaradıcılıq və həyat poetikasını sinxron şəkildə ifadə etdi. Qeyd etdi ki, Firudin bəy Köçərlinin ən böyük ustalığı ondan ibarət idi ki, o tənqidçidən sadə və aydın yazmağı tələb edirdi. O deyirdi ki, tənqidçi ilk növbədə əsərin məzmununu qısa və tam şəkildə oxucuya çatdırmağı bacarmalıdır. Bunun əyani nümunəsi o C.Məmmədquluzadənin “Usta Zeynal” hekayəsinin təhlilində təqdim etmişdi.
Fil.ü.f.d. İ.Sadıq isə “F.Köçərlinin topladığı tapmacaların tiploloji xüsusiyyətləri” mövzusunda çıxış edərək Firudin bəy Köçərlinin folklorşünaslıq fəaliyyətinə və tapmacaların poetikasına nəzər yetirdi. O məruzəsində Azərbaycanın müxtəlif bölgələrindən toplanılmış tapmacalarla Firudin bəy Köçərlinin “Balalara hədiyyə” kitabındakı tapmacaları tiploloji baxımdan müqayisə etdi.
İnstitutun böyük elmi işçisi F.Qasımova “F.Köçərlinin folkorşünaslıq görüşləri” adlı məruzəsində tənqidçi alimin folklorşünaslıq fəaliyyətinin müasir elm üçün əhəmiyyətindən bəhs edərək onun toplama fəaliyyətinin özündən sonrakı nəsillərə təsirindən danışdı. Qeyd etdi ki, Firudin bəy Köçərli bütün ömrü boyu ana dili və folklor məsələsinə böyük önəm vermişdir.


İnstitutun elmi işçisi G.Osmanova “Balalara hədiyyə” kitabındakı epik folklor janrlarının çağdaş Azərbaycan nəsrinə təsiri” məruzəsində isə Firudin bəy Köçərlinin topladığı nağıllarla müasir Azərbaycan nəsri arasında maraqlı müqayisələr apardı. O qeyd etdi ki, Firudin bəy Köçərlinin “Balalara hədiyyə” kitabındakı epik folklor nümunələrini gözdən keçirdikdə aydın olur ki, bu nümunələr uşaq tərbiyəsinin təşkilinə müsbət təsir edə biləcək mətnlərdən təşkil olunmuşdur.
“Balalara hədiyyə” kitabındakı “Göyçək Fatma” nağılı və onun variantları” məruzəsi ilə çıxış edən institutun əməkdaşı A.Abbasova “Göyçək Fatma” nağılını Azərbaycanın müxtəlif bölgələrindən toplanılmış variantlarla müqayisə edərək oxşar və fərqli cəhətləri sessiya iştirakçılarının diqqətinə çatdırdı.
Sonda təqdim olunan məruzələri dəyərləndirən fil.ü.e.d. Muxtar Kazımoğlu bu sessiyanın təşkilində yaxından iştirak edən “Folklor və yazılı ədəbiyyat” şöbəsinə və şəxsən onun rəhbəri prof. K.Əliyevə təşəkkür elan etdi və bildirdi ki, bu tədbir həm də gənc tədqiqatçılara meydan verilməsi ilə yadda qaldı.
Tədbirdə BDU-nun filologiya fakültəsi ilə AMEA Folklor İnstitutu arasında əməkdaşlıqla bağlı şifahi razılaşma da əldə olundu və institutun direktoru fil.ü.e.d. Muxtar Kazımoğlu bildirdi ki, AMEA rəhbərliyi də intitutlararası və elmi qurumlarla əlaqə və əməkdaşlıq məsələsində çox maraqldır. Odur ki, biz bu istəyin davamı olaraq belə əməkdaşlıqlar üçün müəyyən işlər görmək fikrindəyik.


Hikmət Quliyev
Səfa Qarayev

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008-2017.