Azərbaycan Milli Elmlər Akademiyası
        FOLKLOR  İNSTİTUTU

 
 
Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"İrs" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Araşdırmalar
Dissertasiyalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Qarabağ folkloru
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR




Sayğac
free counters
 


“Mifdən yazıya və yaxud gizli Dədə Qorqud” kitabının müzakirəsi keçirildi

İyulun 12-də AMEA Əlyazmalar İnstitutunda Azərbaycanın tanınmış alimlərinin iştirakı ilə AMEA-nın müxbir üzvü Kamal Abdullayevin“Mifdən yazıya və yaxud gizli Dədə Qorqud” kitabının müzakirəsi keçirildi.
Tədbiri giriş sözü ilə AMEA Folklor İnstitutunun direktoru, fil.ü.e.d. Muxtar İmanov açaraq bildirdi ki, K.Abdullayevin bu əsəri dilimizin və poetik təfəkkürümüzün bütün gözəlliyi və möhtəşəmliyini əks etdirən, milli-mədəni varlığımızın təzahürü kimi türk dünyasının əbədi, qiymətsiz xəzinəsi olan “Kitabi-Dədə Qorqud” dastanlarının gizli qatlarından bəhs edən araşdırmalarının yeni məntiqi nəticəsidir: “ Alim əsərdə mifoloji aləmdən - mədəni dünyaya və oradan da mədəniyyətə doğru tarixi bir inkişafı maraqlı faktlarla təhlil etmişdir”.

Kitabın yazılma tarixindən danışan K.Abdullayev bildirdi ki, əsərdə mifoloji dünyadan mədəni dünyaya - sadədən mürəkkəbə, yekrənglikdən çoxrəngliliyə, psixoloji yüklənmələrə doğru gedən bir inkişaf təhlil edilmişdir: “Amma bu keçid prosesini bir nöqtə kimi almaq da doğru deyil. Mif qurtardı, avtomatik şəkildə mədəniyyət başladı. Mif və yazı arasındakı münasibətlər təkcə şifahi və yazılı başlanğıclar arasındakı münasibətlər deyil. Bu münasibətlər insan ağzı ilə insan beyni arasındakı münasibətlərdir. Deyim və düşüncə, seyrçilik və analiz, kortəbii inam və təcrübədən gələn şübhə arasındakı münasibətlər idi”.
Tədbirdə çıxış edən AMEA-nın müxbir üzvü Tofiq Hacıyev, fil.ü.e.d. Kamran Əliyev, AMEA Əlyazmalar İnstitutunun direktor vəzifəsini icra edən fil.ü.f.d.Paşa Kərimov, AMEA Dilçilik İnstitutunun direktor vəzifəsini icra edən fil.ü.e.d.Fəxrəddin Veysəlli, prof. Tofiq Məlikov, prof. Məhərrəm Qasımlı, fil.ü.e.d. Arif Əmrahoğlu, prof. Möhsün Nağısoylu və fil.ü.f.d. Seyfəddin Rzasoy əsərin əhəmiyyətindən danışdılar. Bildirdilər ki, alim “Kitabi-Dədə Qorqud” eposu əsasında həm elmi, həm də bədii düşüncələrini obyektiv əks etdirmiş, eposun dili ilə bağlı qiymətli və fundamental əhəmiyyətə malik olan əsər yazmışdır.

ttp://www.science.gov.az

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008-2017.