AMEA Folklor İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib
 İyunun 20-də AMEA Folklor İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib. İclası giriş sözüylə institutun direktoru, filologiya üzrə elmlər doktoru Muxtar İmanov açıb, gündəlikdə bir məsələnin – institutun elmi-tədqiqat şöbələrinə müdir vəzifələrinə seçkinin keçirilməsi olduğunu bildirib.
Bildirək ki, AMEA Folklor İnstitutu bir müddət əvvəl ştatda boş olan aşağıdakı şöbə müdiri vəzifələrini tutmaq üçün müsabiqə elan etmışdi:
Klassik folklor şöbəsi
Dədə Qorqud şöbəsi
Türk xalqları folkloru şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Müasir folklor şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Folklor və yazılı ədəbiyyat şöbəsi
Mərasim folkloru şöbəsi
 Gizli səsvermənin nəticələrinə əsasən sənədlərini təqdim etmiş aşağıdakı iddiaçılar göstərilən şöbə müdiri vəzifələrinə seçilmiş hesab ediliblər:
Klassik folklor şöbəsinin müdiri İsrafil İsmayıl oğlu Abbaslı fil.ü.e.d., prof.
Türk xalqları folkloru şöbəsinin müdiri Əfzələddin Dağbəyi oğlu Əsgərov fil.ü.f.d.
Dədə Qorqud şöbəsinin müdiri Tofiq İsmayıl oğlu Hacıyev fil.ü.e.d., prof., AMEA-nın müxbir üzvü
Aşıq yaradıcılığı şöbəsinin müdiri Elxan Hüseynqulu oğlu Məmmədli fil.ü.f.d.
Mifologiya şöbəsinin müdiri Seyfəddin Gülverdi oğlu Rzayev fil.ü.f.d., dosent
Mərasim folkloru şöbəsinin müdiri Ağaverdi Sərxan oğlu Xəlilov fil.ü.f.d., dosent
Müasir folklor şöbəsinin müdiri Fizuli Xeyrulla oğlu Gözəlov fil.ü.e.d., dosent
Folklor və yazılı ədəbiyyat şöbəsinin müdiri Kamran İmran oğlu Əliyev fil.ü.e.d., prof.
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsinin müdiri İlkin Fariz oğlu Rüstəmzadə fil.ü.f.d
Folklor musiqisi şöbəsinin müdiri Rafiq Hüseyn oğlu İmrani sən.ü.e.d


|