Azərbaycan Milli Elmlər Akademiyası
        FOLKLOR  İNSTİTUTU

 
 
Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"İrs" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Araşdırmalar
Dissertasiyalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Qarabağ folkloru
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR




Sayğac
free counters
 

Tbilisidə "Qafqaz xalqlarının folkloru və linqvokulturologiyası" adlı uluslararası elmi simpozium keçirilib

18-21 aprel 2012-ci ildə Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutu İ.Cavaxişvili adına Tbilisi Dövlət Universiteti, Türkiyənin Ərdahan Universiteti, Qafqaz Universitetlər Birliyi, Türk Dünyası Mühəndislər və Memarlar Birliyi və Valeh Hacılar Uluslararası Elmi-Mədəni Tədqiqat Fondu ilə birgə Gürcüstanın paytaxtı Tbilisi şəhərində "Qafqaz xalqlarının folkloru və linqvokulturologiyası" adlı uluslararası elmi simpozium keçirib.
Simpoziumun təşkilat komitəsinin həmsədrləri filologiya üzrə elmlər doktoru Muxtar İmanov (AMEA Folklor İnstitutunun direktoru), professor Aleksandr Kvitaşvili (İ.Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin rektoru), professor Ramazan Korkmaz (Ərdahan Universitetinin rektoru, Qafqaz Universitetlər Birliyinin sədri), Düsen Kaseinov (TÜRKSOY-un baş katibi), professor İlyas Dəmirçi (Türk Dünyası Mühəndislər və Memarlar Birliyinin sədri), professor Cingiz Alyılmaz (Valeh Hacılar Uluslararası Elmi-Mədəni Tədqiqat Fondunun sədri), professor Coni Apakidze (Suxumi Dövlət Universitetinin rektoru), elmi heyəti isə professor Tsira Baramidze (Qafqazşünaslıq İnstitutunun direktoru), professor Kamran Əliyev (AMEA Folklor İnstitutunun şöbə müdiri, Azərbaycan tərəfdən simpoziumun dəyərləndirmə heyətinin sədri), professor İsrafil Abbaslı, professor Füzuli Bayat, Əli Şamil, dosent Afaq Ramazanova və digər tanınmış elmi mütəxəssislər olub.


Hazırlıq işlərinə hələ 2010-cu ilin mayından başlanan simpoziuma müxtəlif ölkələrdən (Azərbaycan, Gürcüstan, Rusiya, Türkiyə, Rumıniya, İran, Qazaxıstan, Türkmənistan) 200-ə yaxın araşdırıcı qatılıb. Simpoziumun dili Azərbaycan türkcəsi, gürcü, türk, ingilis və rus dilləri olub.
Qeyd edək ki, iştirakçılar arasında türk xalqlarından olan nümayəndələr üstünlük təşkil edib.
Simpozium görkəmli alim, şair, pedaqoq və ictimai xadim, filologiya üzrə elmlər doktoru, professor Valeh Hacıların (Valeh Alpaşa oğlu Hacıyevin) xatirəsinə həsr olunub. Gürcüstan Ədəbiyyatşünaslıq Akademiyasının həqiqi üzvü, İ.Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin professoru Valeh Hacılar uzun illər Azərbaycan-gürcü ədəbi əlaqələrini tədqiq edib. Valeh Hacılar istər ədəbi əlaqələr, özəlliklə folklor əlaqələri, istərsə də Borçalı-Qarayazı və Axıska – Cavaxetin türkdilli folklor ənənələrinin toplanması, tədqiqi, nəşri, istərsə də Gürcüstan arxivlərindəki milli arxiv nümunələrinin aşkaranması, gürcü dilinə tərcüməsi və nəşri məsələlərinin tədqiqi sahəsində olduqca geniş və məhsuldar işlər görüb, folklorşünasığımıza əvəzlunmaz töhfələr bəxş edib. Valeh Hacılar göstərdiyi xidmətlərinə görə 1998-ci ildə Gürcüstan prezidenti tərəfindən “Şərəf” ordeni ilə təltif edilib.
Simpoziuma Folklor İnstitutu başda olmaqla, Elmlər Akademiyasının digər institutlarından, ali təhsil ocaqlarından da əməkdaşlar qatılıb. Gürcüstan tərəfindən simpoziumda İ.Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin rektoru prof.dr. Aleksandr Kvitaşvili, Ərdahan Universitetinin rektoru, Qafqaz Universitetlər Birliyinin başqanı prof.dr.Ramazan Korkmaz, Valeh Hacılar Uluslararası Elmi-Mədəni Tədqiqat Fondunun başqanı prof.dr.Cengiz Alyılmaz, Suxumi Dövlət Universitetinin rektoru prof.dr.Coni Apakidze, Qafqazşünaslıq İnstitutunun direktoru prof.dr.Tsira Baramidze, Gürcüstan prezidenti Mixail Saakaşvilinin anası, "İnternational Black Sea" Universitetinin rektoru, “Gürcüstan və Azərbaycan Dostluq Evi”nin rəhbəri, türkoloq professor Giuli Alasaniya da qatılıb.


Açılışda İ.Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin rektoru prof.dr. Aleksandr Kvitaşvili, prof.dr.Tsira Baramidze, Azərbaycan nümayəndə heyəti adından prof. Füzuli Bayat, Ardahan Universiteti adından rektor yardımçısı çıxış ediblər.
Simpoziumun açılışı günü Valeh Hacılar Uluslararası Elmi-Mədəni Tədqiqat Fondunun başqanı prof.dr.Cengiz Alyılmaz Fond adından ödüllər verib. Ödüllərə layiq görülənlər arasında AMEA Folklor İnstitutu, Suxumi Dövlət Universitetinin rektoru prof.dr.Coni Apakidze ilə yanaşı türkoloq professor Giuli Alasaniya da olub.
Tbilisi Dövlət Universitetində və Suxumi Dövlət Universitetində keçirilən simpoziumda “Türkologiya və Qafqazşünaslığın problematikası”, “Qafqaz xalqlarının folkloru”, “Qafqaz xalqlarının tarixi və mədəniyyəti”, “Qloballaşmanın ailəyə, mədəniyyətə, folklora təsiri”, “Linqvokulturologiya (areal linqvistika, tipologiya və komparavistika)” mövzuları üzrə məruzələr dinlənilib.
Aprelin 21-də isə iştirakçılar Dumanis qalası və Dumanis Arxeoloji Muzeyini, Bolnisi rayonunun Darvaz kəndində Valeh Hacıların məzarını və ev- muzeyini ziyarət ediblər.

AMEA Folklor İnstitutunun Xarici Ölkələrlə Əlaqələr şöbəsi

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008-2017.