Baş səhifə
   
 
STRUKTUR
Baş direktor
İcraçı direktor
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Folklor nəzəriyyəsi şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Azsaylı xalqların folkloru şöbəsi
Folklor fondu
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Dissertasiya Şurası
Araşdırmalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Güney Azərbaycan folkloru
Qarabağ folkloru
Qarabağ savaşı
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR






Sayğac
free counters
 
30.12.2021

Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunmuş konsert proqramı təşkil olunub

29 dekabr 2021-ci il tarixində Beynəlxalq Muğam Mərkəzində AMEA Folklor İnstitutu, Beynəlxalq Muğam Mərkəzi və “Dədə Ələsgər Ocağı” İctimai birliyinin birgə təşkilatçılığı ilə Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunmuş konsert proqramı təşkil olunub. Ziyalıllar, tanınmış millət vəkilləri, ictimai xadim, saz və söz sevərlərin iştirak etdiyi gecədə ilk olaraq söz “Dədə Ələsgər Ocağı” İctimai birliyinin rəhbəri, aşığın nəticəsi Xətai Ələsgərliyə verilib. Aşıq Ələsgərin Azərbaycan xalq şeirinin görkəmli nümayəndəsi və bu şeirin ən uca zirvələrini fəth edən sənətkar olmasını xatırladan X.Ələsgərli onun dövlət tərəfindən də zaman-zaman qiymətləndirildiyini bildirib.


Gecədə çıxış edən AMEA Folklor İnstitutunun baş direktoru, akademik Muxtar Kazımoğlu-İmanov da Aşıq Ələsgəri aşıq sənətinin, aşıq ədəbiyyatının danılmaz zirvəsi hesab edib. Aşıq Ələsgərin Qurbanidən, Abbas Tufarqanlıdan, Xəstə Qasımdan ənənə olaraq götürdüyü təriqət rəmzləri ilə danışdığını xatırladan akademik onun söz sənətinin bütün geniş imkanlarını bizə təqdim etdiyini də vurğulayııb.
Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunmuş gecədə AMEA Folklor İnstitutunun “Qoqrud” folklor ansamblı da böyük konsert proqramı ilə çıxış edib. Ansamblın bədii rəhbəri, respublikanın Əməkdar artisti Nuriyyə Hüseynova, xanəndələr Çilənay Hüseynova və Ülviyyə Sədaqət, aşıqlar Solmaz Kosayeva və Aşur Adıgözəlov bir-birindən maraqlı ifaları ilə tamaşaçıların diqqətini cəlb ediblər.
Gecənin sonunda “Dədə Ələsgər Ocağı” İctimai birliyi Azərbaycan aşıq poeziyasının inkişafında xüsusi xidməti olan və aşıq poeziyasında uğurlar qazanmış, habelə Azərbaycan aşıq poeziyasının inkişafında, tanıdılmasında fəal iştirak edən şəxsləri “Aşıq Ələsgər 200” yubiley medalı ilə təltif edib. Təltif olunanlar arasında AMEA Folklor İnstitutunun baş direktoru, akademik Muxtar Kazımoğlu-İmanov da yer alıb.

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.