Azərbaycan Milli Elmlər Akademiyası
        FOLKLOR  İNSTİTUTU

 
 
Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"İrs" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Araşdırmalar
Dissertasiyalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Qarabağ folkloru
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR




Sayğac
free counters
 

AMEA Folklor İnstitutu Elmi Şurasının növbəti iclası keçirilib

Mayın 7-də AMEA Folklor İnstitutu Elmi Şurasının növbəti iclası keçirilib. Tədbiri giriş sözüylə institutun direktoru, filologiya üzrə elmlər doktoru Muxtar İmanov açıb, gündəlikdə duran məsələləri açıqlayıb.
Öncə Şuşanın işğalının 20-ci ili ilə əlaqədar olaraq şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
M.İmanov çıxışında Şuşa itkimizin xalqımızın yaralı yeri olduğunu söyləyib. O, Qarabağa – əzəli yurd yerlərimizə qayıdacağımıza, işğal olunmuş torpaqlarımızın azad olunacağına əminliyini bildirib.
Tarix üzrə fəlsəfə doktoru Xəliyəddin Xəlilli Şuşanın türkruhlu, türkəsilli şəhər olduğunu, buradan neçə-neçə yaradıcı nəsillərin çıxdığını vurğulayıb.
Filologiya üzrə fəlsəfə doktoru Adil Cəmil də təəssüratını bölüşüb, Şuşa mövzusunda şeirini oxuyub.


Elmi işçi Tacir Səmimi çıxışında Azərbaycanın tarixi mədəniyyət mərkəzlərindən biri olan Şuşada abidələrimizin erməniləşdirilməsi vəhşiliyindən danışıb.
Professor Füzuli Bayat Folklor İnstitutunun da təşkilatçısı olduğu, ötən ay Tiflisdə keçirilən konfrans haqqında danışıb.
M.İmanov bugünlərdə Gürcüstan Respublikasının Batumi şəhərində keçirilən elmi tədbirdə iştirakı haqqında ətraflı bilgi verib.
Qeyd edək ki, bu ayın əvvəlində Batumda Qafqaz Universitetlər Birliyinin «Qloballaşan dünyada universitetlərin rolu: Qafqaz örnəyi» adlı II konqresi keçirilib. Tədbirdə respublikamızın bir sıra elm-təhsil müəssisəsinin rəhbərləri təmsil olunublar. Konqresdə elm-təhsil müəssisələri arasında işbirliyinin genişlənməsi və əməkdaşlığa dair bir sıra sənədlər imzalanıb.

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008-2017.