AMEA Folklor İnstitutunda doktorluq imtahanları keçirilib
21 dekabr 2021-ci il tarixində AMEA-nın Folklor İnstitutunda 5719.01- "Folklorşünaslıq" və 5716.01-"Azərbaycan ədəbiyyatı" fənlərindən fəlsəfə doktorluğu hazırlığı üzrə doktorluq imtahanları keçirilib. AMEA prezidentinin "Qış imtahan sessiyasının keçirilməsi haqqında" 01 dekabr 2021-ci il tarixli 555 saylı sərəncamına əsasən institutun baş direktoru, akademik Muxtar Kazımoğlu-İmanovun müvafiq əmri ilə doktorluq imtahanlarının keçirilməsi üçün imtahan komissiyası yaradılıb. İmtahanlarda AMEA Rəyasət Heyəti aparatının Təhsil şöbəsi Doktorantura sektorunun baş mütəxəssisi Sevinc Əliyeva da iştirak edib. "Folklorşünaslıq" ixtisası üzrə 5 nəfər, "Azərbaycan ədəbiyyatı" ixtisası üzrə 2 nəfər bilet üsulu ilə imtahan verib. Nəticələr imtahan bitdikdən sonra imtahan sədri, akademik Muxtar Kazımoğlu-İmanov tərəfindən elan edilib. İmtahanlar pandemiya şəraitinin tələblərinə riayət etməklə baş tutub.





|