Azərbaycan Milli Elmlər Akademiyası
        FOLKLOR  İNSTİTUTU

 
 
Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"İrs" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Araşdırmalar
Dissertasiyalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Qarabağ folkloru
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR




Sayğac
free counters
 

4.3.2013

AMEA FOLKLOR İNSTİTUTU 05 İyun 2013-CÜ İL TARİXİNDƏ “FOLKLORUN TOPLANMASI VƏ SİSTEMLƏŞDİRİLMƏSİ PROBLEMLƏRİ” MÖVZUSUNDA RESPUBLİKA ELMİ KONFRANSINI KEÇİRİR

05 iyun 2013-cü ildə AMEA Folklor Institutu “Folklorun toplanmasi və sistemləşdirilməsi problemləri” mövzusunda elmi konfrans keçirəcəkdir. Konfransın əsas müzakirə obyekti kimi folklor materialların toplanmsı, sistemləşdirilməsi, onların üzərində aparılmış araşdırmaların vəziyyəti müzakirə olunacaq. Ötən onilliklərdə folklorşünaslarımız bu sahədə xeyli iş görsə də sanballı əsərlər ortaya qoysa da bunlar böyük və zəngin folklor xəzinəmizi bu sahədə araşdırılmasını tam əhatə etmir. Qloballaşan dünyada folklorumuzun dünya mədəniyyətinin aktual bir hissəsinə çevirmək üçün hələ çox işlər görülməlidir. Folklorşünaslıq hər zaman yeni fikirlərin öyrənilməsini, müzakirəsini tələb edən bir sahədir. Bunu nəzərə alaraq, AMEA Folklor İnstitutun növbəti konfransı məhz “Folklorun toplanması, sistemləşdirilməsi” mövzusuna həsr olunur. dır.

KONFRANSIN TƏŞKİLAT KOMİTƏSİ

Sədr: Muxtar İmanov - filologiya üzrə elmlər doktoru, AMEA Folklor İnstitutunun direktoru

Elmi Heyət:

Tofiq Hacıyev - AMEA-ın müxbir üzvü, AMEA Folklor İnstitutunda şöbə müdiri
İsrafil Abbaslı - fil.üz.e.d., prof., AMEA Folklor İnstitutunda şöbə müdiri
Kamran Əliyev - fil.üz.e.d., prof., AMEA Folklor İnstitutunda şöbə müdiri
Füzuli Bayat - fil.üz.e.d., prof., AMEA Folklor İnstitutunda şöbə müdiri
Oruc Əliyev - fil.üz.f.d., AMEA Folklor İnstitutunda direktor müavini
Afaq Ramazanova - fil.üz.f.d., AMEA Folklor İnstitutunda, aparıcı elmi işçi
Əziz Ələkbərli - fil.üz.f.d.,AMEA Folklor İnstitutunda şöbə müdiri
Elçin Abbasov - fil.üz.f.d., AMEA Folklor İnstitutunda elmi katib
İlkin Rüstəmzadə - fil.üz.f.d., AMEA Folklor İnstitutunda şöbə müdiri
Əli Şamil - AMEA Folklor İnstitutu direktorunun xarici əlaqələr üzrə müşaviri

Katiblik:

Aynur Qəzənfərqızı - AMEA Folklor İnstitutunda, elmi işçi
Vəfa Saleh - AMEA Folklor İnstitutunda, kiçik elmi işçi
Könül Hümmətova - AMEA Folklor İnstitutunda, böyük laborant

Konfransın işi aşağıdakı istiqamətlər üzrə aparılacaqdır:
Konfransın əsas dili Azərbaycan dilidir.
Bildiriş və məqalə elektron formada son tarix olaraq 15 aprel 2013-cü il tarixədək aşağıdakı ünvana göndərilməlidir:
E-mail: afolklorinstitutu@gmail.com

Konfransın təqvimi:

Məqalələrin göndərilməsi üçün son tarix

15 aprel 2013

Qəbul edilən məqalələr haqqında məlumat verilməsi

30 aprel 2013

Konfrans proqramının internetdə elan olunması

25 may 2013

AMEA M.Füzuli ad. Əlyazmalar İnstitutunda konfransın təntənəli açılış mərasimi

05 iyun 2013

AMEA M.Füzuli ad. Əlyazmalar İnstitutunda konfransın bağlanış mərasimi

05 iyun 2013

Konfransın keçirilmə yeri: Bakı şəhəri, İstiqlaliyyət küçəsi 8, AMEA M.Füzuli ad. Əlyazmalar İnstitutunun iclas zalı

MƏRUZƏLƏRİN TƏRTİB QAYDALARI:

1. Məruzə mətninin tərtibi: A4 formatda (29,7x21 sm.), MS Word proqramında 12 şrift, hər tərəfdən 2,5 sm., Times New Roman, 1,5 interval, abzas 1,25.
2. Konfransda hər məruzəçi üçün 15 dəqiqə yer ayrıldığından mətnlər 6-7 səhifə həcmdə olmalıdır.
3. Məruzə mətnlərinə 100 sözədək Azərbaycan, rus və ingilis dilində özət –xülasə yazılmalıdır.
4. Özət –xülasələrin altında 10 sözədək açar sözlər xülasənin sonunda göstərilməlidir.
5. Xülasə ən çox 150 sözdən olmaqla; xülasənin altında gələn açar sözlər ən az 4, ən çox 8 sözdən ibarət olmalıdır.
6. Ədəbiyyata istinadlar aşağıdakı şəkildə olmalıdır: kvadrat mötərizədə, mənbənin nömrəsi, səhifə.
7. Məsələn: [2] və ya [2; 5; 8] və ya [2, 14-15] və ya [2, 17; 7, s. 233-234].
8. İstifadə edilən qaynaq çox müəlliflidirsə mətnin içərisində birinci müəllif göstərildikdən sonra və b. yazılmalıdır.
9. Ətək yazıdan (snoska) yalnız açıqlamalar-izahatlar üçün istifadə edilə bilər və onlar da avtomatik sıralanmalıdır.
10. İnternet ünvanlarında isə mütləq qaynağın tarixi göstərilməlidir. www.tdk. gov.tr/bilterim (15.12.2002)
11. Ədəbiyyat siyahısı sonda əlifba sırası ilə verilməlidir. Qaynaqlarda bir müəllifin birdən çox əsərindən istifadə edilibsə, onlar çap olunma tarixinə görə sıralanmalıdır; bir müəllifə aid eyni ildə çap olunmuş bir neçə əsərdən istifadə edilibsə (1980a, 1980b) şəklində göstərilməlidir.

Materialların strukturu:

1. Müəllifin adı, atasının adı, soyadı, elmi dərəcəsi qalın şriftlə
2. Məqalənin adı böyük, qalın şriftlə
3. Təşkilat və müəllifin e-mail ünvanı.

QEYD:
Konfransın mövzusuna, formatına və qoyulan digər tələblərə cavab verməyən məqalələr qəbul edilməyəcəkdir!
Konfrans gününədək materiallar çap olunacaqdır. Buna görə də elektron ortamda göndərilməyən mətnlər qəbul edilməyəcəkdir. Təşkilat komitəsi məqalələrin dəyərləndirilməsi hüququnun özündə saxlayır.
Məqalələrin bütün məsuliyyəti müəllifə aiddir.
Təşkilati məsələlərlə bağlı suallarınızı bu ünvana göndərə bilərsiniz:
E-mail: afolklorinstitutu@gmail.com

Təşkilat komitəsinin ünvanı:
Ünvan AZ-1000, İçərişəhər, 8- ci Kiçik Qala döngəsi, 31.
Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutu, Azərbaycan, Bakı
Telefon: +(99 412) 498 16 21

Konfransda iştirak etmək üçün FORMA

Soyadı, adı, atasının adı

 

İş yeri

 

Vəzifəsi, elmi dərəcəsi,

 

Ünvanı

 

Telefonu

 

E-mail adresi

 

Məqalənin adı

 

Məruzə üçün tələb olunan vəsaitin işarə ilə qeyd olunması

lövhə  

proyektor

kompyuter

Açar sözlər          

Məqalə

 

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008-2017.