Azərbaycan Milli Elmlər Akademiyası
        FOLKLOR  İNSTİTUTU

 
 
Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"İrs" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Araşdırmalar
Dissertasiyalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Qarabağ folkloru
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR




Sayğac
free counters
 

Azərbaycanlı alimlər Şanlı Urfa elmi simpoziumunda

Milli Elmlər Akademiyasının Folklor İnstitutu Azərbaycan folklorunun dünyanın digər xalqlarının folkloru, xüsusən də türk xalqlarının folkloru ilə qarşılıqlı əlaqədə öyrənilməsi üçün elmi və təşkilati işlərlə müntzəm olaraq məşğul olur. Bu baxımdan Folklor İnstitutuhda mütamadi olaraq düzənlənən simpoziumlar, Uluslararası Folklor Konfranslar və digər elmi tədbirlər mühüm əhəmiyyətə malikdir. O cümlədən Türkiyə, Rusiya, Gürcüstan, Türkmənistan, Şimali Kipr Türk Respublikası, Dağıstan, və s. ölkələrdə keçirilən elmi tədbirlərdə institut alimlərinin iştirakını da bu sırada xüsusi olaraq qeyd etmək lazımdır. Bu tədbirlərdə Folklor İnstitutunun alimləri çox fəal iştirak edir, tədbirlərin sonunda çap edilən konfrans və simpozium materiallarında onların adları, məqalələri və tezisləri yer alır. Belə elmi tədbirlərdə bir-birindən uzaq düşmüş, siyasi və ictimai vəhdət telləri qırılmış türk xalqlarının folklorşünasları son illərin tədqiqatlarına yekun vurur, toplanmış elmi təcrübəni ümumtürk konteksində ümumiləşdirirlər.
Belə tədbirlərdən biri də 2012-ci il aprel ayının 26-28-də Türkiyənin Şanlı Urfa şəhərində Harran Universitetinin, Şanlı Urfa Bələdiyyəsinin, Motiv Xalq Oyunları Vakfının Harran Universitetində düzənlədiyi “Halk kültüründe iktisad ve ticaret” Uluslararası Simpoziumu oldu.
Simpozium Türkiyədə son illərin ən böyük tədbirlərindən və ən mühüm hadisələrindən biri olub, Türkiyənin elmi-ədəbi eləcə də mədəni-siyasi həyatında mühüm rol oynadı. Konfrans üç gün ərzində Harran Universitetinin iclas salonlarında baş tutdu.
Türkiyənin, eləcə də dünyanın ən qədim şəhərlərindən biri olan Şanlı Urfa şəhərində yerləşən Harran Universitetində növbəti dəfə dü-zənlənən bu elmi simpoziumun mövzusu “Halk kültüründə iktisad ve ticaret” olmuşdur. Motiv Xalq Oyunları Vakfının bu il keçirdiyi Simpozium, ilk növbədə, öz beynəlxalq əzəməti baxımından fərqlənirdi. Belə ki, onun işində iştirak etmək üçün Türkiyənin və dünyanın 43 universitetindən 250-dən çox alim və tədqiqatçının tezis və məruzələri Simpoziumun təşkilat komitəsinə daxil olmuşdur. Dəyərləndirmə zamanı onlardan 144-nün proqrama salınması uyğun hesab edilmişdir.
Simpozium proqramında türkiyəli alimlərlə yanaşı, beş xarici ölkədən – Azərbaycan, ABŞ, Polşa, Ukrayna və Qazaxıstandan olan tədqiqatçı alimlərin məruzələri yer almışdı. Azərbaycandan gələn nümayəndə heyəti 6 nəfərdən ibarət idi. Onların 4 nəfəri Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun alim və tədqiqatçıları – “Mərasim folkloru” şöbəsinin müdiri, fəlsəfə doktoru, dosent Ağaverdi Xəlil, Folklor İnstitutunun “Müasir folklor” şöbəsinin aparıcı elmi işçisi, fəlsəfə doktoru, dosent Tahir Orucov, institutun “Aşıq yaradıcılığı” şöbəsinin böyük elmi işçisi Qalib Sayılov, “Folklor və yazılı ədəbiyyat” şöbəsinin elmi işçisi Nizami Məmmədov idi. Eləcə də Qafqaz Universitetinin müəllimi Mehmet Turmuş, Azərbaycan Dövlət İqtisad Universitetinin müəllimi Mətanət Əliyeva iştirakçılar sırasında idilər.
Simpozium öz işinə aprel ayının 26-da Türkiyənin Harran Universitetinin Böyük iclas salonunda açılış iclası ilə başladı. Simpozium Sayğı Duruşu – İstiqlal Marşının sədaları ilə açıldı. Sonra Simpoziumu giriş sözü ilə Motiv Xalq Oyunları Vakfının başkanı Zeki Baykal açaraq iştirakçıları təbrik etdi və uğurlar arzuladı.
Sonra Harran Universitetinin rektoru, Prof. Dr. İbrahim Halil Mutlu, Şanlı Urfa Bələdiyyə Başkanı Dr. Eşref Fakıbaba çıxış edərək Simpoziuma dəvət olunmuş alimləri və tədqiqatçıları hərarətlə salamlamış və Simpoziumun bu cür geniş tərkiblə keçirilməsinin mühüm elmi-sosial əhəmiyyət daşıdığını xüsusi olaraq vurğulamışlar.
Açılış iclasından sonra Simpozium iştirakçıları iki salonda: Prof. Dr. Ahmet Yılmaz və Prof. Dr Can Ötülü Etkenin həmsədrlikləri ilə I salonda, prof. Dr. Taciset Onukun və Prof. Dr. Muhammer Gülün həmsədrlikləri ilə II salonda öz işlərini davam etdirmişlər.
Simpozium iştirakçıları aprel ayının 27-si və 28-də yenə eyni salonlarda fəaliyyətlərini davam etdirərək daha 12 iclas keçirmişlər. Bu iclaslarda Simpoziumun tanınmış elm adamları ilə yanaşı, AMEA Folklor İnstitutunun alim və tədqiqatçıları da bir-birindən məzmunlu məruzələrlə çıxış etdilər. Belə ki, aprel ayının 26-da Folklor İnstitutu “Mərasim folkloru” şöbəsinin müdiri, fəlsəfə doktoru, dosent Ağaverdi Xəlil “Azərbaycan şifahi xalq ədəbiyyatında ticari dürüstlük konsepsiyası”, aprel ayının 28-də Folklor İnstitutunun “Müasir folklor” şöbəsinin aparıcı elmi işçisi, fəlsəfə doktoru, dosent Tahir Orucov “Azərbaycan lətifə və atalar sözlərinin xüsusiyyətləri və onlarda ticari münasibətlər”, institutun “Aşıq yaradıcılığı” şöbəsinin böyük elmi işçisi Qalib Sayılov “Azərbaycan aşıq ədəbiyyatında ticari anlamlar” və “Folklor və yazılı ədəbiyyat” şöbəsinin elmi işçisi Nizami Məmmədov “M.Araz şeirlərində iqtisadi münasibətlərin folklor qaynaqlarına yeni baxış” mövzusunda məruzə etdilər. Azərbaycandan gəlmiş digər iştirakçılar - Qafqaz Universitetinin müəllimi Mehmet Turmuş “Şifahi xalq ədəbiyyatında xeyir-dua modeli”, Azərbaycan Dövlət İqtisad Universitetinin müəllimi Mətanət Əliyeva isə “İqtisadiyyat və ticarətdə universal tarazlıq qaydası”, mövzularnda çıxışlar etmişlər. Azərbaycan nümayəndə heyətinin məruzələri, Simpozium iştirakçıları tərəfindən maraqla dinlənilmiş və alqışlarla qarşılanmışdır.
İclaslardan sonra, aprel ayının 28-də Harran Universitetinin Böyük iclas salonunda Motiv Xalq Oyunları Vakfının başkanı Zeki Baykalın, Harran Universitetinin rektoru Prof. Dr. İbrahim Halil Mutlunun, Şanlı Urfa Bələdiyyə Başkanı Dr. Eşref Fakıbabanın və Türkiyənin bir sıra tanınmış kütləvi informasiya vasitələrinin, eləcə də bir çox telekanallarının iştirakı ilə Simpoziumun bağlanış iclası keçirildi. Bağlanış iclasında bu beynəlxalq tədbirin işi dəyərləndirildi və Simpozium iştirakçılarına iştirakçı bəlgələri və kiçik hədiyyələr təqdim edildi.
Yüksək səviyyədə qarşılanaraq Şanlı Urfa şəhərinin “Kilim otel” və “Qrand otel” meh-manxanalarında yerləşdirilmiş qonaqlar aprel ayının 29-da Şanlı Urfa şəhərinin bir sıra görməli yerləri ilə tanış edildilər. Türkiyənin, eləcə də dünyanın ən qədim şəhərlərindən biri olan Şanlı Urfanı əbəs yerə “Dünyanın ən qədim şəhəri” və “Peyğəmbərlər şəhəri” adlandırmırlar. Belə ki, qonaqların gəzməyə aparıldığı “Göbəkli tətə” adlı yerdə alman tarixçilərinin və arxeoloqlarının aşkar etdikləri yaşayış məskəni, onların fikrincə, dünyada ən qədim və ən eyni zamanda ən inkişaf etmiş yaşayış məskənidir. Alman tarixçilərinin və arxeoloqlarının “Göbəkli tətə”də aşkarladıqları qədim sarayın qalıqlarının, cilalanmış, üzərinə müxtəlif heyvan şəkilləri və başqa şəkillər çəkilmiş iri sal daşların 10 min ildən çox yaşı var. Halbuki indiki tarix elmi o dövrdə insanların ancaq təbii mağaralarda yaşadıqlarını iddia edir. Almanların tapdıqları bu tapıntı isə, göründüyü kimi, tarix elmində bir inqilabdır və tarixin həmin dövrlərinin yenidən yazılmasını zərurətə çevirir...
Bundan sonra qonaqları Suriya ilə sərhəddə yerləşən və dünyada, eyni zamanda Türkiyədə ən qədim universitet hesab olunan qədim Harran Universitetinin qalıqları ilə tanış etdilər. Yaşı az qala min ilə çatan Harran Universitetinin tikililərinin bəzi hissələri hələ də öz möhtəşəmliyini və gözəlliyini saxlamaqla oranı görməyə gələn turistlərin həmişə diqqətini cəlb edir.
Həmin günün ikinci yarısında qonaqları “Peygəmbərlər atası” və “Allahın dostu” sayılan İbrahim peyğəmbərin mancanaqlardan oda atıldığı yerə və oda atıldığı yerdə yaranan gölə baxmağa apardılar. Həmin göl indi Şanlı Urfa şəhəridə “Balıqlı göl” kimi tanınır və orada saysız-hesabsız balıqlar üzür. Yerli adamların inancına görə bu balıqların əti yeyilmir. (Yeri gəlmişkən, ancaq azərbaycanlı nümayədə heyətini bir gün əvvəl İbrahim peyğəmbərin dögulduğu mağaranı və onun yaxınlığında tikilmiş məscidi də ziyarət etməyə aparmışdılar.) Daha sonra Simpozium iştirakçılarını- qonaqları Şanlı Urfanın digər görməli yerləri ilə də tanış etdilər.
Axşama yaxın Şanlı Urfa Simpoziumunun iştirakçılarınının bir hissəsi avtobuslarla Şanlı Urfa şəhərinin mərkəzi avtovağzalına, digər bir hissəsi isə yenə də avtobuslarla şəhərin hava limanına gətirilib öz vətənlərinə yola salındılar.




Tahir Orucov
Filologiya üzrə fəlsəfə doktoru, dosent,
AMEA Folklor İnstitutunun
aparıcı elmi işçisi

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008-2017.