Mifoloq alim Ramazan Qafarlı AMEA-nın Fəxri Fərmanı ilə təltif edilib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi ili” elan edilməsi haqqında 5 yanvar 2021-ci il tarixli Sərəncamı ilə əlaqədar dahi şair və mütəfəkkir Nizami Gəncəvi irsinin tədqiqi və təbliği sahəsində
elmi fəaliyyətinə görə Folklor İnstitutunun Dədə Qorqud şöbəsinin müdiri, filologiya elmləri doktoru Ramazan Qafarlı Azərbaycan Milli Elmlər Akademiyasının Fəxri Fərmanı
ilə təltif edilib.


|