Azərbaycan Milli Elmlər Akademiyası
        FOLKLOR  İNSTİTUTU

 
 
Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"İrs" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Araşdırmalar
Dissertasiyalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Qarabağ folkloru
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR




Sayğac
free counters
 

2.3.2013

Professor Kamran Əliyevin 60 yaşı Yazıçılar Birliyində qeyd edilib

Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda filologiya üzrə elmləri doktoru, professor Kamran Əliyevin 60 illik yubileyilə bağlı tədbir keçirilib. Tədbiri AYB-nin katibi, professor Arif Əmrahoğlu açıb, K.Əliyevin həyat və yaradıcılığından, elmi fəaliyyətindən bəhs edib. Bildirib ki, Kamran Əliyev elmi yaradıcılığında ədəbi proseslərə ciddi diqqət yetirib: “Kamran Əliyevin elmi fəaliyyətində folklorşünaslıq, xüsusən epos yaradıcılığı məsələləri geniş yer tutur. Bunun əyani təsdiqi “Romantizm və folklor”, “Eposun poetikası: “Dədə Qorqud” və “Koroğlu”” monoqrafiyalarıdır. O, folklor və romantizmi bədii düşüncə sistemi konstekstində ilk növbədə geneloji hadisə kimi götürüb”.

Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnsitutunun direktoru, filologiya üzrə elmlər doktoru Muxtar İmanov Kamran Əliyevlə dostluq münasibətlərindən, onun tələbəlik illərindəki fəaliyyətindən, Ədəbiyyat İnstitutunda çalışdığı zaman gördüyü işlərdən danışıb. Alimin işlədiyi bütün mühitlərdə bir canlanma yaratdığını deyən M.İmanov romantizmdən yazan əksər araşdırmaçıların onun kitablarından bəhrələndiyini diqqətə çatdırıb: “Kamran Əliyevin romantizm problemlərinə marağı davamlıdır. Onun “Azərbaycan romantizminin poetikası”, Azərbaycan və rus dillərində nəşr olunan “Azərbaycan romantizminin nəzəriyyəsi”, “Romantizm və folklor” monoqrafiyaları ədəbiyyatşünaslığımızda romantizmin xüsusiyyətləri baxımından az öyrənilən, bəzən də heç öyrənilməyən məsələlərə həsr edilib. Azərbaycan romantizminin aktual, ümumi, konseptual problemlərinin araşdırılması, təşəkkül və formalaşma mənbələrinin ilk dəfə sistemləşdirilməsi, romantiklərin ədəbi-nəzəri görüşləri ilə bədii yaradıcılıqları arasındakı vəhdətin aşkarlanması, XX əsr Azərbaycan romantizm poetikasının incəliklərinin meydana çıxarılması Kamran Əliyevin adı ilə bağlıdır”.

Professor Qəzənfər Paşayev deyib: “Kamran Əliyev istənilən bir əsəri vərəqləyib, onun haqqında geniş və dərin danışa bilir. Bu da ondan irəli gəlir ki, o həm elmlidir, həm də öz işinə son dərəcə məhəbbətlidir. Mən Kamran Əliyevin bir ədəbiyyat tarixçisi kimi ədəbiyyatımızın ayrı-ayrı nümayəndələrinin həyat və yaradıcılıqları ilə bağlı kitablarını oxumuşam. Mirzə Fətəli Axundov, Mir Möhsün Nəvvab, Cəlil Məmmədquluzadə, Rəsul Rza, Nəbi Xəzri, Anar və başqa görkəmli ədiblər haqqında müxtəlif mətbuat orqanlarındakı məqalələri ilə tanışam. Azərbaycan tənqidinin və ədəbiyyatşünaslığının öyrənilməsində də K.Əliyevin rolu danılmazdır. Onun ədəbi tənqidi fikrin aparıcı simalarından olan Firidun bəy Köçərli, Abbas Zamanov, Yaşar Qarayev və bir çox alimlərlə bağlı apardığı araşdırmalar ədəbi-elmi ictimaiyyət tərəfindən diqqətlə qarşılanıb. Mən bu kitabları, yazıları oxuduqca hiss etdim ki, onun öz işinə nə qədər böyük məhəbbəti var”.


Professor Nizaməddin Şəmsizadə Kamran Əliyevin Azərbaycan ədəbiyyatşünaslıq elmindəki rolundan, əsərlərinin əhəmiyyətindən danışıb: “Kamran Əliyev həm də Cavidşünas alim kimi tanınır. Onun Hüseyn Cavid haqqında yazdığı monoqrafiyaları bu sahədə davamlı mövqe tutmasının təsdiqidir. Hüseyn Cavidlə bağlı yazılarında Kamran Əliyev daha sərbəst, daha müstəqil, ən başlıcası isə bənzərsizdir”.
Tədbirdə iştirak edən elm və ədəbiyyat nümayəndələri də alimi 60 yaşı münasibətilə təbrik edib, onun şəxsi keyfiyyətlərindən danışıb və yaradıcılığındakı ən mühüm nüanslardan söz açıblar.

GÜNEL

Qaynaq: www.525.az

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008-2017.