Azərbaycan Milli Elmlər Akademiyası
        FOLKLOR  İNSTİTUTU

 
 
Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"İrs" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Araşdırmalar
Dissertasiyalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Qarabağ folkloru
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR




Sayğac
free counters
 

14.11.2012

AMEA FOLKLOR İNSTİTUTU

"Qarabağ folkloru: problemlər, perspektivlər"
mövzusunda
26 dekabr 2012-ci ildə Bakı şəhərində
respublika konfransı keçirməyi planlaşdırmışdır

KONFRANSIN MƏQSƏDİ

Mədəni irsimizin beşiyi Qarabağ 20 ilə yaxındır ki, düşmən tapdağı altındadır. Bir çox maddi-mədəniyyət abidələrimiz işğalçılar tərəfindən məhv edilib, yüz minlərlə insan ev-eşiyindən didərgin salınıb. Lakin, bölgədən qaçqın düşənlər təbii ki, yaddaşlarında folkolorumuzu, mənəvi mədəniyyətimizi yaşatmaqdadırlar. Bölgənin qaçqın və məcburi köçkün həyatı yaşayan hər bir sakini dünyasını dəyişdikdə özü ilə mənəvi xəzinəmizin bir hissəsini də aparır. Odur ki, Qarabağ sakinlərindən folklor nümunələrinin toplanmasına, nəşrinə, araşdırılmasına diqqət artırılmışdır. 2012-ci ildə bölgə sakinlərinin yaşadığı yerlərə əməkdaşlarımız ezam olunub, toplanmış folklor nümunələrindən iki cildlik kitab hazırlanıb. Bu iş qarşıdakı illərdə də davam etdiriləcəkdir.
AMEA Folklor İnstitutu Qarabağ bölgəsindən və həmin bölgədən qaçqın düşənlərdən toplanmış folklor nümunələrini elmi əsaslarla arxivləşdirmək, nəşrə hazırlamaqla yanaşı, gələcək perspektivləri də müəyyənləşdirməyi nəzərdə tutur. AMEA Folklor İnstitutu 2012-ci il dekabrın 26-da Bakı şəhərində “Qarabağ folkloru: problemlər, perspektivlər” mövzusunda respublika konfransı keçirməyi planlaşdırır.
Konfransın keçirilməsində məqsəd Qarabağ folklorunu, milli-mənəvi dəyərlərini öyrənən və araşdıran elm adamlarının bir araya gəlməsini təmin etmək və onların fikirlərini dünya ictimaiyyətinə çatdırmaqdır.

KONFRANSIN TƏŞKİLAT KOMİTƏSİ

Təşkilat komitəsinin sədri:
Fil.ü.e.d. Muxtar İmanov (AMEA Folklor İnstitutunun direkltoru)

Elmi heyət:

Tofiq Hacıyev ( AMEA -ın müxbir üzvü, AMEA Folklor İnstitutunda şöbə müdiri)
İsrafil Abbaslı (AMEA Folklor İnstitutunda şöbə müdiri),
Kamran Əliyev (AMEA Folklor İnstitutunda şöbə müdiri)
Füzuli Bayat (AMEA Folklor İnstitutunda şöbə müdiri),
Afaq Ramazanova (AMEA Folklor İnstitutunda, aparıcı elmi işçi)
Əziz Ələkbərli (AMEA Folklor İnstitutunda şöbə müdiri)
Oruc Əliyev (AMEA Folklor İnstitutunda direktor müavini)
Elçin Abbasov (AMEA Folklor İnstitutunda elmi katib)
İlkin Rüstəmzadə (AMEA Folklor İnstitutunda şöbə müdiri)
Əli Şamil (AMEA Folklor İnstitutu direktorunun xarici əlaqələr üzrə müşaviri)

Katiblik:

Aynur Qəzənfərqızı (AMEA Folklor İnstitutu)
Vəfa Saleh (AMEA Folklor İnstitutu)

KONFRANSDA İŞLƏNƏN DİL

Azərbaycan dili.

KONFRANSIN KEÇİRİLƏCƏYİ YER:

Azərbaycan, Bakı şəhəri, İstiqlaliyyət küçəsi, 10. AMEA Rəyasət Heyətinin binası

MƏRUZƏLƏRİN YAZI QAYDALARI:

*Konfransda iştirak etmək istəyənlər məruzə mətnlərini azfolklor@yahoo.com, azfolklor@yandex.ru adresinə 10 dekabr 2012-ci ilədək
e-poçtla göndərə bilər.
*Məruzə mətni orijinal olmalı, əvvəllər başqa bir yerdə çap edilməmiş olmalıdır.
* Məruzələrin qəbul edilib, edilmədiyi haqqında müəlliflərə 15 dekabr 2012-ci ilədək e-poçta ilə cavab veriləcəkdir.
*Məruzənin başlığı böyük hərflərlə, qara şriflərlə olmalıdır. Başlığın altında sağ tərəfdə müəllifin adı, soyadı, elmi dərəcəsi, işlədiyi təşkilatın adı və e-maili qara şiriflə verilməlidir.
* Məruzə başlığı və müəllif göstəricisindən altda Azərbaycan türkçəsində 150 sözü keçəməyən özət verilməlidir. Özət sözü mətnin sol tərəfində qara şiriflə verilməlidir. Özətin sonunda 8-12 sözdən ibarət açar sözlər verilməlidir.( İngiliscə və rusca özətlər məruzənin sonunda, qaynaqlardan sonra verilməlidir)
*Məruzənin mətni özətdən sonra giriş, daxili sərlövhələrə bölünmüş, sonuc və qaynaqların göstərilməsi formasında hazılanmalıdır.
*Məruzə mətnlərində üslub, korrektura səhvləri müəllif tərəfindən diqqətlə düzəldiləməlidir. Yanlışlıqlara müəllif cavabdehdir.
*Məruzə mətnlərinin hakimlər heyətinə dəyərləndirilməyə göndərilməsi üçün aşağıdakı texniki qaydalara əməl olunmalıdır:
*Yazı Microsoft Office Word, Kağız: A4,
*Səhifə qaydası: Üst: 3,5, Alt: 3,5, Sağ: 3,5, Sol: 3,5
*Yazı Puntu: Başlıq 12,5 şrift ölçüdə, yağlı,
*Məruzə 12,5 şrift ölçüdə
*İnterval 1,5
*Ədəbiyyat siyahısı məruzənin sonunda “Qaynaqlar” yarımbaşlığı altdında yazılmalıdır. Ədəbiyyat siyahısı müəlliflərin soyadlarına uyğun olaraq əlifba siyahısı ilə düzülməli, sıra nömrəsi göstərilməli, məruzədə istifadə edilməyən ədəbiyyat qaynaqlarda göstərilməməlidir. Əgər məruzəçi arxiv sənədlərindən, dissertasiyalardan, əlyazma hüququnda olan materiallardan istifadə etmişsə onlar da “qaynaqlarda” göstərilən qaydada yazılmalıdır.
*Göndərilən məruzələr hakimlər tərəfindən dəyərləndirildikdən sonra geri qaytarılmayacaq və müəllifin hakimlərə etirazi olarsa, hakimlərin rəyi ilə beş ildən sonra tanış ola biləcəkdir.
*Konfrans haqqında məlumatı və anket formasını www.folklorinstitutu.com səhifəsindən əldə etmək olar.
*Konfransda iştirak etməyənlərin məruzələri çap olunmayacaqdır.
*Məruzədə ətək yazısı (snoska) olduqda internet saytında yerləşdirərkən problemlər yaradır. Buna görə də ətək yazısı (snoska) ilə olan məruzələr qəbul edilmir. Məruzə daxilində qaynaqlar kodlaşdırılmış qayda ilə verilməlidir.
* Hər bir məruzəçi üçün 20 dəqiqə vaxt ayrılacaqdır. Bölmə iclaslarının sonunda müzakirələr keçiriləcəkdir.
* İnternetlə göndərilməyən və elanda göstərilmiş qaydalara əməl olunmayan məruzələr qəbul edilməyəcəkdir.
*Konfrans Azərbaycan dilində olacaqdır.

Anket forması

Adı, soyadı:  
Təşkilat:  
Vəzifəsi:  
Poçt ünvanı:  
Telefon:  
Fax:  
Elektron poçtu (e-mail)  
Özət  
Qısa özkeçmişi, ən mühüm əsərlərinizin siyahı-sı, nəşr ili, yeri (500 işarəni keçməmək şərti ilə)  

Ünvan: Bakı, İçərişəhər, 8-ci Kiçik Qala döngəsi, 31. AZ 1001
Tel: (99 412) 498 81 08, (99 412) 492 92 48, Faks: (99 412) 498 16 21
Web: www.folklorinstitutu.com
E-mail: azfolklor@yahoo.com, azfolklor@yandex.ru

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008-2017.