Azərbaycan Milli Elmlər Akademiyası
        FOLKLOR  İNSTİTUTU

 
 
Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"İrs" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Araşdırmalar
Dissertasiyalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Qarabağ folkloru
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR




Sayğac
free counters
 

AMEA Folklor İnstitutunun ictimaiyyət arasında narahatlığa səbəb olmuş bir mətnlə bağlı açıqlaması

Muxtar İMANOV
filologiya üzrə elmlər doktoru,
Folklor İnstitutunun direktoru

Folklor İnstitutunun tərtib etdiyi “Azərbaycan folkloru külliyyatı”nın 6-cı cildində (Bakı, Nurlan Nəşriyyatı, 2007) “Arzuolunmaz kürəkən“ adlı bir nağıl da çap olunmuşdur. Folklor İnstitutunun fəaliyyəti ilə bağlı son günlər yaranmış narahatlığın əsas səbəbi adıçəkilən nağılda vulqar ifadələrin olması və həmin ifadələrin nəşr zamanı eynilə saxlanılmasıdır.
Qeyd etməyi lazım bilirik ki, folklor mətnini olduğu kimi yazıya almaq, mətnin dil və üslub xüsusiyyətlərini qoruyub saxlamaq folklorşünaslıqda mühüm prinsiplərdən biri hesab edilir. Bu prinsip milli folklorşünaslığımızda ilk mərhələlərdən etibarən ciddi şəkildə gözlənilmişdir. M.Qəmərlinin 1899-cu ildə çap olunan “Atalar sözü” kitabında, həmçinin XX əsrin 20-30-cu illərinə aid bir çox folklor nəşrlərində (məsələn, V.Xuluflunun “Tapmacalar”, H.Zeynallının “Azərbaycan atalar sözü” və “Tapmacalar”, C.Hacıbəylinin “Qarabağ folkloru” kitablarında) mətnin olduğu kimi təqdim edilməsi, hətta bəzi vulqar ifadələrin eynilə saxlanılması zəruri sayılmışdır.
Dünya folklorşünaslığı və milli folklorşünaslıq təcrübəsinə söykənən, xalq ədəbiyyatını necə var, o şəkildə toplamaq şərtini xüsusi nəzərə alan Folklor İnstitutu bugünkü ictimai-mədəni meyarlar çərçivəsində folklor nümunələrini çap edərkən vulqar ifadəli mətnlərə yer verməməyə çalışır və bu cür mətnləri arxivdə hifz etməklə kifayətlənir. İndiyədək 25 cildi çap olunmuş “Azərbaycan folkloru külliyyatı”nın yalnız bir cildində və həmin cildin yalnız bir mətnində vulqar ifadələrin yer alması isə səhlənkarlıq ucbatından – arxiv materialını başdansovdu oxuyub kitaba daxil etmək səbəbindən baş vermişdir.
“Arzuolunmaz kürəkən“ nağılının arzuolunmaz şəkildə çap edildiyi kitab Folklor İnstitutunda müzakirə edilmiş, ictimaiyyətin narahatlığına səbəb olan nəşr faktının gələcəkdə təkrarlanmaması üçün müəyyən tədbirlər görülmüşdür. “Azərbaycan folkloru külliyyatı” Redaksiya Heyətinin tərkibində əsaslı dəyişiklik edilmiş, vulqar ifadəli mətnin çap edildiyi, eləcə də bəzi digər mətnlərin paspotlaşmasının düzgün aparılmadığı, bir sıra orfoqrafik xətalara yol verildiyi 6-cı cildin nəşrinə bilavasitə məsul olan üç əməkdaşa İnstitut rəhbərliyi tərəfindən xəbərdarlıq elan edilmişdir. Xatırladırıq ki, cildin nəşrinə cavabdeh olan şəxslərdən biri ictimaiyyət arasında yaranmış məlum narazılıqdan xeyli qabaq – 2011-ci ilin oktyabr ayında AMEA rəhbərliyi tərəfindən direktor vəzifəsindən azad edilmişdir.
Xalq ədəbiyyatı nümunələrinin çap olunmasında yol verilmiş hər hansı nöqsanı xeyirxahlıq niyyəti ilə diqqətə çatdıran ictimaiyyət nümayəndələrinin hər birinə təşəkkür edirik. Bununla yanaşı, onu da bildirmək istəyirik ki, Folklor İnstitutunun elmi fəaliyyəti üçün səciyyəvi olmayan bir faktın mətbuatda və ictimai şəbəkələrdə bilərəkdən bu qədər şişirdilməsi acınacaqlı hal, təhlükəli meyldir.

23 iyul 2012-ci il
           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008-2017.