Baş səhifə
   
 
STRUKTUR
Baş direktor
İcraçı direktor
Baş menecer
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Folklor nəzəriyyəsi şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Azsaylı xalqların folkloru şöbəsi
Folklor fondu
Xarici əlaqələr şöbəsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
Sənədlərlə iş şöbəsi
Təchizat şöbəsi
 
ELMİ İSTİQAMƏT
Dissertasiya Şurası
Araşdırmalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Güney Azərbaycan folkloru
Qarabağ folkloru
Qarabağ savaşı
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR






Sayğac
free counters
 
15.06.2022

Xalqımızın Qurtuluş bayramı – 15 İyun

Bayram bütün hallarda ilin adi günlərindən fərqlənən bir zaman kəsimi kimi ümumxalq kütləsi tərəfindən xüsusi xoş əhval-ruhiyyə ilə keçirilən mədəniyyət hadisəsidir. 15 İyun tarixinin xalqımızın, dövlətimizin tarixi taleyində Qurtuluş Günü kimi bayram edilməsinin də əsaslı sosial-siyasi səbəbləri var. Bayram həm də insanların çətin durumdan xilas olub qurtuluş tapdıqları gün kimi xarakterizə oluna bilər. Bu mənada Azərbaycan xalqının, Azərbaycan dövlətçiliyinin təhlükədən xilas olduğu 15 İyunun xalqımızın yaddaşında Milli Qurtuluş Günü kimi əbədiləşdirilməsi də əslində mühüm bir tarixi həqiqətin inikasıdır. Məhz 1993-cü ilin ağır, böhranlı vəziyyətində, ölkədəki ictimai-siyasi hərc-mərcliyin, özbaşınalığın tüğyan etdiyi dövrdə xalqımız xilaskar qəhrəmanına bel bağladı, təkidlə və sonsuz sevgi ilə ulu öndər Heydər Əliyevin Bakıya – ölkəmizin paytaxtına gəlməsini istədi. Beləliklə, iyunun 9-da Bakıya gələn Ümummilli Liderimiz iyunun 15-də parlamentə sədr seçildi. Xalqımız özünün yetirdiyi dahi siyasətçini – böyük Azərbaycanlını hakimiyyətə gətirdi və yanılmadan öz tarixi taleyini ona həvalə etdi. Heydər Əliyev – xalq, xalq Heydər Əliyev birliyi qələbə çaldı.

Bu sözləri AZƏRTAC-a açıqlamasında AMEA Folklor İnstitutunun əməkdaşı filologiya üzrə fəlsəfə doktoru, dosent Şakir Albalıyev deyib. O bildirib ki, artıq o vaxtdan 29 illik bir zaman gəlib keçib. Hər şey tarixin aynasında daha aydın görünür, sübuta ehtiyac da qalmır. Xalqın dahi oğlu Heydər Əliyev Ulu Öndər, Ümummilli Lider, xalqın xilaskarı kimi möhtəşəm adlarla tarixdə əbədiləşdi.

“Heydər Əliyevin xilaskar obrazı 15 İyunda xalqı xaotik durumdan qurtarmaqla xilaskarlıq missiyasını yerinə yetirməklə təcəssümünü tapdı. Xalq çətinliklərdən qurtuldu, 1997-ci ildən “Milli Qurtuluş Günü” kimi təsis olunan 15 İyun tarixi əsl xalq bayramı kimi sosial rifahımızın, xoşbəxt gələcəyimizin bünövrəsi oldu. Bunu tarix göstərdi. Heydər Əliyevin ürəyində bəslədiyi xoş arzuları, uzaqgörən xarici siyasəti, sarsılmaz dövlətçilik ideyaları Prezident İlham Əliyev tərəfindən davam və inkişaf etdirilir. “Mənim bir nömrəli problemim məcburi köçkünlərin problemidir” deyirdi Ulu Öndər. Həmin problemin həllini tapması və torpaqlarımızın azad edilməsinin bünövrəsi elə 15 İyun - Milli Qurtuluş Günündən başlanırdı. Xalqımızın və dövlətimizin tarixi taleyində xüsusi zaman kəsimi kimi həlledici hadisə olan 15 İyun tarixi Qurtuluş bayramı kimi xalqımızın iftixar dolu sevincinin misilsiz təcəssümüdür”, - deyə Ş.Albalıyev fikrini yekunlaşdırıb.

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.