Azərbaycan Milli Elmlər Akademiyası
        FOLKLOR  İNSTİTUTU

 
 
Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"İrs" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Araşdırmalar
Dissertasiyalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Qarabağ folkloru
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR




Sayğac
free counters
 

8.5.2013

Folklor İnstitutu ulu öndər Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirdi

AMEA Folklor İnstitutu 8 may 2013-cü il tarixində ulu öndər Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev irsi və Azərbaycan folklorşünaslığı” mövzusunda elmi sessiya keçirdi.
Tədbir AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda keçirildi. Elmi sessiyada AMEA Folkor İnstitutunun əməkdaşları ilə bərabər, Azərbaycan Turizm İnstitutunun rektoru prof. Cəfər Cəfərov, AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktor vəzifəsini icra edən Paşa Kərimov, AMEA Tarix İnstitutunun direktor müavini prof. C.Bəhrəmov da iştirak edirdi.
Tədbiri giriş sözü ilə açıq elan edən Folklor İnstitutunun direktoru, f.ü.e.d. M.Kazımoğlu ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətçilik tarixində, o cümlədən, humanitar fikir sahəsində gördüyü xidmətləri qısa xülasə edərək bildirdi ki, bu dahi şəxsiyyətin fəaliyyətində üç əsas prinsip daima aparıcı olmuş və bir-birini tamamlamışdır: mill-mənəvi kökə və dəyərlərə əsaslanan azərbaycançılıq, türk dünyası ilə sıx bağlılıq və dünyaya inteqrasiya.


Natiq qeyd etdi ki, məhz bu fəaliyyətlər möhkəm sütunlar üzərində qurulan müstəqil Azərbaycan dövlətinin əsasını təşkil etdi.
Tədbirdə prof. K.Əliyev “Heydər Əliyev və xalqa müraciət etiketi” mövzusunda çıxış edərək, dahi şəxsiyyətin müxtəlif dövrlərdə çıxışları zamanı istifadə etdiyi nitq etiketlərinin mətnaltı mənaya malik olduğunu vurğulayaraq bunların milli xarakterinə diqqət çəkdi.
Daha sonra prof. C.Qasımov “Heydər Əliyev və milli mənlik şüuru” mövzusunda məruzə edərək qeyd etdi ki, onun hətta Sovet dönəmindəki bütün fəaliyyətlərinin də əsasında milliləşdirmə siyasəti dayanırdı.
“Heydər Əliyev və qədim türk mifoloji düşüncəsi və folklor irsi”, mövzusunda çıxış edən f.ü.e.d. R.Qafarlı qeyd etdi ki, o Azərbaycan xalqının qədimliyini, dərin söy-kökə malik olmasını öz çıxışlarında dəfələrlə vurğulamış və bu yöndə faəliyyət göstərənlərin – elm adamları və ictimai xadimlərin hamisinə çevrilmişdi.
Elmi sessiyada çıxış edən prof. C.Bəhrəmov Tarix İnstitunda ulu öndər Heydər Əliyevin 1969-1982-ci illlərdə şəxsən işlədiyi və redaktə etdiyi sənədləri çapa hazırladıqlarını bildirdi və qeyd etdi ki, bu sənədlərlə tanış olarkən onun milli-mənəvi dəyərlərimizə verdiyi dəyər adamda qürur hissləri oyadır.


“Heydər Əliyev və mərasim mədəniyyəti” mövzusunda çıxış edən f.ü.f.d. A.Xəlil isə dahi öndəri Sovet dövründə zəifləmiş mərasimlərin bərpaçısı, müəyyən mərasimlərin yaradıcısı və təşkilatçısı kimi xarakterizə edərək onun çox nümunəvi mərasim davranışları nümayiş etdirdiyini diqqətə çatdırdı.
F.ü.f.d. Q.Sayılov “Heydər Əliyev və aşıq sənəti” adlı məruzəsində Heydər Əliyevin Azərbaycan aşıq sənətinə və aşıqlarına göstərdiyi qayğı və diqqətdən bəhs edərək aşıq yaradıcılığında geniş şəkildə yayılmış Heydər Əliyev obrazından danışdı.
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktor vəzifəsini icra edən, f.ü.e.d. Paşa Kərimov öz çıxışında ümumilli lider Heydər Əliyevin Əlyazmalar İnstitutunun yaranmasındakı xidmətlərinə diqqət çəkərək onun Azərbaycan xalqının milli-mənəvi mədəniyyətinə olan sevgi və töhfələrindən bəhs etdi.
Sonda f.ü.e.d.. M.Kazımoğlu hər bir çıxışçıya təşəkkürünü bildirərək dahi öndər irsinin hələ neçə-neçə tədqiqatların predmetinə çevriləcəyini vurğuladı.

Səfa Qarayev,
Hikmət Quliyev

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008-2017.