Azərbaycan Milli Elmlər Akademiyası
        FOLKLOR  İNSTİTUTU

 
 
Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"İrs" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Araşdırmalar
Dissertasiyalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Qarabağ folkloru
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR




Sayğac
free counters
 

Araşdırıcı Əli Şamil: «Yaxın qonşumuzu qoyub uzaqları öyrənirik…»

«Biz Avropanın, Amerikanın ədəbiyyatını bilirik, ancaq ən yaxın qonşularımızın ədəbiyyatından, folklorundan xəbərsizik».

Bu sözləri AzadlıqRadiosuna AMEA-nın Folklor İnstitutunun əməkdaşı Əli Şamil «Uyğur, Qaqauz, Quzey Qafqaz türklərinin folkloru və ədəbiyyatı» kitabından danışarkən söylədi.

UNUTDUQLARIMIZI ONLAR SAXLAYIB!

O deyir ki, adları çəkilən xalqların folklorunun bizimlə sıx bağlılıqları var:

«Həmişə həmkarlarıma deyirəm ki, nədən biz onlardan istifadə etmirik? Məsələn, bizim «Dədə Qorqud» dastanlarında adlar, epitetlər çəkilir. Amma epitetlərlə bağlı qollar yoxdur. Ancaq Qaraçayların nardlarında onlar ayrıca narddır. Demək, bizim unutduğumuzu onlar saxlayıb».

KUMIKLARDA «ŞƏNGÜLÜM…» ŞUMER MƏTNLƏRİNDƏKİ KİMİDİR

Əli Şamil sevimli uşaq nağılı olan «Şəngülüm, Şüngülüm, Məngülüm»dən də danışdı:

«Bizdə bu, bir uşaq nağılıdır. Amma kumıklarda bu nağılın adı Şumer mətninə daha yaxındır. Şumer mətnindəki keçi ilə şirin, keçi ilə canavarın savaşı bir az arxaik qalıb. Biz isə modernləşdirib uşaq dilinə uyğunlaşdırmışıq».

«DOLAYI GƏL» DOLAY TANRISININ ŞƏRƏFİNƏ OXUNURMUŞ?

Araşdırıcı qədim mahnılarımıza da diqqət çəkdi:

«Biz, məsələn, «Dolayı gəl, dolayı» xalq mahnısını oxuyuruq. Deyirik, «Həsri basma, dolan gəl». Amma bu, Dolay tanrısının şərəfinə düzəldilmiş mərasim mahnısıdır. O mərasim bu gün də Qaraçaylarda və Balkarlarda qalır. Belə misallar çoxdur».

BUCAQ-VƏTƏNİM!...

Əli Şamil deyir ki, Azərbaycanda XVII əsrin siyahıyaalınmasında Qaqauz adlı kəndlər olub:

«Və yaxud, Azərbaycandakı xristian türklər getdikcə ya erməniləşib, ya gürcüləşib, bir qismi də Azərbaycan türklərinin içində assimilə olunub. Amma onun izləri qalır.

​​Məsələn, Qəbələ rayonunda Komrad piri var. Komrad bu gün qaqauzların baş kəndidir. Azərbaycanda bu gün Bucaq Komratların yaşadığı yer Bucaq adlanır. Onlar hər yerdə «Bucaq», «Vətənim» --deyə fəxr edirlər. Əsrin əvvəllərində Azərbaycanda türkdilli bucaq tayfalarının adı ilə bağlı 10-dan yuxarı kənd adı qalırdı. Yevlaxda, Qəbələdə hələ də var. Bir qismi də Mil-Muğanda «Qarabucaq», «Balabucaq» şəklində yaşamaqdadır. Yəni, bunlar Dnestr və Dnepr bölgəsində yaşayan türklərin buradakı izləridir».

ŞEİR—YIR, ŞAİR-JIRÇI?

Tədqiqatçı bizlərdə vətəndaşlıq hüququ qazanan bir sözə diqqət çəkdi:

«Bizdə «şeir», «şair» sözü o qədər doğmalaşıb ki, yad dildən aldığımızı düşünmürük. Ancaq bu gün Quzey Qafqaz türklərinə, Qıpçaq türklərinə baxanda onlarda «jır», «yır», «cır» sözünə rast gəlirik. Bu onlarda xalq ədəbiyyatının janrı şəklindədir. Əslində qədim türklərdə şeir söyləyənə «yırçı», «cırçı», «jırçı», şeirə isə «jır», «cır», «jır» deyirdilər. Bu, qıpçaqlarda olub. Oğuzlar ərəblərdən alıb. Bu gün İranda—Qaşqaylarda, savə türklərində 1300 ildir İslamı qəbul etdiklərinə baxmayaraq, yenə də şeir söyləyənə «jırçı», şeirə «yır» deyirlər. Biz öz dilimizi yaxşı bilmədiyimizə, onları toplayıb aktivləşdirmədiyimizə görə öz sözlərimiz dışlanıb, alınma sözlər isə vətəndaşlıq qazanıb».

ƏLAQƏLƏRİMİZ, BAĞLARIMIZ ÇOXDUR

Araşdırıcı kitabında bu qədim izləri tapıb ortaya qoymağa çalışdığını söylədi:

«Bir ortaqlığa nail olmaq istəyirəm. Demək istəyirəm ki, bu xalqların keçmişdə birliyi olub. Sonrakı dövrlərdə uzaqlaşdırılıb. Nə qədər uzaqlaşdırılsa da, XX əsrin əvvəllərində müasir kumık ədəbiyyatının yaranması və formalaşmasına Azərbaycanın təsiri olub. Çünki gənclər gəlib Bakıda oxuyurdular. 30-cu illəruin sonuna kimi Bakıda qəzet-jurnalları da çap olunurdu. Orada bizim Azərbaycan türkləri də var idi. Yeni kumık ədəbiyyatını onlar formalaşdırırdılar. Onların çoxu 37-də həbs olunub güllələndi…».

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008-2017.