Azərbaycan Milli Elmlər Akademiyası
        FOLKLOR  İNSTİTUTU

 
 
Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"İrs" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Araşdırmalar
Dissertasiyalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Qarabağ folkloru
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR




Sayğac
free counters
 

Ramiz Əskər “Bəkir Çobanzadə” mükafatı aldı

    Tanınmış türkoloq, ədəbiyyatşünas və tərcüməçi, Avrasiya Tərcüməçilər
Birliyinin sədri, Bakı Dövlət Universiteti türk xalqları ədəbiyyatı kafedrasının müdiri, filologiya elmləri doktoru Ramiz Əskərə Krım tatar xalqının görkəmli oğlu, böyük dilçi, şair və yazıçı Bəkir Çobanzadə adına beynəlxalq mükafat verilib. Azərbaycan alimi bu ada Bəkir Çobanzadənin “Seçilmiş şeirləri” və “Seçilmiş bədii əsərləri” adlı kitablarının tərcüməsinə görə layiq görülüb. Mükafat bu il mayın 25-də Çobanzadənin vətəni Qarasubazar şəhərində (indiki adı – Beloqorsk, Krım Muxtar Respublikası, Ukrayna) keçirilən “Bəkir Çobanzadə dünyası” adlı beynəlxalq türkoloji konfransda təqdim edilib.

    Ramiz Əskər 2011-ci ildə klassik türkmən şairlərindən Nurməhəmməd Əndəlibin, Abdulla Şahbəndənin seçilmiş əsərlərini, “Türkmən şeiri antologiyası”nı, “Türkmən müəmmaları, deyişmələri və vücudnamələri”ni ana dilimizə çevirib. Yorulmaz tərcüməçi eyni zamanda ortaq türk ədəbiyyatının görkəmli nümayəndələri Zəhirəddin Məhəmməd Baburun seçilmiş əsərlərini və məşhur “Baburnamə” kitabını, Sultan Hüseyn Bayqaranın və Mehri Xatunun divanlarını, Abdulla Tukayın və Əli Ağbaşın kitablarını da Azərbaycan dilində oxuculara təqdim edib. Onun tərcüməsində çıxan “Monqolların gizli tarixi” də oxucular tərəfindən rəğbətlə   qarşılanıb.

    Çevirdiyi kitablara ön söz, qeyd və şərhlər yazan Ramiz Əskər ötən il Özbəkistanın beynəlxalq Babur mükafatına, Qazaxıstanın “Qasım Amanjolov” medalına, Tatarıstanın “Mədəniyyət sahəsində uğurlar” medalına, TürkSOY-un “Özəl ödül”ünə və Avrasiya Yazarlar Birliyinin “Ən çox əsər çevirən tərcüməçi” mükafatına layiq görülüb, 2011-ci ilin nəticələrinə görə Bakı Dövlət Universitetində “İlin alimi” seçilib.

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008-2017.