Azərbaycan Milli Elmlər Akademiyası
        FOLKLOR  İNSTİTUTU

 
 
Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"İrs" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Araşdırmalar
Dissertasiyalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Qarabağ folkloru
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR




Sayğac
free counters
 

9.4.2013

AMEA Folklor İnstitutunun əməkdaşları Fetihe Qurultayında

(4-cü Uluslararası Türk Dünyası Kültür Qurultayı
(Türkü, Türkülerimiz, Öyküleriyle Türküler Sempozyumu)

2013-cü il martın 21-24-də Türkiyənin Fethiyə şəhərində Fethiyə Bələdiyyəsi ilə “Halk Kültürü Araştırmaları Kurumu”nun birgə ərsəyə çatdırdıqları “4-cü Uluslararası Türk Dünyası Kültür Kurultayı” keçirildi. Qurultay çərçivəsində “Türkü, Türkülerimiz, Öyküleriyle Türküler” adlı Simpozyum düzənləndi.
Novruz günlərində Fethiyəyə 24 ölkədən 100-ə qədər elm adamları toplandı. Azərbaycan, Ukrayna, Türkmənistan, Özbəkistan, Makedoniya, Macarıstan, Qırğızıstan, İraq, İran, Hollandiya və digər ölkələrin elm adamları bir araya gələrək maraqlı məruzələrlə çıxış etmiş və ortaq türk mədəniyyətimizə, folklorumuza aid yeni məlumatlarla paylaşdılar.
Simpozium dəniz sahilində Novruz bayramının təntənəli şəkildə qarşılanmasıyla başladı. Beşkaza meydanında od üzərindən atlanma, dəmir döymə, yumurta qırma kimi yarışmalar qonaqlarda əsl bayram əhvalı yaşatdı.
Bayramın davamında Fethiyə Bələdiyyə başqanı Behçet Saatçıya müxtəlif ölkələrin elm-sənət adamları bayram sovqatlı hədiyyələr təqdim etdilər.
Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunu Nübar Həkimova, Vüsal Səfiyeva, Vildan Əsgərova, Gülüstan Bayramova və bu sətirlərin müəllifi təmsil edirdi. Folklor İnstitutu adından təqdim olunan bayram xonçası xüsusi minnətdarlıq hissiylə qarşılandı.


Qonaqların böyük marağına səbəb olan daha bir məqam H.Nurgül Begiçinin ənənəvi Türk Keçəçilik sənəti sərgisinin açılışı oldu. Sərgi salonunda sənətçinin qədim xalq sənəti sayılan keçə sənətinə aid qeyri-adi əl işləri nümayiş etdirildi. Sənətçinin keçə üzərində müxtəlif səpkidə və məzmunda rəngli calarlarla fikir və düçünçələri öz əksini tapıb.
Elmi məruzələrlə dolğun oturumlarla Sempozium öz işini üç gün davam etdirdi. Prof.Dr. Ali Osman Öztürk (Türkiyə), Prof.Dr. Naciye Yıldız (Türkiyə), Dr. Janos Sıpos (Macarıstan), Prof.Dr.İlseyar Zakirova (Tatarıstan), Dr. Fadil Hoca (Makedoniya), Doç.Dr. Fedora Arnaut (Ukrayna), Dr. Mehmet Tütüncü (Hollandiya) şair-yazar Nail Tan (Türkiyə), Prof.Dr. Gülnaz Abdullazadə (Azərbaycan), Prof.Dr. Cəlil Nağıyev (Azərbaycan), Prof.Dr. Əbülfəz Amanoğlu (Azərbaycan), Prof.Dr. Tarih Dostiyev(Azərbaycan), Prof.Dr. Tərlan Quliyev (Azərbaycan) və başqaları dərin məzmunlu çıxışlarında türk dünyasının müştərək türkülərinin mətn, dil üslublarını, melodik xüsüsiyyətlərini diqqətə catdırdılar. Bu arada İzmir Dövlət Türk Dünyası Dans və Müzik Topluluğunu və şeir gecəsini qeyd etmək istərdim.


Yadda qalan anlardan biri də Türk Halk Kültürünə Hizmət Ödüllərinin verilməsi oldu. Ödülün biri Ukraynalı Doç.Dr. Feodora Arnauta, digəri isə Azərbaycan Televiziyasının “Turan” proqramına, proqramın rəhbəri Zərnişan Azayevaya təqdim edildi.
Yüksək səviyyədə təşkil olunan və son dərəcə nizamlı şəkildə düzənlənən qurultay Fethiyə Bələdiyyə başkanı Dr.Behçet Saatçının, “Halk Kültürü Araştırmaları Kurumu”nun başqanı Prof.Dr. İrfan Nasrattınoğlunun böyük əməyi və səyi nəticəsində ərsəyə gəldi.
Hər bir yeni Simpozium yeni elmi fikir, elmi polemika nəticəsində yeni ortaq mövzuların üzə cıxmasına səbəb olur. Bütün bunlar isə elmin inkişafına, milli dəyərləmizin qorunub saxlanmasına xidmət edir.

Nailə Rəhimbəyli

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008-2017.