Azərbaycan Milli Elmlər Akademiyası
        FOLKLOR  İNSTİTUTU

 
 
Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"İrs" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Araşdırmalar
Dissertasiyalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Qarabağ folkloru
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR




Sayğac
free counters
 

28.3.2013

İsrafil ABBASLI

Azərbaycan filologiyasına və folklorşünaslığına ağır itki üz vermişdir. Filologiya üzrə elmlər doktoru, professor İsrafil İsmayıl oğlu Abbaslı ömrünün 75-ci ilində qəflətən vəfat etmişdir.
İsrafil İsmayıl oğlu Abbaslı 1938-ci ildə İrəvan şəhərində anadan olmuş, 1960-cı ildə İrəvan Dövlət Pedaqoji İnstitutunun tarix-filologiya fakültəsini bitirmişdir. İsrafil Abbaslı 1961-ci ildə Nizami adına Ədəbiyyat İnstitutunda laborant kimi əmək fəaliyyətinə başlamış, 1987-ci ildən həmin institutda, 2003-cü ildən isə Folklor İnstitutunda şöbə müdiri vəzifəsində çalışmışdır. İ.İ.Abbaslı 1988–1991-ci illərdə keçmiş SSRİ Elmlər Akademiyası Ədəbiyyat və Dil Bölməsindəki Folklor Şurasının üzvü seçilmiş, beynəlxalq miqyasda folklor problemlərinə həsr olunmuş konfrans və müşavirələrdə Azərbaycan Respublikasını yüksək səviyyədə təmsil etmişdir.
İ.İ.Abbaslı bir sıra fundamental nəşrlərin hazırlanmasında iştirak etmiş, 10 cildlik Azərbaycan Sovet Ensiklopediyasının 6 cildindəki əsas məqalələrin müəlliflərindən biri, «Azərbaycan klassik ədəbiyyatı kitabxanası», «Azərbaycan ədəbiyyatı inciləri», «Dünya uşaq ədəbiyyatı», «Azərbaycan folkloru antologiyası» kimi çoxcildliklərdə toplayıcı, tərtibçi, ön söz, izah və qeydlərin müəllifi, həmçinin redaktor olmuşdur. O, son illərdə nəşrinə başlanılmış altıcildlik «Azərbaycan ədəbiyyatı tarixi»nin I cildinin redaktor müavini və cilddəki bir sıra oçerklərin müəllifidir. Çoxcildli regional folklor antologiyaları və «Azərbaycan folklorunun ilkin nəşrləri» seriyası, həmçinin bu istiqamətdə aparılmış araşdırmalar onun təşəbbüsü ilə həyata keçirilmişdir.
İ.İ.Abbaslı 1987-ci ildən Ədəbiyyat və Folklor İnstitutlarında Elmi Şuraların və Dissertasiya Şuralarının, eləcə də bir sıra nəşrlərin («Dədə Qorqud», «Folklor və etnoqrafiya» topluları, «Azərbaycan folklorunun ilkin nəşrləri» seriyası, «Azərbaycan folkloru» külliyyatı, «Elmi axtarışlar» məcmuəsi və s.) redaksiya heyətinin üzvü olmuşdur.
İki cildlik «Dədə Qorqud ensiklopediyası» və «Azərbaycan – Dövlət kitabı» kimi mötəbər nəşrlərin redaktorlarından olan İ.İ.Abbaslı Respublika Prezidenti İ.Əliyevin «Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında» 12 yanvar 2004-cü il tarixli sərəncamı ilə nəşrinə başlanmış çoxcildliklərdə 12 adda kitabın toplayıcısı, tərtibçisi, ön söz, izah və qeydlərin müəllifi və redaktoru kimi iştirak etmişdir.
İ.İ.Abbaslı 1986-cı ildən elmlər doktoru, 1998-ci ildən professordur. Ondan çox na-mizədlik və doktorluq dissertasiyalarının elmi rəhbəri olmuşdur. Əlliyə yaxın toplama, tər-tib və nəşr kitablarının, üç monoqrafiyanın («Azərbaycan folkloru XIX əsr erməni mən-bələrində», Bakı, Elm, 1977; «Ареал распространения и влияния азербай-джанских дастанов», Bakı, Səda, 2001; «Azərbaycan dastanlarının yayılması və tə-siri məsələləri», Bakı, Nurlan, 2007), 150–dən artıq elmi məqalənin müəllifi olan İ.Abbaslının iştirakı ilə hazırlanmış iki kitab Türkiyədə, bir toplu isə İranda nəşr olunmuşdur.
Bir sıra ali məktəblərdə mifologiya və folklorşünaslıq fənlərindən mühazirələr aparan İ.İ.Abbaslı müxtəlif illərdə Naxçıvan Pedaqoji İnstitutunda, keçmiş Stepanakert Pedaqoji İnstitutunda (3 dəfə), Azərbaycan Dövlət Pedaqoji İnstitutunda və Qafqaz Universitetində Dövlət İmtahan Komissiyasına sədrlik etmiş, Respublikada pedaqoji kadrların hazırlanmasında əməyini əsirgəməmişdir.
İ.İ.Abbaslı Azərbaycan elminin inkişafında xidmətlərinə görə Azərbaycan Prezidentinin sərəncamı ilə (14 dekabr 2005-ci il) «Tərəqqi» medalı, Azərbaycan MEA Rəyasət Heyətinin, Respublika Müəllif Hüquqları Agentliyinin fəxri fərmanları ilə təltif olunmuşdur.
İ.İ.Abbaslı Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasında filologiya üzrə ekspert komissiyasının üzvü kimi səmərəli fəaliyyət göstərmişdir.
Ömrünü şifahi xalq ədəbiyyatının toplanması, nəşri və tədqiqinə həsr etmiş bu nurlu insanın, əsil ziyalının xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.

Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutu

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008-2017.