Azərbaycan Milli Elmlər Akademiyası
        FOLKLOR  İNSTİTUTU

 
 
Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"İrs" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Araşdırmalar
Dissertasiyalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Qarabağ folkloru
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR




Sayğac
free counters
 

9.4.2013

“Sosial mifoloji bağlamda Novruz”

Filologiya üzrə elmlər doktoru Füzuli Bayat (Gözəlov) 21 mart 2013 tarixində Mehmet Akif Ersoy Universiteti Rektorluğuna bağlı Xalq Bilimi Uyqulama Mərkəzinin dəvəti ilə “Sosial mifoloji bağlamda Novruz” adlı seminar vermişdir. Seminarda Yeni gün və ya bugünkü adı ilə Novruz bayramının mifoloji baxımdan ölüb-dirilən təbiət kultunu simvollaşdırdığı, fəlsəfi baxımdan yeni cana, yeni həyata qovuşma, sosial aspektdən birlik və bərabərlik mesajı verdiyi xüsusi olaraq vurğulanmışdır. İnsanlıq hər il gecə ilə gündüzün bərabərləşdiyi gündə Novruzu bayram etməklə qutsal başlanğıcı təkrarlamış, bununla da ilk müqəddəsliyi bir daha yaşamışlardır.
Türk dünyasının hər yerində qutlanan Novruz qonşu xalqlar – iranlılar, əfqanlar, pakistanlılar və digərləri tərəfindən də milli bayram kimi anılmışdır. İslamiyyətin qəbulundan sonra Novruzun dəyərləri Hz. Adəm, Nuh, Yunus, Hz. Əli adına bağlanmış, ərəblər də onu bayram etmişlər. Seminarda Novruzun bütün tərəfləri ilə qonar-köçər xalqın inanc dünyasını, iqtisadi həyatını ehtiva etdiyi bir daha göstərilmiş, Yeni ilin doğrudan da yenilənmə olduğu bildirilmişdir.
Füzuli Bayata görə Novruz türklərin özlərinə məxsus karnaval tipli bayramıdır. Onun bir neçə gündən bir neçə həftəyə qədər bayram edilməsi, çeşidli yeməklərlə bərabər, Novruzda müxtəlif oyunların, idman yarışlarının olması karnavalın varlığından xəbər verir.
Novruzu bugün hər hansı bir mifoloji obrazın adına, hər hansı bir xalqa, hər hansı bir dinə və ya məzhəbə bağlamaq mümkün deyildir. O quzey yarımkürəsində yaşayan, qışı çilə, baharı oyanış kimi görən bütün insanların bayramıdır.


           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008-2017.