Azərbaycan Milli Elmlər Akademiyası
        FOLKLOR  İNSTİTUTU

 
 
Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"İrs" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Araşdırmalar
Dissertasiyalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Qarabağ folkloru
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR




Sayğac
free counters
 

Qafqaz Universiteti ilə Folklor İnstitutu arasında memorandum imzalandı

12 March, 2012

Azərbaycan Millli Elmlər Akademiyası Folklor İnstitutu və Qafqaz Universiteti müəssisələrarası qarşılıqlı elmi-təşkilati müqavilə imzalamışdır. Qafqaz Universitetinin rektoru Prof. Ahmet Saniç bəyin dəvətini qəbul edən Folklor İnstitutu direktoru F.e.d. Muxtar İmanov və institutun bir çox əməkdaşı-prof. Füzuli Bayat, prof. Kamran Əliyev, dos. Ağaverdi Xəlil, Nizami Muradoğlu, Qalib Sayılov və f.e.d. Ramil Əliyev imza mərasimində iştirak etmişdirlər. İmza mərasimində Qafqaz Universiteti Pedaqoji fakültənin dekanı, dos. Erdal Karaman, dekan müavinləri dos. İslam Hüseynov, Mehmet Turmuş, Azərbaycan dili və ədəbiyyatı bölməsinin müdiri prof. Akif Hüseynli, müdir müavini f.d. Emin Ağayev, bölmənin müəllimləri Rəhman Quliyev, Tural Mirzəliyev, Türk dili və ədəbiyyatı bölməsindən müdir müavini f.d. Seyran Qayıbov, bölmənin müəllimləri f.d Muharrem Kaplan, f.d. Kənan Bəşirli ilə təmsil olunmuşdular.

Müqavilə öncəsi görüşdə qonaqları salamlayan rektor A.Saniç türk ədəbiyyatı və folklorunun problemlərindən, eləcə də qarşıda duran prespektivli işlərdən danışdı. İki müəssisənin qarşılıqlı görə biləcəyi məsələləri dilə gətirdi. Dəvəti qəbul edib gəldikləri üçün də Folklor İnstitutu əməkdaşlarına öz təşəkkürünü bildirdi.

İsti münasibətdən razılıq bildirən Folklor İnstitutunun direktoru M.İmanov Qafqaz Universitetində olmaqdan məmnun olduğunu bildirdi. Müasir Azərbaycan elmindən, eləcə də folklorunun problemlərindən və problemlərin həlli yollarından söhbət açdı. İki müəssisənin bərabər folklor, şifahi irslə əlaqəli bir çox layihəyə imza ata biləcəklərinin mümkünlüyünü söylədi.

Səmimi çay söhbəti imzalanma mərasimi ilə davam etdi. İmzalama mərasimində Muxtar müəllimə Qafqaz Universiteti adında plaket təqdim olundu. İnstitut əməkdaşlarına universitet adından xatirə hədiyyələri verildi. Folklor İnstitutu adında instutut nəşrlərini universitetə hədiyyə edən Muxtar müəllim gələcək işlərdə uğurlar arzuladı. Xatirə şəkilləri çəkildi. Sonra isə qonaqlar üçün hazırlanmış yemək masasında səmimi söhbət davam etdi.

Daha sonra qonaqlara Qafqaz Universiteti gəzdirildi. Folklor İnstitutunun kollektivi universitetdə tələbələr üçün yaradılmış bütün şəraitlərlə tanış oldular. Qonaqlara kompyuter, dil, kimya labaratoriyaları, eləcə də tələbələrin dərs keçdikləri sinif otaqları, istifadə etdikləri kitabxana və yeməkxana göstərildi.

Görüşün sonunda Muxtar müəllim səmimi qonaqpərvərliyə görə rəhbərlik etdiyi Folklor İnstitutu kollektivi adından təşəkkürünü bildirdi.

Qafqaz Universiteti Mətbuat xidməti

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008-2017.