Baş səhifə
   
 
STRUKTUR
Baş direktor
İcraçı direktor
Baş menecer
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Folklor nəzəriyyəsi şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Azsaylı xalqların folkloru şöbəsi
Folklor fondu
Xarici əlaqələr şöbəsi
Kadrlar şöbəsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kitabxana
Mühasibatlıq
Sənədlərlə iş şöbəsi
Təchizat şöbəsi
Sayğac
free counters
 
21.02.2022

“DASTANLARDA MİLLİ MƏNƏVİ DƏYƏRLƏRİMİZ” MÖVZUSUNDA RESPUBLİKA ELMİ KONFRANSI

20 aprel 2022-ci il
Bakı

Hörmətli elm adamları Azərbaycan Milli Elmlər Akademiyasının
Folklor İnstitutu “Folklorçular” İctimai Birliyi ilə birgə
20 aprel 2022-ci ildə Bakı şəhərində “Dastanlarda milli mənəvi dəyərlərimiz” mövzusunda Respublika elmi konfrans keçirəcək.

Türk xalqlarında folklorun ən aparıcı janırlarından biri dastanlardır. Avroasiya məkanında geniş yayılmış dastanlar qəhrəmanlıq mübarizəsini, vətənə, torpağa bağlılığını, azadlıq arzusunu, saf məhəbbət uğrunda dönməzliyini, ülvi duyğuları özündə əks etdirir. Qədim köklərə bağlı dastançılıq ənənəsi bu gün də yaşayır və aşıqlarımız tərəfindən yeni dastanlar yaradılır.
Araşdırıcılar adətən dastanları Qəhrəmanlıq dastanları, Məhəbbət dastanları və Məişət dastanları kimi qruplaşdırırlar Qəhrəmanlıq dastanlarında ayrı-ayrı şəxslərin yadelli işğalçılara, yaxud zülmə, istismara qarşı apardığı mübarizə tərənnüm olunur. Alplıq, qəhrəmanlıq keyfiyyətlərinin qabardıldığı bu qrupa “Kitabi-Dədə Qorqud”, “Koroğlu”, “Qara Məlik”, “Şah İsmayıl-Taclı”, “Kamal” dastanları daxildir. Məhəbbət dastanlarında isə buta verilmiş iki gəncin bir-birinə olan sevgisindən, bir-birinə qovuşmaq üçün apardıqları mübarizədən bəhs olunur. Bu qrupa “Abbas və Gülgəz”, “Əsli və Kərəm”, “Qurbani”, “Tahir və Zöhrə”, “Aşıq Qərib”, “Yaxşı və Yaman” və sair dastanlar daxildir.
Dastanlar geniş həcmi ilə seçilən dastanlar qurluş etibarı ilə Avropa romanlarını xatırladır. Orada qəhrəmanın həyat hekayəsi özünə geniş yer tapır. Dastanlar əsasən üç hissədən ibarətdir:
Dastan tarixin bəlli bir dönəmində, millətin passionarlığının artdığı, milli şüurun, dövlətçilik ideyasının yarandığı zamanda formalaşmağa başlayır. Dövrün hadisələri burada mifoloji təsəvvürlərlə çulğlaşmış şəklidə təzahür etdiyi üçün dastanlar həm də millətin sözlü tarixidir, onun keçmişinin, tarixinin öyrənilməsində əvəzsiz rol oynayır.
Türk xalqlarının dastanları bir növ milli mənəvi dəyərlər toplusudur.

Konfransa alimlər, elmi işçilər, universitet müəllimləri, doktorant və magistrlar məruzə və məqalələr təqdim edə bilərlər.
Məqalələrin qəbul qaydaları:

1. Məqalələr heç bir yerə təqdim edilməmiş yeni tədqiqatlar olmalıdır.
2. Məqalələrin həcmi 6-15 səhifə, xülasələrin həcmi 200-250 sözdən ibarət olmalıdır.
3. Məqalələrin mətni “A4” formatda, “14” ölçülü hərflərlə, yuxarıdan və aşağıdan 2 sm, soldan 3 sm, sağdan 1 sm məsafə ilə, 1 intervalla, Azərbaycan, türk və ya rus dillərində “Times New Roman” şriftində aşağıdakı elektron ünvana göndərilməlidir: dastankonfrans@gmail.com
4. Təqdim olunan yazının əvvəlində məqalənin başlığından sonra müəllifin adı, soyadı, işlədiyi müəssisə, tutduğu vəzifə, elmi dərəcəsi (olduğu təqdirdə) və müəllifin elektron poçt ünvanı göstərilməlidir.
5. Məqalənin əvvəlində müəlliflə bağlı məlumatdan sonra, məqalənin yazıldığı dildə xülasə və açar sözlər verilməlidir.
6. Mövzu ilə bağlı elmi mənbələrə istinadlar vacibdir. Məqalədə istinadlar göstərildiyi yerdən sonra, mötərizədə müəllifin soyadı, nəşrin ili və səhifə nömrəsi sıra ilə verilməlidir; məs.: (Məmmədov 2007, 17-21).
7. Əgər bir müəllifin eyni ildə çap olunmuş iki və daha artıq əsəri varsa, belə olduğu halda, (Məmmədov 2007(1), 31-36) və ya (Məmmədov 2007 (2), 42-55) kimi qeyd edilməlidir. Məqalənin sonunda ədəbiyyat siyahısında soyad, ad və nəşr ili göstərildikdən sonra, mötərizə içərisində 1 və ya 2 rəqəmləri qeyd edilir; məs.: (Məmmədov Emil (2007/1), 31-36) və ya (Məmmədov Emil (2007/2), 42-55).
8. Ədəbiyyat siyahısında verilən hər bir istinad haqqında məlumat bu formatda yerləşdirilməlidir: müəllifin soyadı və adı; nəşr ili (il); kitab; məqalə; konfrans və digərlərinin tam adı (əgər varsa, tərcümə edənin adı və soyadı); nəşr edilən yer; nəşriyyatın adı. Məqalələrdə ən sonda səhifələr göstərilir. Ədəbiyyat siyahısı məqalənin sonunda verilməlidir.
8. Xülasə və açar sözlər məqalənin yazıldığı dildən başqa iki xarici dildə, ədəbiyyat siyahısından sonra yerləşdirilməlidir. Hər bir xülasədə məqalənin adı, müəllifin adı, soyadı və elmi dərəcəsi (olduğu təqdirdə) tam göstərilməlidir. Məqalənin müxtəlif dillərdəki xülasələri bir-birinin eyni olmalı və məqalənin məzmununa uyğun gəlməlidir.
9. Müəllif məqalənin keyfiyyətinə, göstərilən faktların dəqiqliyinə və digər məlumatlara görə cavabdehlik daşıyır.

Tezislərin təqdim olunması üçün son tarix: 15.03.2022
Qəbul edilən məqalələrin elan edilmə tarixi: 20.03.2022
Tezislərin təqdim olunması üçün son tarix: 28.03.2022


Ünvan: AZ 1143, H.Cavid pr., 115, 2-ci mərtəbə
Telefon: +994 (012) 9929314, (055) 369 96 31

20 aprel 2022-ci il tarixində keçiriləcək “Dastanlarda milli mənəvi dəyərlər” adlı Elmi Konfranda iştirak edənlər üçün Müraciət forması

1. İştirakçı haqqında məlumat
Ad, soyad, ata adı
İşlədiyi müəssisənin adı
Vəzifəsi
Elmi dərəcə, elmi ad
Е-mail:
Əlaqə nömrəsi

 
ELMİ İSTİQAMƏT
Dissertasiya Şurası
Araşdırmalar
İnnovasiya
Avtoreferatlar
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Güney Azərbaycan folkloru
Qarabağ folkloru
Qarabağ savaşı
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR






 
           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.