Baş səhifə
   
 
STRUKTUR
Baş direktor
İcraçı direktor
Baş menecer
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Folklor nəzəriyyəsi şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Azsaylı xalqların folkloru şöbəsi
Folklor fondu
Xarici əlaqələr şöbəsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
Sənədlərlə iş şöbəsi
Təchizat şöbəsi
 
ELMİ İSTİQAMƏT
Dissertasiya Şurası
Araşdırmalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Güney Azərbaycan folkloru
Qarabağ folkloru
Qarabağ savaşı
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR






Sayğac
free counters
 
18.05.2022

Elçin Qaliboğlu Türkiyədə keçirilən UNESCO Kırşehir Uluslararası Musiqi Konfransında məruzə edib

Mayın 17-də Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Elçin Qaliboğlu Türkiyədə keçirilən UNESCO Kırşehir Uluslararası musiqi konfransında onlayn iştirak edib. Məruzədə vurğulanıb ki, çağdaş Azərbaycan zurna-balaban məktəbinin ustadı, məşhur sənətkar Kalvalı Əli Dədənin (1874-1960) çalğısında bu alətlərin bütün imkanları aşkarlanır. Sənətkarın adı XIX yüzilin sonu, XX yüzilin birinci yarısı peşəkar xalq yaradıcılığının görkəmli nümayəndələri ilə bir sırada durur. Yaradıcılığında iki əsas cəhət – möhtəşəm döyüşkənlik və harayın ifadəsi diqqəti çəkir. Ustadın tanınmış havaları bunlardır: “Azərbaycan rəqsi”, "Heyvagülü", "Alçagülü", "Koroğlu nağarası", "Qəhrəmani", "İnnabı", “Dağ çiçəyi”, “Ağırlama”, “Şirvan gəraylısı”, "Əfruzə", “Yasəməni", “Toy rəqsi”, “Səlvəri”, “Turşəngi”, “Kalvalı”, “Xırdaca”, “Çəmənlik”... O, 70-dən çox zurna-balaban havası yaradıb, indi də bu mahnılar Azərbaycan toylarının bəzəyidir. Ustadın bəstələrinin hər biri özünəməxsusluğu ilə diqqəti çəkir.
Məqalədə Kalvalı Əli Dədənin havacatlarının sənətkarlıq keyfiyyəti incələnib.
“Heyvagülü” yetkin ruhlu melodik əsərdir. Əlbəttə, havacatın adının heyga ağacının gülü ilə bağlı olması şərtidir. Yetkin ruhlu əsər Azərbaycan-türk düşüncəsinin həyat üzərində yenilməz qələbəsinin ifadəsidir. “Heyvagülü”nü həqiqətə yetən insanın harayı saymaq olar. Gerçəkdən insanın həqiqətə yetməsi çətindir. Musiqi ruhu bizə bu halı anladır. Əsər insanın həyata, dünyaya, təbiətə münasibətinin yetkin ifadəsidir.
Ustadın ünlü havacatlarından biri də “Koroğlu nağarası”dır. Yenə burada əsərin adının niyə “Koroğlu nağarası” adlanmasını şərti saya bilərik. Əslində bu məntiqlə əsərin adı “Koroğlu harayı” olsaydı, daha mənalı səslənərdi. Nəzərə almaq gərəkdir ki, ustadın havacatlarının bir qismi adsız olub, ömrünün son illərində Azərbaycan radiosunda əsərləri lentə alınarkən müəyyən mənada dövrə uyğun adlarla qeyd olunub.


“Koroğlu nağarası” türk döyüşkənliyininin zurnada tam, bitkin ifadəsidir. Havacat türk ruhunun döyüş əzmini bütün çalarlarıyla ifadə edir. Qulaq asdıqca adama elə gəlir ki, bu döyüşün sonu yoxdur, ondan usanmaq, yorulmaq anlamı yoxdur. Bu havanı dinləyəndə insan hər an ruhani imkanlarının tükənməzliyini görür. Ustadın havaları içərisində “Dağçiçəyi” ayrıca seçilir (Kalvalı Əli Dədə (1874-1960) DAĞ ÇİÇƏYİ rəqsi.wmv - YouTube). Ağır, ləngərli “Dağçiçəyi” sanki bizə ulusun başına gələnlərdən danışır. Ulusun yaşamında fərəhli günlərlə yanaşı kədərli günlər də olur. Ancaq çətinlik ulusu qətiyyən yıxa bilmir. Əslində havacatın ruhundakı kədər bizə çox doğmadır. Musiqinin mayasındakı, ruhundakı ümid bizə sarsıntıları aşmağa, yenilməzliyə yetməyə çağırır.
“Qəhrəmani” qıvraq havadır (Kalvalı Əli Dədə (1874-1960) QƏHRƏMANİ rəqsi.wmv - YouTube). Türkün ruhunun sınırsızlığı, yenilməzliyi, fərəhə yetib də onu haray ölçüsündə ifadəsi havacatda yetkin biçimdə ifadə olunub. Havacat ulusu arxayınlaşmamağa, ardıcıl olaraq halını qorumağa kökləyir. Haray ruhlu musiqi örnəyində bitməz bir ümid var...
“Ağırlama” ağır templi havacatdır. Sanki dünyagörmüş bir insan asta-asta, səbirlə başına gələnləri danışır. Ancaq ulusal özünüifadənin yetkin örnəyi olan bu musiqidə qətiyyən ümidsizlik, halsızlıq yoxdur.
“Azərbaycan” rəqsi” möhtəşəm harayla başlayır. Haraydan sonra döyüşkənlik tələbi gəlir. Azərbaycan ölkəsinin ruhsal zənginliyi bütün gözəlliyi ilə ifadə olunur. (Kalvalı Əli Dədə (1874-1960) AZƏRBAYCAN RƏQSİ.wmv - YouTube)
“Türk” rəqsində türk ulusunun musiqi dilində yenilməzliyi, tarix boyunca yaşadıqlarının fərəhli, yeni yaşam aşamalarına doğru can atmalı olduğu ifadəsi var (Kalvalı Əli Dədə (1874-1960) TÜRK rəqsi.wmv - YouTube).
Sonda vurğulanıb ki, Kalvalı Əli Dədənin bəstələri ümumən türk ulusunun zurna-balaban sənətində musiqinin diliylə yetkin özünüifadəsi sayıla bilər. Bu bənzəsiz irsin təkcə azərbaycanda deyil, bütün Türk Dünyasında öyrənilməsi, araşdırılması, özümləşdirilməsi, yəni ömürləşməsi gərəkdir. Qədimlik özüllü bu cür mənəvi-ruhsal irslərə ümumən türk ulusunun yiyə durması sabahımızda yaşamın bütün sahələrində yenilməz olmağımız üçün gözəl imkanlardan biridir.

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.