Elçin Qaliboğlu "Qloballaşma şəraitində müəllim şəxsiyyətinin formalaşdırılmasında pedaqogika və psixologiya elmlərinin yeri və rolu” mövzusunda respublika elmi konfransında iştirak edib

28 aprel 2022-ci ildə AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi, fil.ü.f.d. Elçin Qaliboğlu Sumqayıt Dövlət Universitetində onlayn formatda keçirilən “Qloballaşma şəraitində müəllim şəxsiyyətinin formalaşdırılmasında pedaqogika və psixologiya elmlərinin yeri və rolu” respublika elmi konfransında “Müəllim şəxsiyyətinin formalaşmasında özünütanımanın əhəmiyyəti” mövzusunda məruzə edib.
Məruzədə müəllim şəxsiyyətinin formalaşmasında özünütanımanın əhəmiyyəti ayrıca vurğulanıb, özünütanıma-özünəyetmə, insan və mühit: özüylə üz-üzə qalmağın, mənfi duyğulardan arınmağın qaçılmazlığı, gərəkliyi, qloballaşma (kürəsəlləşmə) və ulusallıq, ulusal (milli) dəyərləri qorumağın çətinliyi, bəşərilik və milliliyin (ulusallığın) sınırları, birliyi, müəllim (öyrətmən) və tələbə, şagird (öyrənci) münasibətləri, qarşılıqlı doğmalıq, inam, etibar, müəllim örnəkliyi, hazırlığı haqqında danışılıb, universallılq, bu prosesdə pedaqoji-psixoloji aspektlər, habelə bilik-özümləşdirmə (öyrənmə) və öyrətmə kimi məsələlərin təhlilinə ayrıca yer ayrılıb. |