Azərbaycan Milli Elmlər Akademiyası
        FOLKLOR  İNSTİTUTU

 
 
Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"İrs" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Araşdırmalar
Dissertasiyalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Qarabağ folkloru
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR




Sayğac
free counters
 

“Azərbaycanşünaslığın aktual problemləri” mövzusunda III beynəlxalq elmi konfrans öz işinə başladı

2 may 2012-ci ildə Bakı Slavyan Universitetində ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr olunan “Azərbaycanşünaslığın aktual problemləri” mövzusunda III beynəlxalq elmi konfrans öz işinə başladı.
AMEA Humanitar və İctimai Elmlər Bölməsi və Bakı Slavyan Universitetinin birgə təşkilatçılığı ilə keçirilən konfransda dünyanın 11 ölkəsindən (Rusiya, Ukrayna, Türkiyə, Çexiya, Qazaxıstan, Almaniya, Gürcüstan, Litva, İran, Misir, Polşa) olan elm xadimləri, o cümlədən Bakıdakı diplomatik korpus nümayəndələri, dövlət xadimləri iştirak edirdilər.
Öncə ümummilli lider Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Konfransı giriş sözü ilə AMEA Humanitar və İctimai Elmlər Bölməsinin akademik-katibi, Bakı Slavyan Universitetinin rektoru, AMEA-nın müxbir üzvü Kamal Abdullayev açaraq keçirilən konfransın beynəlxalq əlaqələrin genişləndirilməsi və möhkəmləndirilməsi baxımından vacibliyini qeyd etdi, konfransın ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr olunduğunu bildirdi.
Ulu öndər Heydər Əliyevin tarixi xidmətləri haqqında ətraflı məlumat verən K.Abdullayev onun ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə Azərbaycan xalqının tarixi yaddaşının, dilinin, adət-ənənələrinin qorunması sahəsində əvəzsiz xidmətləri olduğunu söylədi. “Görkəmli dövlət xadimi, dahi şəxsiyyət, xalqımızın ümummilli lideri və ulu öndər Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü bütün respublikada olduğu kimi yaradıcısı olduğu Bakı Slavyan Universitetində də yüksək səviyyədə qeyd olunur. Ulu öndərin sərəncamı ilə yaradılan Bakı Slavyan Universitetində bu gün beynəlxalq əməkdaşlıq inkişaf edir, tələbələrə rus, polyak, çex, yunan, fransız, alman və digər dillər tədris olunur”.
Kamal Abdullayev bildirdi ki, bu tədbir Azərbaycanşünaslıq ideyalarının bir elmi istiqamət kimi öyrənilməsi və mənimsənilməsi, xarici ölkələrin univesitetlərində fəaliyyət göstərən Azərbaycanşünaslıq tədris və mədəniyyət mərkəzlərinin fəaliyyətinin gücləndirilməsi, Azərbaycanşünaslığın inkişafı, təbliği və tədqiqi, müxtəlif ölkələrdən olan azərbaycanşünasların bir yerə toplanması və Azərbaycanın dünya ölkələri sırasında layiqli yer tutmasında bu insanların elmi potensialı və təcrübəsindən geniş istifadə edilməsi, eləcə də həmin ölkələrdə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları ilə əlaqələrin möhkəmləndirilməsinə dəstək məqsədilə təşkil olunub.
Konfrans çərçivəsində müasir rus yazıçısı B.T.Yevseyevin BSU-nun Filologiya fakültəsinin tələbələri üçün ustad dərsləri və Rusiyanın tanınmış tənqidçi, yazıçı, publisist və ədəbiyyatşünası L.A.Aninskinin Bakı Slavyan Universitetinin “Tərcümə problemləri” elmi-tədqiqat laboratoriyasında həyata keçirilən “Filoloqun kitabxanası-100” layihəsi çərçivəsində tərcümə olunmuş “Ceviz ləpəsi” kitabının təqdimat mərasimi də keçirildi.
Tədbirdə çıxış edən AR Təhsil nazirinin müavini, hüquq üzrə fəlsəfə doktoru Qulu Novruzov, Yunanistanın Azərbaycandakı səfiri İ.Metaksas, Ukrayna Respublikasının Azərbaycandakı səfiri A.Mişenko, Moskva Dövlət Linqvistik Universitetinin professoru A.Bondarev, Türkiyənin Balıkesir Universitetinin professoru Ali Duymaz, AMEA Şərqşünaslıq İnstitutunun direktoru, professor G.Baxşəliyeva, AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun direktoru, professor İ.Məmmədzadə və başqaları konfransın keçirilməsinin önəmliyini qeyd etdilər, konfransın işinə uğurlar arzuladılar.
Konfrans öz işini 6 bölmədə - “Heydər Əliyev və azərbaycançılıq ideyası”, “Dilçiliyin aktual problemləri”, “Ədəbiyyatşünaslığın aktual problemləri”, “Fəlsəfə və mədəniyyətşünaslığın aktual problemləri”, “Beynəlxalq münasibətlər”, “Tarix, iqtisadiyyat və hüquq” davam etdirdi.
Qeyd edək ki, konfrans çərçivəsində qonaqların Şamaxı şəhərinə səfəri və Şamaxıda yerləşən Heydər Əliyev Muzeyi, Diyarşünaslıq muzeyi, M.Ə.Sabirin ev muzeyi və AMEA Şamaxı Astrofizika Rəsədxanası ilə tanışlığı nəzərdə tutulub.
Konfrans 5 may 2012-ci il tarixədək davam etdiriləcəkdir.

http://www.science.gov.az

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008-2017.