Azərbaycan Milli Elmlər Akademiyası
        FOLKLOR  İNSTİTUTU

 
 
Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"İrs" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Araşdırmalar
Dissertasiyalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Qarabağ folkloru
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR




Sayğac
free counters
 

13.5.2013

TÜRKÜSTAN ŞƏHƏRİNDƏ KONFRANS

  Əli Şamil və Əli Akar

2013-cü ilin aprelin 19-20-də Qazaxıstan Respublikasının Türküstan şəhərində Xoca Əhməd Yəsəvi adına Beynəlxalq Qazax-Türk Universitetində “Kültirel Etkileşim ve Medeniyetler İttifakı” mövzusunda V Uluslararası Etkileşim ve Medeniyetler Kongresi keçirilmişdir.
Xoca Əhməd Yəsəvinin doğulduğu, islamı sadə türk şeiri ilə təbliğ etdiyi Yəsə indi Türküstan şəhəri adlanır. Əhməd Yəsəvinin məzarı da buradadır. Məzar üzərində 12-ci yüzildə nəhəng bir məscid ucaldılıb. Uçmaqda olan məscidi Türk mütəxəssisləri yüksək səviyyədə təmir ediblər. Bu ziyaratgaha hər gün dünyanın müxtəlif güşələrindən onlarla insan gəlir.
Xoca Əhməd Yəsəvi adına Beynəlxalq Qazax-Türk Universitetində təhsil pulsuz olmaqla yanaşı, tələbələrə hər ay 150 manata yaxın təqaüd də verirlər. Orada Azərbaycandan getmiş 50-yə yaxın gənc təhsil alır.
“Kültirel Etkileşim ve Medeniyetler İttifakı” mövzusunda V Uluslararası Etkileşim ve Medeniyetler Kongresınun də bu kiçik şəhərdə keçirilməsinin rəmzi mənası vardı. Toplantıya türk xalqları və topluluqlarından 120-ə yaxın məruzəçi dəvət edilmişdi. Saya görə azərbaycanlılar qazaxıstanlılardan, türkiyəlilərdən sonra üçüncü yeri tuturdu. Özbəkistanın paytaxtı Daşkənddən Türküstan şəhərinə maşınla 3-4 saatlıq yol olmasına baxmayaraq adları proqramda olsalar da bəzi özbək alimləri gəlməmişdi.

Azərbaycanlı alimlər tələbə soydaşlarımızla

Saxadan, Altaydan, Tuvadan, Xakasyadan, Başqırdıstandan, Tatarıstandan, Uyğurustandan və b. bölgələrdən gələnlərin əksəriyyətinin ünsiyyət dili kimi türkcədən istifadə etmələri, məruzələrini də Türkiyə türkcəsində oxumaları bu dilin gələcəkdə BMT qəbul etdiyi dillər siyahısına düşəcəyinə ümidi artırır.
Konfrans proqramına ciddi əməl edən təşkilatçılar məruzələrin dinlənməsinə və məruzə ətrafında müzakirələrə normal şərait yaratmaqla yanaşı, qonaqların bölgənin tarixi yerləri ilə tanış olmaları və dincəlmələri üçün də gözəl şərait yaratmışdılar.
Toplantı iştirakçıları hər gün səhər yeməyindən sonra Əhməd Yəsəvinin türbə-məscidini ziyarət edib iclaslarına başlayırdılar. Axşamlar Universitet müəllim və tələbələrinin iştirakı ilə konsertlər təşkil edilirdi. Bu konsertlərdə türk xalqlarının demək olar ki, hamısının mahnı və rəqsləri ifa edilirdi.
Diqqəti çəkən çəhətlərdən biri də odur ki, Azərbaycanda unudulmaqda olan tanbur musiqi aləti Qazaxıstanda Dövlət Orkestrlərində əsas musiqi alətlərindən bir olmaqla yanaşı, bəstəkarlar bu alət üçün musiqi partiyaları yazır, sənətşünaslıq sahəsində elmlər doktoru adı almış, universitetlərdə professor işləyənlər də rəsmi və qeyri-rəsmi konsertlərdə tanbur çalırlar.
Konfransda İstanbuldakı Aydın Universitetinin professoru Kamil Vəli Nərimanoğlunun, AMEA Şərqşünaslıq İnstitutunun əməkdaşları Elmira Məmmədovanın və Kamalə Ələkbərlinin məruzələri də maraqla qarşılandı.
Konfransda institutumuzun xarici ölkələrlə folklor əlaqəsi bölməsinin müdiri Əli Şamil “Bekir Sıtkı Çobanzade’nın Türk Halklarının Kültürel Etkileşim ve Degişiminde Rolu” mövzusunda məruzə etmişdir.
Konfransın sonunda iştirakçıları Sırdərya kənarındakı Universitetin istirahət mərkəzinə aparmış, günün sonunda isə Çimkənd şəhərinin görməli yerlərini gəzdirmişlər.

 Əli Şamil

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008-2017.