Azərbaycan Milli Elmlər Akademiyası
        FOLKLOR  İNSTİTUTU

 
 
Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"İrs" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Araşdırmalar
Dissertasiyalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Qarabağ folkloru
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR




Sayğac
free counters
 

Azərbaycanın qədim diyarı Naxçıvan

AMEA Folklor Institutunun elmi işçisi Nizami Muradoğlunun rəhbərlik etdiyi “Araz” Ziyalılar İctimai Birliyi Milli Qeyri-hökumət təşkilatları Forumu ilə birlikdə Azərbaycan Respublikası yanında Qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı əsasında 29 may 2012-ci il tarixdə “Naxçıvan MR-nın qədim mədəniyyəti və tarixinin xaricdə təbliği” adlı layihəsi çərçivəsində Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində konfrans-sərgi keçirmişdir.
Konfrans-sərgi Azərbaycan-Rusiya dostluq əlaqələrinin yaradılmasının 20 illiyi, Azərbaycan Demokratik Respublikasının yaradılmasının 94-cü il dönümü tədbirlərinin keçirildiyi əlamətdar tarixə təsadüf etmişdir. Tədbir Sankt-Peterburq şəhərinin tarixi yeri olan Petrapavlovsk qalasında keçirilmişdir. Tədbirin həyata keçirilməsində Sankt-Peterburq şəhərində fəaliyyət göstərən “Naxçıvan” azərbaycanlıların dostluğu cəmiyyətinin rolu qeyd edilməlidir. Konfrans keçirilən zalda Naxçıvan MR-in ərazisində mövcud olan qədim tarixi abidələrin 40-dan artıq fotoşəkilləri nümayiş etdirilmişdir.
Konfransı giriş sözü ilə Milli Qeyri-hökumət təşkilatları Forumunun prezidenti Rauf Zeyni açaraq Naxçıvanın Azərbaycanın iqtisadi, siyasi, mədəni həyatında oynadığı rolun əhəmiyyətini qeyd etmişdir.
“Araz” Ziyalılar İctimai Birliyinin sədri Nizami Muradoğlu Məmmədov tədbir iştirakçılarının nəzərinə çatdırmışdır ki, Naxçıvan dünyanın ən qədim yaşayış məskənlərindən biridir: “Burada yaşayan azərbaycanlılar bu yurdun ən qədim sakinləridir. Onların məişətində, mədəniyyətində, folklorunda, memarlıq abidələrində yaşı min illərlə ölçülən izlərin aşkar edilməsi dünya alimlərinin bu yerlərə diqqətini cəlb etmişdir. Naxçıvanın ərazisində tapılan qədim yazılı mənbələr, arxeoloji materiallar, Gəmiqaya rəsm yazıları bir daha sübut edir ki, Naxçıvanın 5 min ildən çox yaşı vardır. Naxçıvan bütün zamanlarda Azərbaycanın, ümumiyyətlə Yaxın Şərqin iqtisadi-siyasi və mədəniyyət mərkəzlərindən biri olmuşdur. 2010-cu ildə Türk dövlətləri prezidentlərinin Naxçıvanda yüksək səviyyədə görüşlərin keçirilməsi bunu bir daha sübut edir. Naxçıvan eyni zamanda görkəmli şəxsiyyətlərin vətənidir. Böyük memar Əbubəkr Əcəmi, görkəmli rəssam Bəhruz Kəngərli, dahi dramaturq Hüseyn Cavid, görkəmli yazıçılar Cəlil Məmmədquluzadə, M.S.Ordubadi, kimyagər-alim Yusif Məmmədəliyev bu torpaqda böyüyüb boya-başa çatmışlar. Naxçıvan həm də, ümummilli lider, Azərbaycan xalqının əbədiyaşar oğlu Heydər Əliyevin vətənidir. Naxçıvan heç vaxt Azərbaycandan ayrı qalmamışdır, Naxçıvan Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Sovet imperiyası dövründə Naxçıvan torpağının böyük bir hissəsi, 623 kv.km. sahəsi kəsilib ermənilərə verilmişdir. Naxçıvanın Azərbaycan ilə dəmiryol əlaqəsi ermənilər tərəfindən kəsilmiş, faktiki olaraq blokada şəraitinə salınmışdır. Amma biz inanırıq ki, prezidentimiz cənab İlham Əliyevin apardığı məqsədyönlü siyasətin nəticəsində erməni işğalına son qoyulacaq, Qarabağ torpaqları işğaldan azad olunacaq, Naxçıvan ilə Azərbaycan arasında dəmiryol xətti bərpa ediləcək, blokada şəraiti ləğv ediləcəkdir.
Naxçıvan yaşayır və inkişaf edir. MR-in Ali Məclisinin sədri, cənab Vasif Talıbovun rəhbərliyi ilə aparılan abadlıq və quruculuq işləri, Naxçıvan əhalisinin maddi şəraitinin yaxşılaşdırması sahəsində atılan hər bir addım Naxçıvanın parlaq gələcəyindən xəbər verir. Biz də ictimai təşkilat olaraq bundan sonra da bu yurdun mədəniyyətinin, tarixinin, folklorunun dünyanın müxtəlif yerlərində təbliği ilə bağlı işlər görəcəyik”.
Azərbaycanın Sankt-Peterburq şəhərindəki Baş Konsulu Qüdsi Osmanov Azərbaycandan gələn tədbir təşkilatçılarını salamlamış, Sankt-Peterburq şəhərində belə bir tədbirin keçirilməsini müsbət dəyərləndirmişdir. O, qeyd etmişdir ki, Azərbaycanın qədim diyarı Naxçıvanın təbliği ilə bağlı olan tədbirin Sankt-Peterburq şəhərinin möhtəşəm Petrapavlovsk qalasında keçirilməsinin tarixi əhəmiyyəti vardır. Bu tədbirin Azərbaycan-Rusiya dostluq əlaqələrinin yaradılmasının 20 illiyi və Azərbaycan Demokratik Respublikasının yaradılmasının 94-cü il dönümü gününə təsadüf etməsi əlamətdar bir hadisədir. Baş konsulluq olaraq bu kimi tədbirlərin həyata keçirilməsinə əllərindən gələn köməkliyin göstərməkdə davam edəcəklərini vurğulamışdır.
Tədbirdə çıxış edən AMEA “Arxeologiya və Etnoqrafiya İnstitutu”nun elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Elvin Əliyev, filologiya üzrə fəlsəfə doktoru Müslüm Şahbuzlu, iqtisad elmləri doktoru Aydın Mehdiyev, “Naxçıvan” azərbaycanlıların dostları cəmiyyətinin sədri İdris Qəhrəmanov, yazıçı-jurnalist Həsən Məsimov, Peterburq Vilayət Məclisinin deputatı Səyyad Əliyev, Ümumrusiya azərbaycanlıları Konqresinin nümayəndəsi Asif Qasımov, “Lider” Televiziyasının Peterburq nümayəndəsi Anar Ələkbərov, “Vətən” cəmiyyətinin sədri Məzahir Həsənov, “Naxçıvan” azərbaycanlıların dostları cəmiyyətinin üzvü Rəfail Zeynalov, şəhər sakini Əli Qədirov və digər iştirakçılar tədbirin əhəmiyyətindən danışmışlar.
Tədbirin sonunda 8 dəqiqəlik “Azərbaycanın qədim diyarı Naxçıvan” filmi nümayiş etdirilmiş və 50 ədəd disk, Naxçıvana həsr edilmiş kitablar, broşurlar tədbir iştirakçılarına paylanmışdır. Bundan əlavə tədbirin fəal iştirakçıları, “Araz” Ziyalılar İctimai Birliyinin və Milli Qeyri-hökumət təşkilatları Formunun hədiyyələri ilə mükafatlandırılmışlar.

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008-2017.