Baş səhifə
   
 
STRUKTUR
Baş direktor
İcraçı direktor
Baş menecer
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Folklor nəzəriyyəsi şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Təhsil şöbəsi
Azsaylı xalqların folkloru şöbəsi
Folklor fondu
Xarici əlaqələr şöbəsi
Kadrlar şöbəsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kitabxana
Mühasibatlıq
Sənədlərlə iş şöbəsi
Təchizat şöbəsi
Sayğac
free counters
 
12.05.2022

Folklor İnstitutunun elmi əməkdaşı Qiymət Məhərrəmlinin araşdırma yazısı “Kültür Evreni” dərgisinin səhifələrində...

Türkiyənin məşhur “Kültür Evreni” dərgisində AMEA Folklor İnstitutunun Cənubi Azərbaycan folkloru şöbəsinin böyük elmi işçisi, fil.ü.f.d.Qiymət Məhərrəmlinin elmi məqaləsi çap olunub. Araşdırma yazısında tanınmış tədqiqatçı-alim Əli Şamilin “Qaşqaylar və onların folkloru” kitabından bəhs edilir. ““Qaşqay Türkləri və Onların Folkloru” Kitabının İncələməsi” adlı yazıda Əli Şamilin Qaşqay türklərinin həyat və fəaliyyəti, yaşadıqları tarixi yerlər, bu türk toplumunun müasir dövrümüzdəki problem və qayğıları, milli-mənəvi dəyərlərinin qorunub-saxlanması, inkişafı sahəsindəki çabaları barədəki təəssüratları, aparılan araşdırmaların təhlili məsələləri önə çəkilmişdir. Qiymət Məhərrəmli Əli Şamilin qənaətlərinə əsaslanaraq qeyd edir ki, öz mübarizliyi, əzmkarlığı, şücaətləri ilə seçilən Qaşqaylar əsas etibarilə İranın güney ərazilərində, xüsusilə Fars ostanında və onun ətrafında yaşayırlar. Lakin Qaşqay türklərinin nümayəndələri öz qədim dil, ləhcə, adət-ənənə, folklor, ailə-məişət, mərasim qayda-qanunlarını qoruyub-saxlasalar da, cəmiyyətə inteqrasiya, fars millətinə assimilyasiya olunmaları nəticəsində Qaşqaylığın mühüm xarakterik xüsusiyyət və göstəricilərini tədricən unudanlar, öz ana dilindən əl götürənlər də az olmamışdır. Bununla belə, həmin qəbildən olan Qaşqaylar da öz milli kimliyini unutmur, Qaşqay olduqları ilə qürurlanırlar. Bütün bunlar haqqında məlumatı biz “Qaşqaylar və onların folkloru” kitabından əldə edirik. Kitab yaşadığımız ötən il nəşr olunsa da, buradakı hər hadisə, hər fakt Qaşqay türklərinin qəhrəmanlıqla səciyyələnən şanlı tarixi, folklor və mədəniyyəti, həyat tərzi, ailə və məişət gələnəkləri ilə bağlı tədqiqatçının uzun illər ərzində beynində toparlayaraq hazırlayıb həyata keçirməyə çalışdığı, təxəyyül və təfəkkür süzgəcindən keçirərək meydana çıxardığı mükəmməl tədqiqat əsəri kimi elmi ictimaiyyətin diqqətini cəlb etməkdədir. İnanırıq ki, Qaşqay türklərinin öz doğma Türk dünyasına yenidən və layiqincə təqdim olunması yolunda yorulmaz tədqiqatçı-alimimiz Əli Şamilin “Qaşqaylar və onların folkloru” adlı mükəmməl araşdırmasının müstəsna rolu olacaqdır.

 
ELMİ İSTİQAMƏT
Dissertasiya Şurası
Araşdırmalar
İnnovasiya
Avtoreferatlar
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folklor Külliyyatı
Güney Azərbaycan folkloru
Qərbi Azərbaycan folkloru
Qarabağ folkloru
Qarabağ savaşı
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR

Muxtar Kazımoğlu






 
           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.