Tanınmış alimin xatirəsi anılıb
23.12.2021-ci il tarixində AMEA-nın müxbir üzvü, Əməkdar elm xadimi, professor Kamran Əliyevin anım günü keçirilib. Alimin anım günündə AMEA Folklor İnstitutunun baş direktoru, akademik Muxtar Kazımoğlu-İmanov, institut əməkdaşları, eləcə də ailə üzvləri mərhumun qəbrini ziyarət edib, məzarının önünə gül dəstələri qoyublar. İnstitut rəhbəri, akad. Muxtar Kazımoğlu-İmanov alimin ömür yolundan və elmi fəaliyyətindən danışıb, onun ədəbiyyatşünaslıq və folklorşünaslıq elminə verdiyi töhfələrdən söz açıb. Anım günündə Kamran Əliyevin həm müəllim kimi təhsil fəaliyyəti, həm də elm sahəsindəki xidmətləri, onunla bağlı xatirələr də yada salınıb.



|