Folklor İnstitutu Elmi şurasının növbəti iclası keçirilib
02 may 2022-ci il tarixində AMEA Folklor İnstitutu Elmi şurasının növbəti iclası keçirilib. İclasın gündəliyindəki ilk məsələ 2022-ci ilin I yarısı üzrə AMEA Folklor İnstitutunda aparılan elmi-tədqiqat işlərinin vəziyyəti barədə olub. Qeyd olunan məsələ ilə bağlı İnstitutun elmi-tədqiqat şöbələrinin müdirləri məlumat veriblər. Çatışmazlıqlar, təkliflər ətrafında xeyli fikir mübadiləsi aparılıb. Sonra AMEA-nın müxbir üzvü Kamran Əliyevin vəfatı ilə əlaqədar İnstitutun elmlər doktoru hazırlığı üzrə dissertantı, fil.ü.f.d. Aynur İbrahimovanın elmi məsləhətçisinin dəyişdirilməsi məsələsinə baxılıb. Şura üzvləri mövzunun elmi məsləhətçisiz davam etdirilməsinə qərar veriblər. Elmi şurada həmçinin fil.ü.f.d. Günel Cənnətovaya ixtisas üzrə dosent elmi adının verilməsi üçün AAK qarşısında vəsatət qaldırılması ilə bağlı səsvermə keçirilib. Gizli səsvermənin nəticələri müsbət hesab edilib.






|