Azərbaycan Milli Elmlər Akademiyası
        FOLKLOR  İNSTİTUTU

 
 
Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"İrs" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Araşdırmalar
Dissertasiyalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Qarabağ folkloru
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR




Sayğac
free counters
 


AMEA Rəyasət Heyətində “Respublika Dədə Qorqud günü” qeyd olundu

Arpelin 9-da AMEA Rəyasət Heyətində AMEA Folklor İnstitutunun təşkilatçılığı ilə “Dədə Qorqud kitabı”nın 1300 illik yubileyi çərçivəsində “Respublika Dədə Qorqud günü” keçirildi.
Tədbiri giriş sözü ilə institutun direktoru, filologiya üzrə elmlər doktoru Muxtar İmanov açaraq Kitabi-Dədə Qorqud gününün keçirilməsinin ənənəvi bir hadisəyə çevrildiyini söylədi, tədbirin mahiyyəti barədə ətraflı məlumat verdi. Bir neçə min illik türk tarixinin yaddaşından süzülərək bizə gəlib çatan bu abidənin dünyada analoqu olmadığını söyləyən M.İmanov Azərbaycan xalq ədəbiyyatının ən qədim yazılı abidəsi olan “Kitabi-Dədə Qorqud”un daha dərindən tanıdılması üçün bu tədbirin keçirilməsinin zəruri olduğunu qeyd etdi.
O bildirdi ki, abidə haqqında ilk dəfə 1815-ci ildə alman şərqşünası Fridrix fon Dits məlumat verib, “Təpəgöz” boyunun alman dilinə tərcüməsini dərc etdirib. V.Bartold 1894-1904-cü illərdə əsərin 4 boyunu rus dilinə çevirərək çap etdirib, 1922-ci ildə isə dastanın tam tərcüməsini başa çatdırıb. Həmin tərcümə 1950-ci ildə Bakıda H.Araslı və M.Təhmasibin redaktəsi ilə, 1962-ci ildə isə Moskvada nəşr olunub.
Çıxışının sonunda o bildirdi ki, tədbir qorqudşünaslığın 200 illiyi ilə bağlı tədbirlərə hazırlıq məqsədi ilə keçirilir.
Tədbirdə çıxış edən AMEA Humanitar və İctimai Elmlər Bölməsinin akademik-katibi, AMEA-nın müxbir üzvü Kamal Abdullayev 2015-ci ildə Azərbaycanda “Kitabi-Dədə Qorqud” dastanının dünya elminə məlum olmasının 200 illik yubileyinin dünya səviyyəsində qeyd ediləcəyini, bununla da Azərbaycan Qorqudşünaslığının Avropa səviyyəsində təmsil ediləcəyini bildirdi.
AMEA-nın müxbir üzvü Tofiq Hacıyev isə çıxışında “Dədə Qorqud dastanları”nın qədimdə “Kitabi-Dədəm Qorqud” adı altında yazıya alındığını, əldə olan nüsxələrin isə XVI əsrdə üzü köçürülmüş əlyazmalar olduğunu söylədi, dastanın elmi, tarixi, mənəvi aspektlərindən söz açdı. Bildirildi ki, abidəni ilk dəfə tədqiqata cəlb etmiş alman şərqşünası Fridrix fon Ditsin fikrinə görə, buradakı bəzi mifoloji süjetlər, məsələn, Təpəgöz süjeti qədim Yunanıstanda yaranmış analoji sujetlərə qida verib. AMEA Əlyazmalar İnstitutunda “Dədə Qorqud"un dünyada üçüncü əlyazma nüsxəsi hazırlanıb.
Tədbirdə fil.ü.e.d., prof. Kamran Əliyev (Folklor İnstitutu) “Oğuz elinin keşikçisi Bəkil”, fil.ü.e.d., prof. Əzizxan Tanrıverdiyev (ADPU) “Dədə Qorqud kitabı”nda at kultu”, t.e.d. Xəliyəddin Xəlilli (Arxeologiya və Etnoqrafiya İnstitutu) “Dədə Qorqud oğuzlarının zamanı və həyat tərzi”, ped.ü.f.d. Asif Hacıyev (ARTPİ) “Dədə Qorqud kitabı”nın bəzi mübahisəli məqamları haqqında”, f.ü.f.d. Seyran Əliyev (BDU) “C.Luis “Dədə Qorqud kitabı” haqqında” mövzusunda məruzələrlə çıxış etdilər.
Qeyd edək ki, məruzələrin mətni kitabça şəklində çap olunacaq.

http://www.science.gov.az

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008-2017.