Azərbaycan Milli Elmlər Akademiyası
        FOLKLOR  İNSTİTUTU

 
 
Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"İrs" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Araşdırmalar
Dissertasiyalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Qarabağ folkloru
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR




Sayğac
free counters
 

9.4.2013

Respublika Dədə Qorqud Günü qeyd olundu

AMEA Folklor İnstitutu hər il olduğu kimi, bu il də aprelin 8-də Respublika Dədə Qorqud gününü qeyd etdi. Tədbir AMEA M.Füzuli adına Əlyazmalar İnstitunda baş tutdu. Tədbiri giriş sözü ilə açan institutun direktoru fil.üz.e.d. Muxtar Kazımoğlu Respublika Dədə Qorqud Gününün iki baxımdan əhəmiyyət kəsb etdiyini dedi: “Birincisi, Ümummilli lider Heydər Əliyevin “Kitabi-Dədə Qorqud”un 1300 illik yubileyinin qeyd olunması ilə bağlı imzaladığı məlum sərəncama müvafiq olaraq bu tədbirin qeyd olunması.
İkincisi isə, alman şərqşünası, F.Ditsin 1815-ci ildən etibarən “Kitabi-Dədə Qorqud”un elm aləminə təqdim olunmasının, başqa sözlə, qorqudşünaslığın əsasının qoyulmasının 200 illik yubileyi qarşısında görülən işlər”.


Bundan başqa tərbirin əhəmiyyətindən danışan fil.üz.e.d. Muxtar Kazımoğlu bildirdi ki, bu tədbirin ənənəvi şəkildə keçirilməsi filologiyamıza çoxsaylı elmi məqalə və kitabların daxil olmasına səbəb olmuşdur. Əgər bu gün biz Folklor İnstitutu əməkdaşlarının kitablarını vərəqləsək, buradakı məqalə və oçerklərin bir qisminin elə bu tədbirlərin elmi nəticəsi olaraq ortaya çıxıdığı qənaətinə gələ bilərik. Bu tədbirin digər bir özəlliyi də ondan ibarətdir ki, burada alimlər yalnız məqalə və tezislərlə təmsil olunmur, həmçinin onlar müzakirə və disskusiyalar əsasında qorqudşünaslığın yeni elmi problemlərini də qaldırmış olurlar. Bu isə son nəticədə yeni elmi fikirlərin ortaya qoyulması üçün münbit şərait yaradır.
Tədbirdə 5 məruzə dinlənildi. İlk olaraq fil.üz.e.d., prof. Əzizxan Tanrıverdi “Dədə Qorqud Kitabı”nda dağ adları məruzəsi ilə çıxış etdi. Alim dastanda son müəyyənləşdirmələrə əsasən 8 dağ adının yer aldığının bildirərək bu istiqamətdə görüləcək işlərin hələ də olduğunu dedi. Müəllif dağ adlarının müxtəlif dil hadisələri nəticəsində formalarını dəyişdiyini nəzərə alaraq onların bəziləri barədə özünün yanaşmasını təqdim etdi. Bu adlardan ən çox müzakirəyə səbəb olanı dastanda müxtəlif şəkildə oxunan “Ağayıl” adı oldu ki, məruzəçi də bunun izahını “ağ yal” kimi verdi.


Çxışdan sonra Azərbaycan Müəllimlər İnstitutunun II kurs tələbələri Sona Kərimova və Sevinc Müşfiqqızının “Kitabi-Dədə Qorqud” dastanından oxuduqları mətn parçaları auditoriyanın alqışına səbəb oldu.
Məruzədən sonra R.Kamal, A.Xəlilin və M.Məmmədovun mövzu ilə bağlı Ə.Tanrıverdiyə verdiyi suallar müzakirələrin ruhunu daha da canlandırdı.
Daha sonra fil.üz.f.d. Rüstəm Kamal “Dədə Qorqud Kitabı” və “İqor Polku haqqında dastan”: xronotopların tipologiyası” adlı məruzə ilə çıxış etdi. İlkin olaraq “xronotop” anlayışı barədə izahat verən məruzəçi dastanda yer alan xronotopların ritual xarakterli olduğunu qeyd etdi. Alim yol, yolayrıcı, sərhəd, ov və s. kimi xronotopların adlarını çəkərək hər biri barədə öz yanaşmasını təqdim etdi.


“Dədə Qorqud Kitabı”nda təhrifə uğramış sözlər” məruzəsilə çıxış edən p.üz.f.d. A.Hacıyev dastanın müxtəlif alimlər tərəfindən oxunuşu zamanı fərqli şəkildə izah olunan söz və ifadələrə diqqəti cəlb etdi. Qeyd etdi ki, abidənin dilində xeyli sözlər vardır ki, onlar zaman-zaman müxtəlif oxunuşlarda fərqli yanaşmalar özünü göstərmişdir. Konkret olaraq bu sözlərdən bir neçəsi üzərində dayanan müəllif qorqudşünaslıqda həmin sözlərin oxunuşu ilə bağlı olan yanaşmaları göz önünə gətirərək öz düşüncələrini şərh etdi.
“Türk eposunda üçfunksiyalılıq elementləri” məruzəsilə çıxış edən Ayna Rzayeva türk mədəniyyətindəki üçlü dünya modelindən söhbət açaraq, problemin müxtəlif səviyyələrini auditoriyanın nəzərinə çatdırdı. Türk eposunda yer alan xaos, kosmos və yenidən yaranma modellərini “Kitabi-Dədə Qorqud” dastanına tətbiq edən məruzəçi gələcəkdə də bu sahədə görüləcək işlərin çox olduğunu vurğuladı.


Bütün məruzələr qarşılıqlı müzakirələr fonunda keçdi.
Daha sonra çıxış üçün söz alan AMEA-nın müxbir üzvü, prof. T.Hacıyev Respublika Dədə Qorqud Gününün qeyd olunma əhəmiyyəti və tarixindən danışaraq bildirdi ki, “Dədə Qorqud Kitabı” hər bir azərbaycanlı xanımın cehiz əşyaları içərisində yer alan mənəvi abidəyə çevrilməlidir. Alim bildirdi ki, biz aidiyyətli orqanlar qarşısında məsələ qaldıraraq bu ənənənin əsasını qoymalıyıq.
Sonda hər bir məruzəni ayrı-ayrılıqda dəyərləndirən fil.üz.e.d. Muxtar Kazımoğlu qaldırılan problemlərin gələcək araşdırmalar üçün də ciddi mövzu verdiyini söyləyərək bildirdi ki, bu müzakirələr onu göstərir ki, dilçi və folklorşünas alimlərin bir arada “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı müzakirə edə biləcəyi çox məqamlar vardır. İnstitutun direktoru fil.üz.e.d. Muxtar Kazımoğlu tədbirə müxtəlif universitetlərdən qatılan tələbə və əməkdaşlara, eləcə də AMEA M.Füzuli adına Əlyazmalar İnstitunun rəhbərliyinə öz təşəkkürlərini bildirdi.

Hikmət Quliyev
Səfa Qarayev

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008-2017.