Azərbaycan Milli Elmlər Akademiyası
        FOLKLOR  İNSTİTUTU

 
 
Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"İrs" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Araşdırmalar
Dissertasiyalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Qarabağ folkloru
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR




Sayğac
free counters
 

20.5.2013

Makedoniya təəssüratlarım

Hələ 22 il əvvəl Makedoniya türkləri Valandova rayonunun Çalıklı kəndində Xıdır Elləz şənliklərini təntənəli şəkildə keçirməyə başlamış, daha sonra isə bu ənənə öz miqyasını böyütmüş, beş gün davam edən beynəlxalq festivala çevrilmişdir. Dünyanın bir çox yerindən gəlmiş milli rəqs və musiqi qruplarının tamaşaları, pəhləvanların meydan güləşləri, əl işləri sərgisi, milli mətbəx və s. ilə türk adət və ənənələrini yaşadan bu festival Balkan yarımadasında yaşayan türklərin yeganə rəsmi bayramıdır. Makedoniyada keçirilən bu festivalın tərkibində artıq 18 ildir ki, Beynəlxalq Türk Kültürü Simpoziumu keçirilir. Builki simpoziumda mən də iştirakçı idim.
Beş gün davam edən 22-ci Xıdır Elləz Bahar şənlikləri adlanan festival çərçivəsində simpozium iştirakçıları Makedoniya və Kosovanın tarixi və mədəni abidələri, görməli yerləri ilə tanış oldular. Səyahət qədim Üsküp şəhəri ilə tanışlıqdan başladı. Üsküp qədim gözəlliyi ilə müasir göydələnləri vəhdət təşkil edən bir şəhərdir.


Proqramın ikinci günü Kosovaya səfər edildi. Prizren və Priştina şəhərləri qədim memarlıq üslubu və Osmanlı camiləri ilə möhtəşəmliyini və orijinallığını qoruyur. Kosovanın paytaxtı Priştina şəhərindən 6 km məsafədə, Məscid kəndi yaxınlığında yerləşən Sultan I Murad Türbəsi və ya yerli xalqın dediyi kimi “Meşhedi Xudavəndigar Türbəsi” bölgədə türklüyün və müsəlmanlığın simvoludur. Kosovada hərbi səfərdə şəhid olan Sultan I Muradın daxili orqanlarının dəfn olunduğu türbə Buxara şəhərindən gəlmiş şeyx tərəfindən idarə olnmuşdur.
Proqramın üçüncü günü Qalxandelen, Monastr, Ohri, Qostavar şəhərlərini əhatə edən geniş Makedoniya turu ilə başa çatdı.
İlk dayanacağımız paytaxt Üsküpdən 45 km məsafədə yerləşən Qalxandelen (Tetova) şəhəri oldu. Qalxandelen şəhərində Köpüklü (Pena) çayının yaxınlığında yerləşən Paşa Camini ziyarət etdik. İki bacı olan Xurşudə və Mənsurə xanımların öz cehizlərini sataraq tikdirdikləri bu cami rəngarəng çiçək rəsmləri ilə bəzədilmişdir. Qeyri-adi gözəlliyi ilə məşhur olan cami rəngli naxışlarına görə xalq arasında Alaca Cami kimi tanınır.

İkinci dayanacağımız Makedoniya Bəqtaşilər təriqətinin mərkəzi olan Arabati Baba təkkəsidir. Osmanlı vəziri vəzifəsindən imtina edərək bəqtaşi dərvişliyinə başlayan Sərvər Əli paşanın 1526-cı ildə təməlini qoyduğu bu təkkə Sultan Süleyman Qanuni “sənin adın bundan sonra Sərsəm olsun” dediyi üçün Sərsəmi təkkəsi kimi də tanınır. Təkkədə bir çox məşhur bəqtaşi babaları xidmət göstərmişdir. Bunlardan biri də Harabati Sultan olmuşdur. Təkkənin adı da bu dərvişin adından qalmışdır.
Növbəti səyahətimiz Monastr (Bitola) şəhərinə oldu. 1896-1899-cu illərdə Atatürkün təhsil aldığı hərbi liseyin binası bu gün muzey kimi fəaliyyət göstəririr. Binanın girişində Makedon, türk və ingilis dillərində çağdaş Türkiyənin qurucusu və ilk prezidenti Atatürkün burada təhsil aldığı haqda lövhə vurulub. Muzeyin bir hissəsi isə Atatrük xatirə guşəsi kimi fəaliyyət göstərir.
Yunanıstan, Albaniya və Makedoniya sərhədində yerləşən Ohri gölü və gölün sahilindəki Ohri şəhəri təbii gözəlliyi ilə valehedicidir. Yüksək təpədə yerləşən Ohri qalasından şəhərin möhtəşəm gözəlliyi göz oxşayır. Şəhər yenə əski türk çarşısı, yaşı bilinməyən anfiteatr, köhnə daş evlər və camiləri, göldən çıxarılan inci və mirvarisi ilə məşhurdur.


Qostivar şəhəri əhalisinə görə türklərin daha sıx yaşadığı bir şəhərdir. Burda bir necə türk dərnək və mədəniyyət mərkəzləri fəaliyyət göstərir. Bunlardan bir olan “Makedoniya Türklərinin Haklarını Qoruma dərnəyi” bu simpoziumdan yararlanaraq Azərbaycandan gəlmiş nümayəndələrlə bərabər bir konfrans keçirmək qərarına gəldi. “Azərbaycan-Türkiyə kültür əlaqələri” adlı konfransda Azərbaycan nümayəndələrinin çıxışları maraqla qarşılandı.
Proqramın dördüncü günü simpoziumun açılışı oldu. Mərkəzi Ankarada yerləşən Türk Halk Kültürü Kurulu tərəfindən təşkil olunmuş builki simpozium – 18-ci Beynəlxalq Türk Kültürü Simpoziumu ənənəvi proqramlarından birini yenə çox böyük uğurla başa vurdu. Türk dünyasının müxtəlif ölkələrindən gəlmiş alim və tədqiqatçılar simpoziumda foklor, xalq mədəniyyəti, dil və tarix mövzusunda məruzələrlə çıxış etdilər. Azərbaycandan bu simpoziumda üç iştirakçı vardı, o cümlədən AMEA Folklor İnstitutunu iki nümayəndə təmsil edirdi. fil.ü.f.d., dos. Nübar Həkimova “Azərbaycanda Hıdır Ellez gelenekleri” mövzusunda məruzə etdi. Mənim mövzum isə “Doğa değişimleriyle ilgili halk inançları ve kutlamaları“ idi. Simpoziumun son gününün proqramı sərbəst idi. Bundan istifadə edərək Üsküpdə yerləşən türk təhsil və mədəniyyət müəssisələrini ziyarət etdim. Bu işdə mənə əslən Makedoniyalı olan Dos. Dr. Mariya Leontiç rəhbərlik etdi.
Burada vaxtımın məhdud olmasına baxmayaraq, Üsküp Yunus Əmrə Kültür Mərkəzi kitabxanasında və Krill Metodi Universitetinin Türk dili ve ədəbiyyatı bölümü kitabxanasında tədqiqat obyektim olan folklor mətnləri ilə bağlı bəzi araşdırmalar da apardım.
Səfərimizin beşinci günü axşam xoş təəssüratlarla Üsküpden ayrıldım.

Nailə Əskər

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008-2017.