Baş səhifə
   
 
STRUKTUR
Baş direktor
İcraçı direktor
Baş menecer
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Folklor nəzəriyyəsi şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Azsaylı xalqların folkloru şöbəsi
Folklor fondu
Xarici əlaqələr şöbəsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
Sənədlərlə iş şöbəsi
Təchizat şöbəsi
 
ELMİ İSTİQAMƏT
Dissertasiya Şurası
Araşdırmalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Güney Azərbaycan folkloru
Qarabağ folkloru
Qarabağ savaşı
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR






Sayğac
free counters
 
21.06.2022

Folklor İnstitutunda “Qarabağın qadın aşıq və şairləri” mövzusunda elmi konfrans keçirilib

21 iyun 2022-ci il tarixində AMEA Folklor İnstitutunda Xurşidbanu Natəvanın anadan olmasının 190 illiyi münasibətilə “Qarabağın qadın aşıq və şairləri” mövzusunda elmi konfrans keçirilib. Konfransı AMEA Folklor İnstitutunun baş direktoru, akademik Muxtar Kazımoğlu-İmanov açıb. O bildirib ki, ölkə başçısı cənab İlham Əliyevin sərəncamı ilə bu il Xurşidbanu Natəvanın anadan olmasının 190 illiyi respublika səviyyəsində qeyd edilir. Xurşidbanu Natəvan Şuşanın sənət rəmzlərindən biridir və onun yubileyinin qeyd olunması həm mədəni, həm də ictimai-siyasi əhəmiyyət daşıyır. M.Kazımoğlu-İmanov çıxışında vurğulayıb ki, Xurşidbanu Natəvan Qarabağda yeganə insandır ki, Xan qızı adı ilə tanınıb. Şəxsi planda başına nə qədər böyük müsibətlər, faciələr gəlsə də, böyük dəyanət və mətanətlə bütün çətinliklərə sinə gərib, qətiyyən sınmayıb, həm bədii yaradıcılıq sahəsində, həm də Şuşamızın dirçəlməsi, onun mədəniyyət mərkəzinə çevrilməsi yolunda hədsiz dərəcədə böyük işlər görüb. Ədəbiyyatımızda Füzuli ənənələrini davam etdirən Natəvan qüdrətli bir sənətkar kimi tanınmaqla bərabər, həm də Azərbaycan xeyriyyəçilik mədəniyyəti tarixində xüsusi seçilən, ad-san qazanan görkəmli ictimai xadim olub.


Akademikin giriş nitqindən sonra AMEA Folklor İnstitutunun Folklor və yazılı ədəbiyyat şöbəsinin müdiri, filologiya elmləri doktoru, dosent Leyla Məmmədova “Xurşidbanu Natəvanın qəzəllərində klassik və müasir ənənələr” mövzusunda məruzə edib. O, məruzəsində bildirib ki, Xurşidbanu Natəvan ədəbi fəaliyyətə XIX əsrin 50-ci illərindən başlamış, ana dili ilə yanaşı, fars dilində də dərin məzmunlu qəzəlləri olmuşdur. Şeir yaradıcılığının ilk illərində “Xurşud” imzası ilə yazdığı örnəklərin əksəriyyəti itmişdir. Məruzəçi Natəvanın lirik irsinə aid nümunələrdə qəzəllərin xüsusilə diqqət çəkdiyini, müxtəlif mövzuları əhatə edən qəzəl yaradıcılığının dərin məzmunu və rəvanlığı ilə könülləri oxşadığını diqqətə çatdırıb. L.Məmmədova çıxışının sonunda Füzulidə olduğu kimi, Natəvan lirikasında da sevinclə kədərin birləşərək vəhdət yaratdığını bildirmiş, Füzuli ədəbi məktəbinin layiqli davamçılarından olsa da, Natəvanın heç vaxt təqlidçilk etmədiyini, daima yeniliyə can atdığını qeyd etmişdir.

Sonra söz İnstitutun Cənubi Azərbaycan folkloru şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Mətanət Abbasovaya verilib. Məruzəçi “Qarabağın qadın şairləri poeziya və siyasət müstəvisində” mövzusunda çıxış edərək bildirib ki, XIX əsrdə Qarabağ xanlığı bütövlükdə Azərbaycanın taleyini həll edən müxtəlif siyasi-ictimai proseslərin mürəkkəbliyi şəraitində öz mədəniyyətinin, xüsusilə ədəbiyyatının ən zəngin dövrünü yaşayıb. Tarixin gedişatı Qarabağ xanlığını siyasi baxımdan mürəkkəb hadisələrin çevrəsində saxlasa da, Azərbaycan mədəniyyəti özünün yüksək inkişaf təmayüllərini davam etdirib, mədəni əlaqələrini genişləndirmişdir. Şuşada bu dövrdə Şərq və Qərb musiqi ənənələrini araşdıran Mir Möhsün Nəvvab, xanəndələrdən Hacı Hüsü Niftalı, Cabbar Qaryağdıoğlu. Seyid Şuşinski, tarzən Sadıqcan və b. fəaliyyət göstərib. Şuşada ilk dəfə olaraq yeni tipli məktəbin açılması, ilk şəhər məktəbi, qadın ibtidai məktəblərinin yaranması və s. Qarabağın mədəni inkişafının göstəricisi olub.

Açılış toplantısının sonunda filologiya üzrə fəlsəfə doktoru, dosent Sönməz Abbaslı “Qarabağ qadın aşıqlarının tədqiq tarixindən” başlıqlı məruzə edib. Məruzəçi çıxışı zamanı qeyd edib ki, Azərbaycan aşıq sənətinin tarixi mənzərəsində müəyyən yer almış mühitlərdən biri, sözsüz ki, Qarabağ aşıq mühitidir. Tarixi taleyi baxımından Naxçıvan və Dərbənd aşıq mühitlərinə bənzərliyi söylənilən Qarabağ aşıq mühiti Qurbani, Lələ, Valeh, Xurşidbanu Natəvan, Fatma xanım Kəminə, Aşıq Pəri kimi nüfuzlu saz-söz ustaları ilə öyünə bilər. Regionun Beyləqan ərazisində “Aşıqlı” adlı kəndin mövcudluğu aşıqlığın burada toponim səviyyəsinə yüksəldiyinə nümunədir. S.Abbaslı çıxışı zamanı Əliabbas Müznib, Hənəfi Zeynallı, Əzizə Cəfərzadə yaradıcılığında XIX əsr Qarabağ aşıq mühitinin görkəmli nümayəndələrindən biri, gənc yaşlarından aşıq şeirinə bağlanmış Aşıq Pəri irsinə münasibətdən bəhs edib, eləcə də sonrakı dövr Qarabağ aşıq sənətinin qadın sənətkarları Aşıq Bəsti və Nübar Mədətlinin də yaradıcılıqlarına toxunub. Məruzəçi sonda bildirib ki, bu gün də klassik ənənədən qaynaqlanan müasir dövr Qarabağ aşıq mühiti bir sıra saz və söz xiridarlarının çiyinlərində əminliklə daşınır.


Açılış mərasimindən sonra konfrans öz işini fil.ü.f.d., dos. Atif İslamzadənin sədrliyi ilə bölmədə davam etdirib. Bölmə iclasında AMEA Fəlsəfə və Sosiologiya İnstitutun əməkdaşı fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Faiq Ələkbərli “Xurşidbanu Natəvanın yaradıcılığında ictimai-fəlsəfi məsələlər”, AMEA Folklor İnstitutunun böyük elmi işçisi Qumru Şəhriyar “XIX əsrdə Qarabağ ədəbi mühitində yetişən üç qadın sənətkar”, DİN-in Polis Akademiyasının əməkdaşı, polis leytenantı Aynur Səfərli “Qarabağın ilk qüdrətli qadın aşığı – Aşıq Pəri Maralyanlı”, Gəncə Dövlət Universitetinin Azərbaycan dili kafedrasının doktorantı Ramilə Süleymanova “Şuşa poeziya məktəbinin görkəmli nümayəndəsi ─ Fatma Xanım Kəminə”, Folklor İnstitutunun dissertantı Zülfiyyə Məmmədhüseynova “XIX əsr Qarabağ ədəbi mühitinin aparıcı qadın nümayəndələri” və AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Atif İslamzadə “Xurşidbanu Natəvan poeziyasında vahid Allah inancı (folklor və yazılı ədəbiyyat konteksti)” mövzularında məruzələr ediblər.
“Qarabağın qadın aşıq və şairləri” mövzusunda elmi konfransda M.Ə.Sabir adına Mərkəzi Şəhər Kitabxanasının əməkdaşları da iştirak ediblər.

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.