Azərbaycan Milli Elmlər Akademiyası
        FOLKLOR  İNSTİTUTU

 
 
Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"İrs" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Araşdırmalar
Dissertasiyalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Qarabağ folkloru
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR




Sayğac
free counters
 

9.4.2013

Quzey Kıprısda beş gün

2013-cü il martın 20-24-də Quzey Kıbrıs Türk Cümhuriyyətinin Qazımağosa şəhərində XXIV Uluslararası KIBATEK ədəbiyyat şöleni keçiriləcəkdi. Azərbaycandan bir neçə alim də bu beynəlxalq toplantıda iştirak edəcəkdi.
Martın 20-də sübh tezdən Quzey Kıprıs Türk Cümhuriyyətinin sərin havasını ciyər dolusu sinəmizə çəkir, Ağ Dənizin ləpələrinin həzin pıçıltısına qulaq asırdıq. Kıprısa bahar gəlmişdi, hər tərəf yaşıllıq, gül-çiçəklərlə süslənmişdi. On ölkədən 80-ə yaxın qonaq tədbirdə iştirak etmək üçün Kıprısa gəlmişdi.
Açılış törəni martın 21-də səhər saat 09:00-da Doğu Ak Deniz Universitetində başladı. KIBATEK Vakfı Başkanı İsmail Bozkurt, KIBATEK Türkiyə Başkanı Mətin Turan, Doğu Ak Deniz Universiteninin rektoru prof. Dok. Abdullah Öztoprak, DAU-nin Egitim fakültəsinin dekanı prof. doktor Halil İbrahim Yalın və KKTC-nin prezidenti çıxış edərək qonaqları salamladılar və simpoziumum işinə uğurlar dilədilər.


Üç gün davam edən simpoziumda Azərbaycandan olan Bakı Dövlət Universitetinin müəllimi, filologiya üzrə fəlsəfə doktoru Allahverdi Məmmədlinin, AMEA Şərqşünaslıq İnstitutunun elmi işçisi Elmira Məmmədovanın, AMEA Ədəbiyyat İnstitutunun elmi işçisi Jalə İsmayılın və mənim çıxışları maraqla dinləndi.
Martın 22-də simpozium Girnə şəhərində Girnə Amerikan Universitetində davam etdirildi.
Martın 23-də İskele Atatürk Kültür Mərkəzində Kıprıs xalq oyunları göstərisi təşkil edildi.
Ardınca şairlərin Kıprısa və bahara həsr edilmiş şeirlərinin təqdimatı keçirildi.
Azərbaycan şairləri Jalə İsmayıl və Nizami Muradoğlunun oxuduqları şeirlər alqışlarla qarşılandı.
Martın 24-də Kıprısın tarixi yerləri ilə tanışlıqdan sonra vətənə döndük.

Nizami Muradoğlu

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008-2017.