Baş səhifə
   
 
STRUKTUR
Baş direktor
İcraçı direktor
Baş menecer
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Folklor nəzəriyyəsi şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Azsaylı xalqların folkloru şöbəsi
Folklor fondu
Xarici əlaqələr şöbəsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
Sənədlərlə iş şöbəsi
Təchizat şöbəsi
 
ELMİ İSTİQAMƏT
Dissertasiya Şurası
Araşdırmalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Güney Azərbaycan folkloru
Qarabağ folkloru
Qarabağ savaşı
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR






Sayğac
free counters
 
29.04.2022

Folklor İnstitutunun baş direktoru Muxtar Kazımoğlu-İmanov Akademiyanın elmi nailiyyətlərinin sərgisində iştirak edib

Aprelin 27-də AMEA-nın Əsas binasında “Elm günü”nə həsr edilmiş Akademiyanın elmi nailiyyətlərinin sərgisinin açılışı olub. Açılışda AMEA Folklor İnstitutunun baş direktoru, akademik Muxtar Kazımoğlu-İmanov da iştirak edib.

Sərginin təşkilində məqsəd elmi fəaliyyətin cəmiyyətdə nüfuzunun gücləndirilməsi, elmin populyarlaşdırılması, alimlərin əməyinin qiymətləndirilməsi, onların yeni elmi nailiyyət və uğurlara təşviq edilməsidir.

AMEA-nın Ümumi yığıncağı çərçivəsində təşkil olunan sərgi ilə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, Təhsil naziri Emin Əmrullayev, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri Famil Mustafayev, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, AMEA-nın Rəyasət Heyətinin üzvləri, dövlət və hökumət rəsmiləri, millət vəkilləri, Akademiyanın həqiqi və müxbir üzvləri, AMEA-nın elmi müəssisə və təşkilatlarının baş və icraçı direktorları, ali təhsil müəssisələrinin rektorları, eləcə də xaricdə yaşayan azərbaycanlı alimlər tanış olublar.

Milli Elmlər Akademiyasının elmi müəssisə və təşkilatlarının nümayəndələri əldə edilən nailiyyətlər, kitab və monoqrafiyalar, bukletlər, kataloqlar, arxeoloji nümunələr, yüksək məhsuldarlığı ilə seçilən bitki sortları, flora və fauna nümunələri, dezinfeksiyaedici ultrabənövşəyi robot, dronlar, sürtkü yağları, dərman bitkiləri, təbii qida boyaları, ekstraktlar və s. haqqında gələn qonaqlara məlumat veriblər. Həmçinin müəssisələrin nailiyyətləri quraşdırılmış monitorlar vasitəsilə əyani nümayiş etdirilib.

Akademiyanın elmi nailiyyətlərinin sərgisində təqdim olunmuş materiallar maraqla qarşılanıb.

Qeyd edək ki, elmi nailiyyətlər sərgisi aprelin 29-dək davam edəcək.

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.